şənbə günü, 21 noyabr 2026
     

DAMARLARINDA VƏTƏN AXAN ŞAİR - FOTO

Image


Çağdaş ədəbiyyatımızın ən parlaq simalarından biridir Elnur Uğur. Şeirlərini vərəqlədikcə, Nizaminin nəfəsini də duymaq olur, Xətainin qüdrətini də. Əsərlərində bir-birindən bənzərsiz janr və vəzn fərqliliyi ilə fəlsəfi duyğularını elə ustalıqla çatdırır ki, oxucu yorulmur, əksinə, növbəti hadisələrin necə cərəyan edəcəyini heyrətlə gözləyir.

Elnur Uğurun köksündən pardaqlanan nəğmənin lokomativi eşq olduğu üçün həmişə zəfərə doğru addımlayır. Ruhu nikbin, duyğusu safdır. Damarlarından Vətən axır. Ona görə çağlayan təbi, rəvan deyimləri var. O, həm də bir heykəltəraşdır. Hərflərdən söz, sözdən misralar yonduqca, bəndlərin ilahi ucalığı könül ovsunlayır. Ovsunlu kəlmələrin məna yükünü artıran, onu ağırlaşdıran isə bənzətmələr, metaforalar, təşbehlərdir.

Qələmə aldığı “13 Əfsanə” dastanı 44 günlük Vətən müharibəsində hərb tariximizin şanlı səhifəsini qanı ilə yazan oğulların mübarək imzası, möhürü olmaqla bərabər, həm də müharibə ədəbiyyatımıza düşən işıqdır. O işıqda aydınlanan misra karvanı bir şahidin dili və Elnurun tükənməz təbi ilə kitablanıb.

Misralarda Xocalının fəryadı, Ağdabanın iniltisi, Meşəlinin ahı, Ballı qayanın naləsi, Başlıbelin harayı dil açdıqca könüllər sızlayır. Ərşə bülənd olan fəryad bənd-bənd sıralandıqca, kəlmə-kəlmə düyünlənib, heca-heca qoşmaya, bayatıya çevrilib qulaqları titrədir. Tarixin qan qoxulu səhifələrinə ölümsüzlük toxumu səpən, səpildikcə cücərən, boy atan, şaxələnən, qüdrətindən qəhrəmanlıq, iffətindən həya doğan, zəhmindən yenilməzlik, fəhmindən hikmət qaynayan cəsarət simvollarının ibrətnaməsi dastanlaşıb könül-könül gəzir. Əl-əl ələnən, dil-dil dolaşan, el-el ulaşan, süzülüb durulaşan, şəhid qanında qüsullanıb paklaşan sətirlərin döyünən ürəyi Laçın, görən gözü Kəlbəcər, başının tacı Şuşa, şah damarı Qarabağ olduqca, səsi-sədası məmləkətin hüdudlarına sığmayacaq. Görk olacaq dünyaya cəsurların yenilməzliyi, yenilməzlərin cəsurluğu. Qələmi qılıncdan iti, sözü nizədən kəsərli, qalxanı daş parçalayan sərrafların hədəfini Haqq təyin etdiyindən mənzili ürəklərdə qərarlaşar. Nizami zirvəsində qanad açmağı, Füzuli dəryasında üzməyi, Mövlana mərtəbəsində paklanmağı, Xətai cəsarətində qılınc çalmağı, Şəhriyar həsrətində aşiq olmağı – xalqa, torpağa bağlılığı onu ölümsüzlüklə mükafatlandırar.

Təxəllüsü onun bəsirət gözüdür. Ayların, hətta illərin o üzünə işıq tuta bilir, qaranlıqda büdrəməyən, yoxuşlarda yorulmayan, zəhməti istirahət sanan, günü əbəs yaşamayan müəllif misra-misra çağladıqca, heca-heca kükrədikcə, kəlmə-kəlmə işıq saçır. O işıq hər kəsə yol açır. O işıq zülmətləri aydınladır, sabaha ümid yaradır. O işığın haləsində hərarətlənən, o işığın hikmətindən bəhrələnən də o işığın nurunu səcdəgah sanır. İşıq oğulların, aşiq oğulların səcdəgahı da Vətəndir. Vətənin xoş günü xoşnud etdiyi kimi, dar günü də büsat olmalıdır. Ona görə də... 

