çərşənbə günü, 07 oktyabr 2026
     

Aşıq-sazbənd Kövrək Murada ad günü gözaydınlığı - FOTO

Image


Kövrək Murad... Aşıq... Sazbənd... Aşiq... Sözbənd...

El sənətkarı... Xalqın sevimlisi... Azərbaycan Aşıqlar Birliyinin üzvü...

Dünyamıza göz açdığı gündü 7 iyul Murad Əli oğlu Sarıyevin... Kövrək Muradın...

1952-ci ildə Borçalı mahalının Aran Dəllər kəndində sevindirib doğmalarını... Hələ acılı-şirinli, enişli-yoxuşlu dünyamızın gərdişlərindən xəbər-ətəri yox idi... Təbiətin, cəmiyyətin, həyatın, yerin, göyün, kainatın, bəşər övladının keşməkeşlərini görüb də kövrəlməyinə, kövrəlib də inciyib-küsməyinə, bir sözlə, Kövrək Murad olmağına çox vardı hələ...

Bilirsiniz kimin şəyirdidir bu sözü urvatlı, sazı salğarlı, özü sanballı Aşıq Murad? Adı bəlli, sazı dilli, durna telli türk ozanı, aşıqlar ustadı, ustadlar ustası azman Hüseyn Saraçlının... Özü də sonuncu şəyirdidir aşığın. Nə az, nə çox, düz beş il qulluğunda dayanıb Dədə Hüseynin...

  • Bir yarpaq xatirə işığı

1980-ci illərin əvvəlləri... “Yazıçı” nəşriyyatına getmişdim. Unudulmaz şair dostumuz Zəlimxan Yaqub orada redaktor işləyirdi. Sözarası mənə demişdi ki, “Şeirlərindən bir qoma yığ gətir, baxaq, bəlkə plana saldıra bildik... “Müəllifin ilk kitabı” seriyasından...”

Ustad aşığımız Hüseyn Saraçlını şairin iş otağında görüb sevindim. Zəlimxan Yaqub məni ona təqdim elədi, cavan şair kimi haqqımda xoş söz söylədi. Söhbət əsnasında öyrəndim ki, ustad ozanın kitabı da nəşrə hazırlanır...

Bir azdan Zəlimxan Yaqubla sağollaşıb ustadla birlikdə o vaxtkı “Bakı Soveti”, indiki “İçərişəhər” metrosuna sarı addımladıq. Özümü elə vüqarlı aparırdım ki, elə bil dünyanın yiyəsi idim. Bilirsiniz niyə? Gəlib-gedənlərin hamısı bizə baxırdı... Mənə yox ey, şux yerişli, şıx görüşlü, aşıq naxışlı, aşiq baxışlı, qara papaqlı, nurlu yanaqlı, Koroğlu bığlı, xrom çəkməli, polad tökməli, enli kəmərli, alqış nəmərli Hüseyn Saraclıya diqqət kəsilmişdilər...

Fikirləşirdim ki, nola yolumuz bir az uzana... Elə bil ürəyimi oxudu... “Kimlərdənsən, oğul” – soruşdu. Özümü nişan verdim, könlü açıldı, nurani çöhrəsi güldü: “Ay saqqalın ağarsın, mən də deyirəm niyə mənə bu qədər doğma görünürsən... Ayə, sən mənim qardaşımın oğlusan!”...

Saz-söz xiridarı olan atam İlyası yaxşı tanıyırdı, Başkeçiddə, Hamamlıda, bizim evdə çox olmuşdu. Uşaq vaxtı yaddaşımda necə qalmışdısa eləcəydi... İllər bir balaca üzünə-gözünə naxış çəkmişdi...

Nizami Gəncəvinin heykəlinin yanına çatanda: “Tələsmirsənmi, ağrın alım?” – deyə soruşdu. “Yox, yox...” – kəlməsini elə tez dedim ki, özüm də məəttəl qaldım. “Onda gəl Nizami babaya bir salam verək”, - deyib möhtəşəm abidəyə baxa-baxa dodağının altında nə pıçıldadısa, bir Allah bilir. Sonra: “Bu kişidən dünyaya bir də gəlməyəcək” - deyib postamentin əhatəsini dövrələyən skamyaların birində əyləşdi.

Fürsəti fövtə vermədən ürəyimdən keçən suallara ustaddan cavab almağa tələsdim. Aramla, ustufca suallarımı cavablandırdı...

Xırdalığa varmadan gəlirəm mətləb üstünə...

