Türkiyəli aktyorların gəlirləri zaman-zaman medianın diqqət mərkəzindədir. Xüsusilə reklam çəkilişlərindən qazandıqları pullara görə aktyorlarla media hər zaman gərginlik yaşayırlar. Elə Kvanç Tatlıtuğun reklamlardan aldığı məvacib də mediada müzakirələrə yol açıb. Aktyor reklam gəlirlərinin mediada yayılmasına etiraz edir. Lakin mediadan gizlədiləsi məsələlər heç zaman qaranlıq sirr kimi qalmır.
Məlum olub ki, K.Tatlıtuğ iki brend firmanın reklam çəkilişlərindən 60 milyon lirə (təxminən 3 milyon 900 min manat) gəlir əldə edib. Qeyd edək ki, Kıvançın ekran işindəki tərəf müqabili Serenay Sarıkayadır.
Mətləb