çərşənbə günü, 07 oktyabr 2026
     

“O vaxt Heydər Əliyevin yüksək vəzifə tutması bu təhlükənin qarşısını aldı” - Şamil Əliyev...

Image


Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirildi.

Mövcud olan çətinliklərə və problemlərə rəğmən Azərbaycan kinosu yaşayır. Kinoforumdan sonra gəldiyim qənaət və gələcəyinə inandığım həqiqət budur. Dünya və tarix daima yüksələn inkişaf xətti ilə irəliləmədiyi kimi kino sferası, o cümlədən Azərbaycan kinosunun da həyat yolu hər zaman hamar və hamının maraqlarını təmin edən bir yol olmamışdır. Amma nə yaxşı ki, sənətə, bədii əməyə və onun daşıyacılarına qiymət verən insanlar və dövlətimiz var... 

Azərbaycan Mədəniyyətinin zəngin ədəbi-bədii nümunələri, bəşəri dəyərlər daşıyan əsərləri insanlığın sənət xəzinəsinə tövhə verməklə tarixdə özünəməxsus iz buraxıb. Mədəniyyətimizin əsas qolları olan milli musiqi, rəssamlıq, teatr və kinematoqraf illər boyu ümumbəşəri ideyaları tərənnüm etmişdir.

Tarixə nəzər salsaq milli kinematoqrafın keçib gəldiyi yolunun heç də hamar olmadığını görərik. Mən kinematoqrafımızın ötən əsrin ikinci yarısındakı vəziyyətinə nəzər salmaq istərdim. Çünki, məhz həmin dövrdə baş verən proseslər 20-ci əsrdə müstəqil Azərbaycan kinematoqrafiyasının varolma əsaslarını müəyyənləşdirdi.

Belə ki, Azərbaycanda kinematoqrafın vəziyyəti II Cahan Müharibəsindən sonra müəyyən durğunluq dövrünü yaşadı. Mövzuların, hətta kadrların Moskvadan təyin olunması Azərbaycan milli kinosunun inkişafına ciddi əngəllər törədirdi. Bakı kinostudiyasının qonşu respublikalardan birinin tabeliyinə verilərək filial kimi fəaliyyət göstərməsi haqqında Moskvada məxfi şəkildə qərar hazırlanırdı. Azərbaycanın bədnam qonşularının Sovet İttifaqı KP Mərkəzi Komitəsində və Siyasi Bürodakı yüksək vəzifəli təmsilçilərinin və onların havadarlarının lobbiçiliyi sayəsində bu işə zəmin hazırlanırdı. 0 vaxt Azərbaycanın siyasi rəhbərlyində Heydər Əliyevin yüksək vəzifə tutması bu təhlükənin qarşısını aldı. Belə ki, Mehdi Hüseynzadənin reabilitasiya olunması və Sovet İttifaqı Qəhrəmanı adını almasında təşəbbüs Ulu Öndər Heydər Əliyevə məxsusdur. Məhz onun səyləri ilə arxiv materialları araşdırıldı və Moskvada aidiyyatı orqanlara tutarlı faktlarla Mehdi Hüseynzadənin qəhrəmanlığı sübut olundu. İ. Qasımov və H. Seyidbəylinin müəllifi olduğu “Uzaq Sahillərdə” romanı da onun təşəbbüsü ilə yazıldı. Daha sonra Tofiq Tağızadənin quruluşçu-rejissorluğu ilə eyni adlı filmin çəkilişləri də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutdu. İstehsalatı Bakı Kinostudiyasında başlayan “Uzaq Sahillərdə” filmi 1958-ci ildə uğurla tamamlandı. Bundan sonra Bakı kinostudiyası  1959-cu ildən “Azərbaycanfilm”  kimi fəaliyyətini  davam etdirdi. Bununla da “Azərbaycanfilm”in qonşu respublikalardan birinin filialı olmaq kimi təhqiredici bir faktın qarşısı alındı!

Azərbaycan kino tarixində renessans mərhələsi kimi yadda qalan bir neçə uğurlu filmin ərsəyə gəlməsi məhz Ulu Öndərin çox məharətlə inşa etdiyi milli özünüdərkə xidmət edən sistemdə, məhz onun özünün də şəxsən irəli sürdüyü təşəbbüs və qərarlar  ilə bağlıdır.

Azərbaycan xalqının maddi-mədəni irsinə, tarixinə sahib çıxması, müstəqil bir xalq kimi milli-mədəni mühitdə yaşayıb inkişaf etməsi üçün Ulu Öndər əvəzolunmaz xidmətlər göstərmişdir. 

Onun uzaq perspektivə hədəflənmiş, əsasında milli inkişaf konsepsiyası duran fəaliyyətinin Azərbaycanın 20-ci əsr tarixinin bütün sahələrində - siyasət, iqtisadiyyat, mədəniyyət, elm, ideologiyada bariz nümunələrlə zəngin olduğunu bu gün daha parlaq şəkildə görürük.

