çərşənbə günü, 07 oktyabr 2026
     

Yazıçılar Birliyindən istefalar başladı - Elza Birliyi dağıdacaq...

Image


Azərbaycan Yazıçılar Birliyində (AYB) yaşanan ən kiçik olay belə böyük müzakirəyə səbəb olur. AYB-nin sonuncu qurultayı ilə bağlı qalmaqallar hələ səngiməmiş gündəmə yeni bir “bomba” düşdü.

Müğənni, bəstəkar Elza Seyidcahanın AYB üzvlüyünə qəbul edilməsi və AYB katibi, xalq yazıçısı Çingiz Abdullayevin Elza Seyidcahana üzvlük biletini şəxsən təqdim etməsi “partlayış” effekti yaratmaqla, nəinki AYB üzvlərini, eləcə də cəmiyyəti bir-birinə vurub. Elzanın AYB-yə üzv qəbul edilməsinə normal yanaşanlar da, “ictimai birlikdir, özü bilər, kimi üzvlüyə qəbul edirsə etsin” deyənlər də, bunu ədəbiyyata, sözə, dahi yazıçı və şairlərin ruhuna təhqir və xəyanət sayanlar da, Elzaya görə istefa ərizəsini yazıb AYB sədri Anar Rzayevin stolunun üstünə qoyan (lar) da, Anarı istefaya çağıran(lar) da var. Bir sözlə, Elzanın AYB üzvləri sırasına qədəm qoyması elə bir tufan yaradıb ki, çoxları AYB-nin parçalanacağını düşünür.

Bildiyimiz kimi, şair Mürvət Qədimoğlu Həkəri AYB üzvülüyündən rəsmən istefa verib və AYB sədrinə yazdığı ərizədə üzvlükdən azad edilməsini istəyib. “Korifey və daha neçə-neçə nəhəng və dahilərin olduğu Azərbaycan Yazıçılar Birliyinin siyahısında Elza xanımın da adı varsa, özümü o siyahıya layiq bilmirəm və düzgün hesab etmirəm. AYB-nin sədri Anar Rzayevə təqdim etdiyim ərizədə yazmışam ki, özümə, Azərbaycan ədəbiyyatına, korifeylərinə bu münasibəti düzgün hesab etmədiyimdən istefa verirəm və bu birlikdən çıxıram.
72 yaşım var, 50 ilə yaxındır ki, Azərbaycan ədəbiyyatındayam. Anar müəllim özü məni çox yaxşı tanıyır və o, əlimi sıxaraq bu birliyə qəbul olunma vəsiqəmi mənə təqdim edib.
Azərbaycanın nəhəngləri olan siyahıya məni qəbul elədilər. Elza xanımı o siyahıya qəbul edəndən sonra düşündüm ki, mənim haqqımda da düz etməyiblər. O siyahıda gedə bilmərəm və mən istefa verməliyəm. Elza xanım, siz gözəl müğənni və bəstəkar ola bilərsiniz, amma yaxşı şairlərin qapısının kandarında da dayana bilməzsiniz...”-deyə o qeyd edib.

AYB üzvü şair Bilman Qüdrət də AYB sədrinə istefa ərizəsi yazıb. “Hörmətli Anar müəllim, sizdən xahiş edirəm ki, AYB sədri vəzifəsindən könüllü və təcili istefa verəsiniz. Qoy Azərbaycanın məşhur yazıçısı Çingiz müəllim AYB sədri, onun təntənəli surətdə AYB üzvü vəsiqəsini təqdim etdiyi Elza xanım Seyidcahan isə onun müavinlərindən biri olsun. AYB-ni gülüş obyektinə çevirmək ən azı o görkəmli yazıçılarımıza təhqirdi. Hörmətli Anar müəllim, sizdən xahiş edirəm ki, 2007-ci ildən AYB üzvü şair Bilman Qüdrəti üzvlükdən azad edəsiniz. Elza xanlm kimi vəsiqə gözləyən kifayət qədər insan var. Şəxsən mən Elza xanımla bir birliyin üzvü olmağı özümə təhqir sayıram” –deyə B.Qüdrət bildirib.

  • Elza Seyidcahan: “Siz sualınızı vatsapda mənə göndərin, vatsap üzərindən cavab verəcəyəm”

Tanınmış müğənni və bəstəkar, AYB üzvü Elza Seyicahana zəng vurub onun mövqeyini öyrənmək istədik. E.Seyidcahan telefon zəngimizə cavab versə də, sualımızı cavablandırmadı: “İndi mənim cavab verməyə vaxtım yoxdur. Siz sualınızı vatsapda mənə göndərin, vatsap üzərindən cavab verəcəyəm”.

Biz də vatsap üzərindən Elza xanıma sualımızı göndərdik.  “Elza xanım, sizin  AYB üzvlüyünə  qəbul edilməyiniz ədəbi ictimaiyyətdə ciddi narazılıq doğurub. Hətta buna görə üzvlükdən istefa verənlər də var, deyirlər ki, onunla bir birlikdə olmaq ədəbiyyata, sözə təhqirdir. Siz nə düşünürsüz? Sizin AYB  üzvlüyə qəbul olunmanız niyə istefalara səbəb olub? Çoxları deyir Elza Seyidcahan AYB-ni parçalayacaq, siz nə deyərdiniz?

