Daha bir tanınmış incəsənət adamı xərçəngin qurbanı olub. Belə ki, amerikalı ssenarist və prodüser Menni Koto 62 yaşında, 13 ay mədəaltı vəzi xərçəngi ilə mübarizədən sonra Kaliforniyadakı evində dünyasını dəyişib.
Qeyd edək ki, Koto "Amerikan qorxu hekayəsi", "Dekster" seriallarının ssenaristi və prodüseri olub. O, "24 saat" adlı ekran işinə görə 2006-cı ildə "Emmi" mükafatına layiq görülüb.
Mətləb