Respublika " Xatirə kitabı" redaksiyası ilə Bakı - xəbər qəzetinin birgə layihəsi əsasında hazırlanmış " Şəhid qardaşlar" kitabı çapdan çıxıb.Kitab Qarabağ uğrunda canından keçmiş igidlərimizin əziz xatirəsinə həsr olunub.
Bu gün Şəmkir şəhər Gənclər evində rayon ictimaiyyət nünayəndələrinin iştirakı ilə kitabın təqdimat mərasimi keçiriləcək." Xatirə kitabı " redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, redaksiya əməkdaşları və Bakı - xəbərin təmsilçisi tanınmış jurnalist İradə Sarıyeva təqdimat mərasimində iştirak etmək üçün Şəmkirə yola düşüblər. Mərasimdən geniş reportajı izləyicilərimizə çatdıracağıq.
Günel Cəlilova