
Türkiyədə sosial media fenomeni kimi tanınan Dilan Polat həyat yoldaşı Engün Polatın ad gününə maraqlı sürpriz edib. Türkiyənin hürriyet.com.tr saytındakı məlumatda deyilir ki, tanınmış media fenomeni ərinin ad günü üçün sifariş verdiyi tort hədiyyəsinə düz 60 min türk lirəsi xərcləyib. Lakin sifariş edilən tort evə gətirildiyi zaman şok yaşanıb. D.Polat hazırlanan tortun keyfiyyətindən və dizaynından narazı olduğu üçün qəzəbini sosial şəbəkə hesabından dilə gətirib: “Tortu hazırlayan xanıma sözüm yoxdur. Mənim 60 minlik sifarişim artıq heç oldu. Biz belə dizayn gözləmirdik. Bu firma ilə bütün əlaqələri kəsəcəm, onlardan bir daha heç nə alınmayacaq”-deyə D.Polat təpki göstərib.
Mətləb