şənbə günü, 21 noyabr 2026
     

Sayat Nova yox, Səyyad Nəva - erməni dilində “aşıq” sözünün sinonimi varmı?

Image


Bu gün bizim erməni adlandırdığımız haylar Azərbaycan türklərinin şəxsiyyətlərini öz adlarına çıxmaqda, onları erməniləşdirməkdə davam edirlər. Necə ki, vaxtilə bütövlükdə alban irsinə sahib çıxdılar, indi də yazılı və şifahi ədəbiyyat yaradıcılarına qarşı iddialar irəli sürürlər.

Xüsusən də aşıq ədəbiyyatına qarşı iddiaları, XVII-XVIII  əsrlərdə Tiflisdə, Qafqazda  yaşayan aşıqları “erməniləşdirmək” niyyətləri diqqəti cəlb edir.

Yaradıcılığının çox böyük hissəsi Azərbaycan türkcəsində olan, Azərbaycan dilində qoşmalar, başqa aşıq şeirləri yaradan, saz çalıb söz qoşan Sayad Nəvanı (Səyat Nəva, Səyyad Nəva) ermənilər iki əsrə yaxındır ki, “Sayat Nova” adı ilə “erməni şairi, erməni aşığı” kimi qələmə verirlər. Məsələ burasındadır ki, erməni alimlərinin Səyyad Nəvanı “erməniləşdirmək” kampaniyasına Azərbaycan alimləri sərt reaksiya verməyib, əksinə, şərait yaradıblar ki, ona ermənilər sahiblənsin. 1712-ci ilin 14 iyununda Tiflisdə doğulduğu bildirilən Səyad Nəvanın hər il ermənilər ad gününü qeyd edir və onun “erməni aşığı” kimi təbliğatını aparır. Sovet dövründə “erməni aşığı” kimi tanıdılan Səyyad Nəva ilə bağlı son illər maraqlı tədqiqatlar aparılıb və bildirilir ki, onun adını ermənilər Sayat Nova ediblər. Aşıq sənətinin mütəxəssisləri bildirirlər ki, ermənilər bu gün saza, aşığa iddia irəli sürsə də, nədənsə nə saz, nə də aşıq sözünün erməni dilində sinonimi yoxdur. Aşıq və saz birbaşa türklərlə bağlıdır. Bu günlərdə erməni medaisında Səyyad Nəvanın doğum günü ilə bağlı yayımlanan məqalə qarşımıza çıxdı və o məqalədə kifayət qədər həqiqətəuyğun olmayan məsələlər yer alıb.  Üç əsrə yaxın yaşı olan və iki əsrə yaxındır ki, ermənilər tərəfindən mənimsənilən aşıq həm Azərbaycan türkcəsində, həm gürcü, həm fars, həm ərəb, həm də iddia edilənə görə, erməni dilində yazıb. Amma onun şeirlərinin əsas hissəsi Azərbaycan dilində olub.

Görkəmli alim, professor Məhərrəm Qasımlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, S.Nəvanın erməniləşdirilməsi sırf ermənilərin çirkin niyyətləri ilə bağlıdır. M.Qasımlının sözlərinə görə, S.Nova kimi qələmə verilən açıq erməni yox, tərtəmiz Azərbaycan türküdür, Tiflisdə doğulub və burada yaşayıb, fəaliyyət göstərib. Qədim zamanlardan azərbaycanlıların Tiflisdə yaşadığını deyən M.Qasımlı dedi ki, S.Nəvanın erməniləşdirilməsi cəhdləri tarixi faktlarla alt-üst edilir: ”Bilmirəm, erməni məsələsi haradan Səyat Nəvanın üstünə yazılıb. Əslində, o, Sayat Nova yox, Səyat Nəvadır. Bizim köhnə aşıqlarımız istənilən vaxt rus, gürcü, erməni dilində şeirlər deyirdilər. S.Nəva da erməni və gürcü dilində şeirlər yazıb. Amma onun əsas yaradıcılığı Azərbaycan dilindədir və S.Nəva erməni yox, Azərbaycan sənətkarıdır. Tiflisdə doğulub, azərbaycanlıdır. Zaman içində əlimizdən getdi, ermənilər dünyaya təqdim elədilər ki, erməni aşığıdır. Onun erməni olması ilə bağlı heç bir fakt yoxdur. Mirəli Seyidovun böyük tədqiqatları var ki, o, Azərbaycan aşığıdır. Deyə bilərəm ki, Azərbaycan dili, mədəniyyəti bölgədə dominantlıq etdiyi üçün, hətta erməni, gürcü aşıqları da Azərbaycan dilində yazıblar, şeir deyiblər. Hətta erməni aşıqlarının 300-ə yaxını Azərbaycan dilində yazıb-yaradıb, çalıb-oxuyub.