Amma yazı çapa hazırlanana qədər E.Seyidcahan suallarımıza cavab göndərmədiyi üçün ekspertlərlə danışdıq. Elza xanımın cavabı gələn kimi onu da işıqlandıracağıq.

  • Emil Rasimoğlu: “Dəhşətə baxın, Anar Elza Seyidcahanın müdafiəsinə qalxıb”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Emil Rasimoğlu “Bakı-Xəbər”ə “Bilirsiniz, Yazıçılar Birliyi uzun illərdir ki, Anarın diktaturasının, səriştəsiz rəhbərliyinin əsarətində özünün tənəzzül dönəmini, belə demək mümkündüsə, başqa-başqa şəkillərdə ən ağır durumunu, ətalətini yaşayır.

Bu gün o quruma ədəbiyyata, mətnə heç bir aidiyyəti olmayan bir şəxsin üzv kimi qəbul olunması, əslində Anarın, Çingiz Abdullayevin və digərilərinin Yazıçılar Birliyinin həyatında yaratdığı növbəti "faciənin" ifşasıdı. Bugünkü ifşanın da adı Elza Seyidcahandır.

Bu şəxslər elə bil and içiblər. And içiblər ki, biz bu birliyə Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq taleyini yaşadacağıq. Bəli, Yazıçılar Birliyi bu gün, Anar başda olmaqla, Çingiz Abdullayevin və digərilərinin  əli ilə "soyuq yoxluqlara" sürgündədir. Heç bir daxili nizamnamə qaydaları, meyarlar tanımaq istəmirlər.

Dəhşətə baxın, Anar Elza Seyidcahanın müdafiəsinə qalxıb. Bu bilirsinizmi nə deməkdi? Bu, sənəti, ədəbiyyatı dırnaq arasına almaq, ədəbi dəyərlərə divan tutmaq, kürək çevirməkdir. Anarı heç öz yazdıqları bağışlamayacaq, nəinki böyük ədəbiyyat.

İstefalar məsələsinə gəldikdə isə, bu kimi olayların qarşısında həmişə istefa halları olub. Bu isə birbaşa fərdin öz şəxsi qərarından asılıdır. Məsələn, mən zaman-zaman demişəm ki, Yazıçılar Birliyindən istefa vermək yox, onu Anar əsarətindən xilas etmək lazımdır”-deyə bildirdi.

  • Tural Turan: “Bu hadisə ilə Yazıçılar Birliyi özü-özünü dəfn elədi”

Digər şair Tural Turan E.Seyidcahanın AYB üzvlüyünə qəbul olunmasını biabırçılıq hesab edir.  “Bu hadisə ilə Yazıçılar Birliyi özü - özünü dəfn elədi. Elza Seyidcahanın AYB-yə üzvlüyünü Rəsul Rzanın ruhu eşidibsə, qəbirdə sümükləri salto vurub, Hüseyn Cavidin sümükləri "şpaqat" açıb”-deyə qeyd edən T.Turan bildirdi ki, E.Seyidcahana üzvlük vəsiqəsini Ç.Abdullayev verib, AYB-nin idarə heyətində olan bəzi yazıçı və şairlər Elzanı “böyük şair” adlandırıblar. “Elzanın AYB üzvlüyünə təqdimatını pofessor, millət vəkili Nizami Cəfərov verib. Eşitdiyimə görə, o, Elza xanımın yaradıcılığını Dantenin və dünya ədəbiyyatında bir sıra dahi şəxsiyyətlərinin yaradıcılığı ilə müqayisə edib. Ümid edirdim ki, bu bir zarafat olar. Sonra şəkillər paylaşıldı və məlum oldu ki, Elza xanım həqiqətən də AYB üzvlüyünə qəbul edilib. Onun “yaradıcılığını” ciddi sayanların özləri qeyri-ciddi insanlardır. Mən də sosial şəbəkələrdə bununla bağlı müəyyən zarafatlar etdim. Amma doğrudan da vəziyyət acınacaqlıdır, gerçəkdən də AYB ədəbiyyatdan başqa hər şeylə məşğul olar. Buna da təəccüblənməyin ki, E.Seyidcahan AYB-nin XIV qurultayında sədrliyə də iddialı ola bilər, Yazıçılar Birliyini hətta musiqili-ədəbi bir təşkilata da çevirər. Bu acınacaqlıdır və bu faktla bağlı ciddi fikir söyləmək olmur. Çünki situasiyanın özü çox anormaldır. Düşünəndə ki, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Hacıkərim Sanılı, Mikayıl Rəfili, Səməd Vurğun və başqaları bu təşkilatda təmsil olunublar, onlar bu birliyə üzv olublar və indi onların yerini Elza Seyidcahan tutacaq, adam birtəhər olur”-deyə T.Turan qeyd etdi.

O əlavə etdi ki, E.Seyidcahan yaxşı sənətçidir, amma yaxşı ədəbiyyat adamı deyil.

Leyla QARAXANLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