“Yetirmələrinizdən, şəyirdlərinizdən sizə bənzəyən varmı” - sualını eşidəndə gülümsədi. Ağlı-qarlı bığlarını sığallayıb cavab verdi: “Niyə ki... Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı, Sədi Ulaşlı, Nurəddin Qasımlı, canım sənə desin, daha kimlərin adını sayım? Hamısı bir-birindən öyməlidi... Amma son zamanlar biri var, ondan umacağım çoxdu... Zalım oğlu nə deyirəmsə əlbəəl dənləyir: oxuduğum sözləri də, çaldığım havaları da, danışdığım əhvalatları da, elə mənim hərəkətlərimi də... Duruşu, yerişi, baxışı da oxşayır mənə... Bir dastanı yanında bircə dəfə danışdımmı ha, qurtardı... Sinədəftərdi, yazır yaddaşına... Deyirlər, mənsiz olanda ustadını elə yamsılayır ki, eşidənləri çaşdırır... Bildinmi kimi deyirəm, ağrın alım? Muradı deyirəm, Muradı, Aran Dəllərdən olan şəyirdimi... Durnaboğaz aşıqdı... Yaxşı gələcəyi var, məsləhətlərimə qulaq assa, yerində dayanmasa...”

Sözün düzü, o zamanacan Muradla görüşüb kəlmələşməmişdik...

İllər sonra tanışdıq, dostlaşdıq... Onda artıq Kövrək Murad olmuşdu...

Bir ara tez-tez görüşürdük saz emalatxanasında... Unudulmaz Aşıq Gülabı Xındı Məmməd oğlu, sadiq dostlarımızla birlikdə...

Bir çox sazlı-sözlü, ağır taxtalı məclislərimizin yaraşığı olub aşıq qardaşımız... Ara-sıra aparıcılığını çiynimə götürdüyüm ədəbi-bədii tədbirlərdə Kövrək Murada cəsarətlə, rəğbətlə, hörmətlə söz vermişəm. Çünki özünün, sazının, sözünün hamını ovsunlayacağına əmin olmuşam... Çünki meydanda özünü Dədə Qorqud ozanı, Dədə Hüseyn Saraçlı yadigarı kimi təsdiqləyəcəyinə inanmışam... Çünki səhnədəki çıxışından sonra hər könüldə bir Kövrək Murad abidəsi ucaldacağına bələd olmuşam...

  • Ötəri bir xatırlatma

Xanım-xatın şairəmiz Səadət Butanın yaradıcılıq gecəsinin aparıcılığı mənə tapşırılmışdı... Ssenarini hazırlayırdım... Proqram ardıcıllığını müzakirə edəndə Səadət xanım dedi ki, a şair qardaşım, Kövrək Muradın çıxışını axırlara yaxın sal. Soruşdum ki, niyə? Dedi, məclis nə qədər maraqlı keçsə də, cavanı-qocası var, yorulanlar olur. Elə ki gördün, natiqlər çox danışdı, bir az uzunçuluq oldu, çağır Kövrək Muradı, girsin meydana, gör nələr olacaq... Razılaşdım...

Hə, başınızı nə ağrıdım, məclisin şirin yerində söz verdiyim hörmətli bir ziyalı eloğlumuz reqlamenti-filanı gözləmədən başladı, nə başladı... Vergülü yox, nöqtəsi yox insafsızın... Bir-iki dəfə aparıcılıq səlahiyyətimdən yararlanmaq istədim, xeyri olmadı... Axır ki, onu tamaşaçıların alqış sədaları altında birtəhər kürsüdən endirib yola salan kimi sözü verdim Kövrək Murada...

Bəh-bəh-bəh!.. Əşşi, bu Səadət Buta da bilirmiş də nə dediyini!.. Gözünə döndüyüm Kövrək Murad çıxdı meydana, nə çıxdı... Dədə Ələsgərdən Səməd Vurğuna, Hüseyn Saraçlıdan Mikayıl Azaflıya, Aşıq Əmrah Gülməmmədovdan Aşıq Ədalət Nəsibova qədər necə körpü saldısa, duzlu-məzəli söz-söhbətləri ilə hamının yorğunluğunu nə təhər aldısa, məclis təzələndi, nə təzələndi!.. Hələ arada macal tapıb onu mənə tapşıran Səadət Butanın bostanına da qəşəng bir daş atdı... Dedim, ay şair bacım, di al payını!.. Bəs bilmirdinmi axırı belə olacaq?!.

Bax belə aşıqdı bizim Kövrək Muradımız!..

Kövrək Muradın barmaqlarının titrəyişindən, ürəyinin atəşindən, ruhunun yaşarılığından qopub aləmə yayılan bənzərsiz ifalar qədimliyimizin, ululuğumuzun, əzəliliyimizin tərcümanıdır. Bu günümüzün gerçəkliyi, gələcəyimizin xəyallarıdır onun havacatları...

Kövrək Murad azman aşıqların sazından qopan, bu gün çoxlarının repertuarında olmayan, unudulmaq qorxusu ilə üz-üzə dayanan klassik havalarımızı, məşhur söz sərraflarının qəlbəyatan qoşqularını əzbər bilir...