Unutmamalıyıq ki, onların içində çox istedadlı adamlar da olub. Şəmkirdə aşıq Yervant var idi, o, Azərbaycan dilində çalıb-oxuyurdu. Hər dəfə mənə deyirdi ki, erməni dili aşığa uyğun deyil, saza yatmır. Sazın sırf Azərbaycan hadisəsi olduğunu öz dili ilə deyirdi. Bu gün dünyada erməni aşıqlarının təbliği var, amma unutmaq olmaz ki, Azərbaycan aşıq sənəti hər zaman erməni mədəniyyətini təsiri altına salıb. Bu gün Azərbaycan talış, ləzgi, türk, tat aşıqları var, onlar öz dillərində də, Azərbaycan dilində də çox rahat çalıb-oxuyurlar”.

“Düşünürəm ki, türk əsilli aşıq Səyat Nəva ətrafında mübahisələrə son qoyulmasının zamanı artıq çoxdan çatıb. Hətta vaxtı keçib. Çünki Azərbaycan ərazisindən. mədəniyyətindən, ədəbiyyatından, musiqiqsindən, tarixi abidələrindən oğurlayıb özünə tarix, mədəniyyət, incəsənət, dövlət yaradan ermənilərin cavabı vaxtında verilsəydi, Azərbaycan xalqı bu qədər əziyyət çəkməzdi. Bəli, Sayat Nəva Qafqazda bəlkə də yeganə aşıqdır ki, gürcülər də, azərbaycanlılar da, ermənilər onun öz xalqına məxsus olduğunu iddia edir. Son illərə qədər çox güclü erməni təbliğatı sayəsində Sayat Nova erməni şairi kimi təqdim olunub...

Belə demək haqsızlıq olar. Bir çox tədqiqatçılarımız, o cümlədən professor Məhərrəm Qasımlı birmənalı şəkildə Səyat Nəvanın Azərbaycan sənətkarı olmasını, aşığın erməni olmadığını təkzibedilməz faktlarla ortaya qoyub...”Bunu isə  AMEA-nın professoru , filologiya elmləri doktoru Salidə Şərifova deyib.

Ermənilərin əlinə uzun illər fürsət düşüb ki, Səyat Nəvanın şeirlərini də təhrif etsinlər, onun özü haqda dediklərinə müdaxilə etsinlər. S.Nəvanın xristian olduğunu, hətta atsının adının Karapet, anasının adının isə Sara olduğunu uydururlar. S.Nəvanın xristian olduğu təəccüblü görsənmir, çünki azərbaycanlılar uzun əsrlər xristianlıq dininə tapınıblar və sonrakı əsrlərə qədər öz dinini saxlayanlar da az olmayıb. Məsələn, alban türkləri, udilər, udinlər və başqaları əsrlərdir ki, xristianlıqlarını qoruyub saxlayıblar. Təəssüflər olsun ki, Çarın fərmanı ilə alban xristian kilsəsinin statusu ləğv edildikdən sonra  onun hüquqları erməni Qriqoryan kilsəsinə verilib, bu da Qarabağ albanlarının süni yolla erməniləşməsi ilə nəticələnib. Onlar etnik baxımadn erməni olmadıqlarını bilirlər, amma özlərini erməni sayırlar. Bu baxımdan, S.Nəvanın da xristian olmasında təəccüblü bir şey yoxdur. Erməni mənbələri uydururlar ki, guya Nəva rahib olub. Onlar iddia edirlər ki, 1795-ci ilin sentyabrında Ağa Məhəmməd şah Qacarın (utanmadan Qacarı fars şahı kimi qələmə verirlər) Gürcüstana hücumu zamanı Tiflisdəki kilsədə olan aşıqdan dinindən dönmək tələb olunub, o isə bundan imtina etdiyi üçün öldürülüb. Bunlar hamısı erməni uydurmasdır və bizim tariximizi dərindən öyrənmək istəməməyimizin nəticəsdir. Zamında bizim ədiblər, alimlər ermənilərin cavabını versəydilər, indi onlar bu gün Səyat Nəvanı, Sayat Nova adlandırıb onu “erməni aşığı” kimi təqdim etməzdilər. Əslində isə “erməni aşığı” deylən bir nəsnə yoxdur. Ermənilər bizim ərazilərimizə köçürüldükdən sonra aşıq sənətinə də əl uzadıblar...Hesab edirik ki, Səyat Nəva barədə indiyə qədər yazılanların hamısı yenidən araşdırılmalı, saf-çürük edilməlidir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