Vətən yaralarını bağlamağa

oğul gərək! deyir müəllif.

Gözümüz eşqin səngəri, qəlbimiz qibləmiz olduqca, laləzarlığa çevriləcək ayaq basdığımız ulu yurd. Dilimiz haqqı danmadıqca, Haqq kürəyimizdə olacaq. Könlümüz bulanmadıqca, səflərimiz dağılmayacaq. Mayamıza haram qatılmadıqca, sıralarımız seyrəlməyəcək, birliyimiz vəhdət təşkil etdikcə, düşmən bata bilməyəcək. Nə yer yarılmayacaq, nə göy parçalanmayacaq biz ədalətə göz yummadıqca. Eşqimizin mayasından doğacaq nəğmələr bəstə-bəstə, dəstə-dəstə ruhumuza hopacaq Uğurun uğurunda...

Ruhumuz ona bağlı

Sevgi varlıq mayası

Səhər danı qızardır

Eşqimizin həyası!

Müəllifin qələmində təvəllüd tapan “13 ƏFSANƏ”nin ucalığı ilahi duyğuların vəcd halıdır. Ölümü ilə ölümə meydan oxuyan, şəhadəti şərbət sanan azmanların timsalında səflənən misraların dəyəri də təfəkkürdən ələklənən hikmətin hökmündədir. Qarı düşmən bu hökmə asi olduğu üçün insani dəyərlərdən də uzaqdır. Qəlbində həsəd, paxıllıq toxumu əkənin biçəcəyi də bəllidir. Biçənəklərin yerini nifrət, məkr, hiylə tutduqca, namusun, şərəfin, qeyrətin, eləcə də şüurun dərki instinktə çevrilir və heyvani duyğular önə çıxır. Ermənilərdə olduğu kimi...

Torpaq güllələnirdi

Vətən bağrı qan idi

Düşmən utanmırdı ki,

Utanan zaman idi.

“13 Əfsanə” dastanı hərb tariximizin qanlı və şanlı səhifəsi olduğu kimi, min illərin o üzünə bənd olmuş, özülü halallıqdan yoğrulmuş bir körpüdür. Sütunlarında bügünümüzün, sabahımızın maddi-mənəvi dəyərləri əks olunan silinməz bir qaladır. Şir biləkli azman oğulların cəsarətindən bərqərar olan, əfsanələşən bu əsər qəhrəmanlıq dastanımız olmaqla yanaşı, “Kitabi-Dədə Qorqud” ömrü yaşayacağı şübhəsizdir. Çünki zirehi dəmir yumruq olan oğulların hər biri ölümsüz əsgər, hər biri yenilməz sərkərdə idi. Ölümsüzlükləri ilə daşlaşan sərkərdələr and yerinə çevrilməklə, ilahi dərgaha ucaldılar, daş üstə zamanın axdığı kimi...

Danışır şəkilləri

Dipdiri daşdan baxır

Məzarları and yeri

Daş üstə zaman axır.

E.Uğur demiş: Torpağa qan qatışanda vətən olur, qatışdı Vətən torpağına şühədaların şəhdi-şirəsi. Axdı torpağın dərin qatına, kirəc bağlamış damarlara məlhəm oldu. Torpaq nəfəs aldı rahat-rahat. İllərin o üzündən bir səs gəldi - Xocalıda süngüyə keçirilən körpənin hıçqırtısı idi o səs, başının dərisi soyulan yaşlı atanın naləsi idi o səs, əllərinin xınası qurumayan məhrəm baxışlıların fəyadı idi o səs, gözünün qarşısında anasına işgəncə verilən, qolları məftillə qandallanmış yaralı əsgərin harayı idi o səs. Müəllif o ağrıların, acıların bitməsində ədalətin təzahürünə, qeybin nidasına ümid bağlamaqla yanaşı, həm də bu vəhşətin bitməsinə ümidlə baxır. İnanır ki, zülümlərə son qoyulacaq, işgəncələrin ömrü bitəcək. Eyni zamanda müəllif qeyd edir ki...

