
Türkiyə kinosunun canlı əfsanələrindən sayılan qocaman aktyor Kadır İnanır İstanbulda piyada gəzintisinə çıxıb.
Haberturk.com. saytının yazdığına görə, “Yeşilcam” əfsanəsi sayılan qocaman aktyor gəzinti zamanı onu sevən insanlarla ayaqüstü söhbət edib, suallarını cavablandırıb. 74 yaşlı aktyor heyranları ilə görüşdə həm də hazırkı seriallar barədə də fikirlərini bölüşüb.
Türk mediasının yazdığına görə, aktyor artıq imkan daxilində tez-tez piyada gəzintisinə çıxacağını, sağlamlığına önəm verəcəyini dilə gətirib.
NAMİQ