Zaman-zaman bir çox dövlət tədbirlərinin iştirakçısı olub, festivallara qatılıb, saysız-hesabsız el şənliklərinə əlvanlıq gətirib aşıq-sazbəndimiz...

Kövrək Muradın yaradıcı aşıqlara xas olan cəhətlərindən biri də başına gələn əhvalatlara bədii yozum vermək qabiliyyəti, onları poetik ovqat üstündə kökləmək bacarığı, sazla sözün vəhdətində adi bir hadisəni ədəbiləşdirmək, əbədiləşdirmək istedadıdır. Bəzən şahidi olduğun bir əhvalatı elə sənin yanında, elə sənin özünə elə ovqatla, elə yozumla, elə improvizə ilə danışır ki, necə deyərlər, matın-qutun quruyur... Sonra əlini əlinə vurub öz-özünə deyirsən: “Sənətkardı da, qardaş, bu kişi!.. Allah vergisidi!..”

Borçalı aşıq məktəbinin üzdə olan, tanınan simalarından biridi Kövrək Murad. Özünəxas səs tembri, şirin oxumağı, ləngərli danışığı ilə saz-söz sevərlərin könüllərini ovsunlayıb... Neçə illərdir Bakıda yaşayıb-yaradır... Sazının havası, səsinin avazı, sözünün duası ilə ustad aşıq mərtəbəsində qərarlaşıb. Özünün yetirmələri, şəyirdləri var indi...

İlhamlı çağlarında başını sazına söykəyib söylədiyi, söylədikcə də zümzümə elədiyi qoşqularının mayası qədim-qayım aşıq yaradıcılığından, ağız ədəbiyyatından su içir...

Səbrlə, təmkinlə düzəltdiyi saz alətlərinin də ki, tayı-bərabəri yox!.. Tanınmış aşıqlardan çoxu ya köhnə sazlarını sazlatmaq, ya da təzəsini almaq üçün vaxt tapan kimi onun emalatxanasına üz tuturlar... Düzdür, ustad sazbəndimizin həyat verdiyi tut ağacında yaşayan sazlardan birini sinəmə basıb kökləmək, kökləyib də bir hava çalmaq hələ mənim qismətimə düşməyib, amma sağlıq olsun!...

  • Sonda bir yarpaq yaddaş saxlancı

...Bir neçə il öncə metroda qarşılaşdıq. Hal-əhvaldan sonra dedi: “Yaxşı ki, gördüm, tapmaq olmur ha səni, ay şair!.. Ad günüm yaxınlaşır... Qərara gəlmişəm, ürəyim istəyən beş-on nəfəri yığım başıma, bir az çalıb-çağıraq, könlümüz açılsın... Gözdə-qulaqda ol, sən mütləq orda olmalısan...” Cavab verdim ki, baş üstə, təki saz-söz məclisi olsun, təki sazımızın-sözümüzün bilicisi Kövrək Murad orda olsun, vaxt tapıb gələrəm...

Günlər ayları, aylar fəsilləri, fəsillər illəri qovdu, amma zəng gəlmədi ki, gəlmədi... İstədim özüm zəng vurub soruşam ki, ay aşıq, bəs nə oldu? Məclisimiz nə vaxta qaldı? Sonra fikrimi dəyişdim... “Yüzə dözən yüz birə də dözər” - deyib təqvimə baxdım: nə görsəm yaxşıdı? Gördüm dəyərli aşığımızın, səriştəli sazbəndimizin 70 yaşı cəmi iki ildən sonra tamam olur... Nə qalıb ki? Papağını fırla gəlib çatacaq!... Təki sağlıq olsun!.. Təki dünyamızda əmin-amanlıq olsun!.. Təki canımız sağ-salamat, işlərimiz avand olsun!...

Di gəl bu təsəllidən də ürəyim soyumadı... Sazımı, daha doğrusu, qələm-kağızımı sinəmə basdım. Aldım görək, Kövrək Murada nə dedim, necə dedim? Mən deyim, siz eşidin! Aşığa cansağlığı, sizə xoşbəxtlik arzulayıram:

Kövrək Murad, keçdi yay-qış,
Görüşümüz yaza qaldı...
Yağdı yağış, bitdi qamış,
Çoxun dərdi aza qaldı...

Əyriqarım dərd-ələmli,
Göy bulağım gözü nəmli...
Bülbül ötdü qəmli-qəmli,
Gülün ərki naza qaldı...

Knyaz Aslan döndü közə,
Odu ulu, adı təzə...
Gileyimiz şirin sözə,

Bir də qara saza qaldı...

Knyaz Aslan
BDU-nun kafedra müdiri, dosent



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