Bitmək həm də başlanğıcdı.

Bəzən səhra ürəklərdə

Ha eləyirsən

Sevda ağacı bitmir.

Bax bu bitmək gərək

Bu bitməklə göyərəcək

Kölgəsində sərinlənə biləcək nə varsa.

Uğurun hər misrasında, hər kəlməsində bir işartı var, ən qorxulu, vahiməli, “buradan o tərəf yol yoxdur, bu bir sondur” düşündüyümüz halda, ümid işartısı yeni bir qapının kandarını işıqlandırır. Onun işığı öləzimir, sönmür, o ümidsizliyə qapılmır, sarsılmır. Haqqa söykəndiyi üçün yolundan büdrəmir. Onun fitrətindən doğan duyğular kiminə əl ağacı, kiminə mənəvi qida, kiminə könül yoldaşı, kiminə də nazlı nigardı. Kiminə qətiyyət, kiminə səxavət, kiminə təpər, kiminə də qılıncdı, qalxandı. Bir sözlə, onun vərəqlərə sərdiyi, mayası haqdan yoğrulan misralar dost üçün cəsarət, düşmən üçün “dəmir yumruq”du, düşmənin başına endirilən zərbəsidir Azərbaycanın...

Zirvəyə qalxdı qəti

Xalqın iradəsi,

Vətən niyyəti!

Birləşdi bütün barmaqlar

Bir əldə düyünləndi

Enməmək üçün qalxdı zərbəsi Azərbaycanın!

Oğullar deyirəm, hər biri bir qaya, alnının qırışı qoz qıran, zəhmi bağır yaran, harayı dodaq çatladan oğullar... Düşmənin 30 ilə getdiyi yolu 44 günə qət etdilər. Bir-birinə kürk oldular, sazaqlarda börk oldular, imtahandan qalib çıxıb görk oldular. Qartal cüssəli yurdun beynindən ürəyinəcən yol çəkdilər – Yenilməzlik yolu! Yuxunu soyunub, andlarıyla yuyunan əfsanə oğullar “Ya Haqq!” deyib Hadruta – Ağoğlana, Füzuliyə, Cəbrayıla, Şuşaya, Zəngilana, Qubadlıya, Laçına, Kəlbəcərə yürüdülər. Dağıtdılar düşmənin səfini, pərən düşdü hər biri öz cərgəsindən. Tankların nəfəsi kəsildi, qaçanların qutu qurudu, silah anbarlarında alov çatıldı bayram tonqalıymış kimi... Gurlayan silahlar susduruldu, alovdan kömürləşən buludlar yerin həngaməsindən kövrəlib duruldu, qazi evlər, şəhid şəhərlər azadlığına qovuşdu, Uğurun uğurunda...

Azadlığına qovuşdu

Füzulidə əsir qalmış

Tavanı, döşəməsi olan binalar.

Evlərin içində bitən ağaclar

Sanki yurdundan didərgin düşmüş sakinlərə

Təsəlli bitmişdi.

O ağacların kölgəsində neçə ruh nəfəs dərmişdi

Allah bilir!

əfsanə oğullar əfsanə yazdılar

xilas edildi şəhid şəhər,

qazi evlər!

