Amerikalı müğənni Britni Spirs şiddətə məruz qalıb. Hadisə Las-Veqasdakı məşhur "Aria Resort & Casino"da baş verib. Məsələ burasındadır ki, xanım müğənni fransalı basketbolçu Viktor Vembanyamanın mühafizəçisi tərəfindən döyülüb. İdmançının mühafizəçisi Britniyə şillə vurub. Britni Spirs onunla birgə şəkil çəkdirmək istəyib. Daha sonra müğənni onun kürəyinə, sağ çiyninə sığal çəkib və mühafizəçi əlinin arxası ilə ona zərbə endirib. Britni Spirs yerə yıxılıb. Məlumatlard deyilir ki, müğənnini vəkili hüquq mühafizə orqanlarına müraciət edib, tətqiqat başlayıb.
Mətləb