Daha bir məşhur cütlük də boşanmaq üçün məhkəmə qapılarına göz dikib. “Marça” nəşri iddia edir ki, məşhur cütlük Cennifer Lopez və Ben Afflek boşanmağa qərar veriblər. Bildirilir ki, uzun müddətdir münasibətləri pisləşən cütlük boşanmağı aktuallaşdırırlar. Müğənni xanım bir neçə gündür vəkilləri ilə danışıq apararaq nikahdan əvvəlki razılaşmanı müzakirə edib. Sənəddə boşanma halında əmlakın necə bölüşdürüləcəyi əks olunub.
Onun bu addımını Afflekin dəstəklədiyi və sənədi imzalamağa hazır olduğu vurğulanıb.
Mətləb