Müəllifin tükənməz ilhamından puçurlanan Kamilin, Camalın, İlkinin, Sübhanın, Beyrəyin, Ramiqin, Tərzanın, Həmidin, Kərimin, Eltonun, Elyarın, Xəyyamın, Şəhriyarın qəhrəmanlıq dastanı mələklərin qibtə etdiyi tamaşaya çevrildi, sevginin mübtəlası oldu. Nivəsi torpaq olan bu eşqin ölçü meyarı da elə eşqin özündə dəyərləndi. Uca göylərin mehrabı (Nizami Gəncəvi) olan eşqin.

Eşqin yürüdüyü “Növbəti dayanacaq sevgi adlı dayanacaq idi” deyir müəllif. Sevgi onları son hədəfə çatdıracaq, ilahi mərtəbəyə yüksəldəcəkdi. Ona görə də məmnun idilər hər biri. Sevgi ilə düşmənin üzərinə şığıdılar, yaralandılar – ayağa qalxıb irəli atıldılar, şəhid olanları çiyinlərinə alıb qarşıdakı hədəfə irəlilədilər, sursatları bitdi – düşməni silahlarından istifadə etdilər, su ehtiyatı tükəndi – buluddan nəm çəkdilər, ərzaqları qurtardı – otla qidalandılar. Amma yenilmədilər. Yenə də kəsilmədi düşmənin ardı-arası. Uğurun misralanan harayı, hayqırtısı kimi...

Silahları bitdi,

Sevgiləri ilə vuruşdular, dönmədilər

Və ya

Ha biçdilər alaq ömürləri, bitmədi!

Ha kəsdilər calaq ömürləri, yetmədi!

Yurd müvazinətini itirəndə əməliyyat masasındakı Vətənə qan verdilər dirək oğullar. Yurdu ayaqda tutmaq üçün canlarından keçməyi gözə aldılar. Çünki bir şəhid boyu böyüyəcəkdi Vətən. Şəhidin qanı ilə yoğrulan torpaq müqəddəsləşəcəkdi daha da.

Düşmən xəyallar, xülyalar içində yenilməzliyini sübut etməyə çalışsa da, anlamadı ki, aslan təklənəndə daha təhlükəli olur. Nərəsi qulaq batıran oğulların sinəsinin keçilməz sədd olduğunu dərk etmədi düşmən. Ona görə də məhvə sürükləndi, ölümə qucaq açdı. Bununla da qəhrəmanlıq dastanı yazıldı qurd ağızlı azman oğulların cəsarətindən. Elə bir dastan ki, varlığımızı, kimliyimizi, soyumuzu dünyanın o biri ucuna daşıyacaq.

Sabah bu azad vətən

Hər dərslikdən

Sizin sevdanızı oxuyacaq

Onlar da sabaha ötürəcək

Bu sevgini.

Siz hərənizə bir sevgi əkdiniz

Gələcəyin bətnini

Eşqlə yüklədiniz.

Sabah mütləq bu eşq dünyaya göz açacaq.

Biz olmasaq da

Bizsiz də

Vətən yaşayacaq!

Şəhid adı yaşayacaq!

Qanıyla bu torpağa paklıq möhürü vuran, şəhid sevdasıyla eşq dastanı yazan oğullar... Qanınızdan yurd yoğurub can bahası öc aldınız, azad torpaqlarımız qanınızdan cücərdi. Yurdun istiqbalına canınızdan can verdiniz. Dünyanın vicdanını silkələdi başdaşınız.

Sən bu yurdun cəsarəti

Yenilməzlik rəmzisən

Atillanın zəkası

Mete Xanın əzmisən.

Misralardan şölə saçan sərkərdəlik məharəti Tanrının eşq süfrəsi kimi aşiqlərə açıq oldu. Yoxsa bir damla şəhid qanı bir ömürlük ibadət ola bilməzdi. Torpağıma susayanın su həvəsini öldürdünüz, “Vətən, sənə canım fəda” deyərək aşiqliyin himnini yazdınız, su əvəzi Vətən andı içib ölümə doğru irəlilədiniz. Ölüm sizdən qorxdu, çəkindi. Ölümlə əlbəyaxa oldunuz, ölüb yaşayan oğullar... Qoca tarix çox az gördü ruhu şanlı ərləri. İllər keçsə də, güllə səsləri kəsilsə də, tapdaq altda inləyən torpaqlar rahatlıq tapsa da, şəhid qanından göyərən çiçəklər çəməni bəzəsə də, sızqa çeşmələrin gözü açılsa da, şəlalələrin şırıltısı, quşların pırıltısı artsa da...

