Allah, Allah deyərək dillənər könül sazı, Cümhuriyyət eşqinə candan keçməyə hazır, Türkiyənin ən yeni tarixini o yazır. Rəcəb Tayyib Ərdoğan!
Turan ona vurğundur, o Turana sevdalı, Odur Türk dünyasının, yurdun dərdindən hali, Çatır haya, haraya Xızır İlyas misalı. Rəcəb Tayyib Ərdoğan!
O qazaxdı, qırğızdı, o türkməndi, o türkdü. O Dərbənddir, Göyçədir, o Ərbildir, Kərkükdü. Düşmənlərin başına daş yağdırdı, od tökdü. Türkiyəni ucaldan ikinci Atatürkdü, Rəcəb Tayyib Ərdoğan!
Havalanar “Bayraktar” yerdə, göydə, dənizdə. Keşik çəkər Mehmetcik hər cığırda, hər izdə. Sənə heykəl qoymuşuq İlhamlı qəlbimizdə. Rəcəb Tayyib Ərdoğan!
Türkiyə əmin əldə, bundan sonra nə dərd, qəm. Sənin namını öyən bayatıyam, şeirəm. Şuşanın dağlarından sənə salam deyirəm, Rəcəb Tayyib Ərdoğan!
Hafiz Təmirov (Hacxalıl) polis polkovnik-leytenantı