08/06/2023 11:26
728 x 90

Füzulidə arabası ilə birlikdə dəfn edilən hökmdarın məzarı tapıldı

img

Füzulidə arabası ilə birlikdə dəfn edilən hökmdarın basdırıldığı kurqan aşkarlanıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademisyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

O bildirib ki, Füzuli rayonu ərazisində 3 kurqanda qazıntı işləri aparılıb.

"Sözegedən kurqanlar Əhmədbəyli-Füzuli-Şuşa yolunun təxminən 700-800 metr yaxınlığında yerləşir. Bura böyük kurqan çölüdür və 3 min yaşı olan hökmdar kurqanları var. Eramızdan əvvəl l minilliyin VIII-VII əsrlərinə aiddir. Araşdırmalarımız zamanı məlum olub ki, burada hökmdarı arabası ilə birlikdə dəfn ediblər. Araba təkərlərinin, atlarının, silah-sursatının qalıqları aşkarlanıb. Burada tapılan materialların böyük hissəsi bizim fondda saxlanılır, bir hissəsi isə hələlik Tarix Muzeyinə təhvil verilib", - deyə A.Seyidov bildirib.

Peşə etikası

Son xəbərlər