Müharibə bitsə də

Tarix danışır hər gün.

Bu taydan o taya haray salan həsrət işartıları ruhun işığında səssizliyin nərəsini dünyaya bəyan etməklə, on milyon mücahidin həsrət nəğməsini nota almış oldu. Cansız ürək, ürəksiz can olmadığı kimi, hərarəti ilə dağları əridən vulkanlar da az deyil. Elə bir vulkan ki, oyanışı dünyanı lərzəyə gətirər, lavası dərdlərə dərman olar. Müəllifin hicran ağuşunda ümid közərən misralarındakı kimi...

Təbriz- Bakı bir ürək, can!

Zəncirlidir hələ Zəncan,

O tayına bu tayından,

On milyon səs verib yurdum!

 

Əlli milyonluq bir canıq,

Hələ ki yatmış vulkanıq.

Biz ki haqq üçün qalxanıq,

Bəs kimlər endirib, yurdum?

Yaxud

Bu dəniz həyatda sən, mən

Eşqimizi edək yelkən.

40 milyon səfərbər ikən

Gedək Təbrizə,Təbrizə!

Ümid yaşamın sütunu, əyilməz dirəyidir. Ümid bağlı qıfıllar üçün sehirli çubuqdur. Ümid sabahdan umacağın bir sıçrayış, bir təkandır. Ümid bəxtin qara qutusu, sirli mücrüsüdür. Ümid zülmətin düyünlərini açan bir çıraqdır. O çırağın şöləsində addımlayan yolçu qaranlığın korafəhmliyində büdrəməsə, ilahi qüdrətə sahib olacaq. Yəni işığa çatacaq. İşıq isə ümidin inama çevrilmə halı, inikasıdır. Varlığı saran ümid inamda əks olunanda bütün ağırlıqlar “ah” olub ərşə çəkilir. Müəllif dediyi kimi... 

Bir ümid var o daşın altda

Qaldır o daşı!

Qaldır, ağrıları qaldıracaqsan, bəlkə də

Bir ana sinəsindən.

Hər kəlmədə, hər əməldə, uçan quşların səfində, bulaqların zümzüməsində, Günəşin qürubunda, qurunun oduna yanan yaş odunun fısıltısında, hətta arıların vızıltısına nazlanan çiçəklərin ətrində, ard-arda söykənən rəngbərəng güllərin düzülüşündə bir hikmət arayır müəllif. Suların şırıltısında torpağın münbitliyi, çiçəklərin ətrində təbiətin şəfakarlığı, qurdun ulartısında türklüyün yaradılışı, himnin yazılışında dövlətçiliyin varlığı əks olunduğu kimi, göy düyməli, yaşıl qollu qırmızı köynəkdə təcəlla edən dövlətin əsas atributu da uca dağların ucalığında günəşə kölgə salır.  

Köynəyinin yaxası qırmızı,

Qolları yaşıl,

Düymələri göy.

Kürəyinə ay- ulduz döy.

Elnur Uğurun qələmə aldığı bu əsər mükəmməl bir epopeyadır. Oxuduqca dəyərlənən, dəyərləndikcə oxucu kütləsi qazanan və həqiqətdən yoğrulan şahidlərin tarixi, tarixin şahidliyidir. Bu əsərdə dünənimizdən bügünümüzə işıq düşübsə, deməli, zülmətin bağrını yarmışıq. “13 Əfsanə”nin qüdrəti ilə qaranlıqlara işıq tutan Elnur Uğur kimi...

ÖTƏRXAN ELTAC



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