Ulu Öndərin miras qoyduğu siyasi, mədəni kursunu layiqlə davam etdirən möhtərəm Prezident İlham Əliyev qloballaşan dünyanın çağırışlarına Vətən sevgisinə dayanan qürurverici fəaliyyəti və Azərbaycan dövlətçiliyini yeni inkişaf səviyyəsinə qaldırması ilə cavab verdi.

Azərbaycançılıq, müasirlik, tolerantlıq, multikulturalizm kimi dəyərlərimizi qorumaq və gələcək nəsillərə ötürməyin əhəmiyyətini zaman-zaman xatırladan Prezident İlham Əliyev əslində xalqı bu dəyərlər ətrafında birləşdirməyə və həmin dəyərlərin cəmiyyətin bütün fəaliyyət və yaradıcılıq sahələrində əsas meyar kimi tətbiq edilməsinə nail oldu.

Müasir, “sərhədsiz” dünyada müxtəlif “ideyalar” bir-birini tez-tez əvəz edir, çeşidli resurslar vasitəsilə müstəqilliyinin bəhrəsini dadmağa imkan tapmamış ölkələrə asanlıqla daxil olur. Məsələn: natamamlıq psixologiyası, öz xalğının əxlaqi keyfiyyətlərinə, tarixinə, ictimai-şüurunun sınaqdan çıxmış formalarına yuxarıdan aşağı baxmaq kimi tendensiyalara köklənmiş mesajlar maraqlı güclər tərəfindən dəstəklənməkdədir. İdeloji-mənəvi-əxlaqi sferada boşluq yaranan kimi onun yerini mürtəce, separatçı, aqressiv, humanizmdən uzaq müxtəlif növ meyllər, hətta dini-siyasi sapmalar doldurmağa başlayır. Heç şübhəsiz ki, bu ideyaların sürətlə məruz qaldığı sahələrdən biri də kinematoqrafiyadır. 

Birinci və hələlik sonuncu Kinoforum Azərbaycan kinosunun mövcud vəziyyətini şəffaf şəkildə müzakirəyə çıxardı. Kinoforumun gedişatı onu göstərdi ki, onun təşkilatçısı olan ölkəmizin Mədəniyyət Nazirliyi üçün bu sferada qapalı saxlanacaq kiçik bir detal belə yoxdur. Bu isə çox vacib idi. Hər hansı bir xəstəliyin müalicəsi düzgün qoyulan  diaqnozdan asılıdır.

Dörd paneldə qoyulan mövzular geniş əhatəli şəkildə imkan verdi ki, çıxışçılar və müzakirəyə qatılanlar sərbəst şəkildə diskussiya aparsınlar, fikir bildirsinlər. Müzakirələr çox aydın şəkildə Azərbaycan kino industriyasının təxirəsalınmaz həllini gözləyən istiqamətlərini müəyyənləşdirdi. Əsas ana istiqamət xətti isə bunlar oldu: mədəniyyətimizin ideoloji əsasları olan azərbaycançılıq, tolerantlıq, mültikulturalizm, maddi-mədəni irsimizə sadiqlik!

İştirakçıların əksəriyyətinin səsləndirdiyi ana fikirlərin ortaq nöqtəsi də həmin ideyaların Azərbaycan kino incəsənətində daha da əhatəli, geniş həcmdə əks olunması istəyi oldu.

Azərbaycan kinosu ancaq daxili lokal məkanda fəaliyyət göstərə bilməz. Kinematoqrafın vacib cəhətlərindən biri də sərhədləri aşıb mədəni-kulturoloji ixrac potensialına malik olmasıdır. Düşünürəm ki, kinematoqrafımız “Yumşaq güc” olmaq potensialına malikdir və yaxın perspektivdə yerləşdiyimiz coğrafiyada mədəni-əxlaqi dəyərlərimizi tanıtmağa və sevdirməyə malik olacaqdır. Bu prosesi uğurla tətbiq etmək üçün yüksək professionallıq, savad, müasir dünya kinosunda gedən proseslərdən xəbərdar olmaq, ən əsası öz xalqının tarixini, mədəniyətini bilən və sevən peşəkarlar tələb olunur. Özfəaliyyət səviyyəsində, qeyri-professional yanaşma bu prosesi iflasa uğradacaq. Yuxarıda sadaladığımız mənəvi-əxlaqı keyfiyyətlərin təbliği xalqımıza rəğbət formalaşdırması üçün vacib şərtlərdən biridir. Beynəlxalq kinofestivallarda və film fondlarında iştirak etməklə bu prosesi beynəlmiləşdirmiş oluruq.

Kinoforumda səslənən fikirlərin təhlili “PİTÇİNQ” (layihələrin təqdimatı) prosesinin kinomuz üçün nə qədər vacib olduğunu diqqət mərkəzinə gətirir.

Son illər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Ekspert Şurası, Bədii Şura və sairə kimi müxtəlif adlarla psevdo-pitçinq kimi müsabiqələr keçirilmişdir. “PİTÇİNQ” isə dəqiq format və reqlament tələb edir. Belə olmayanda bu gün Azərbaycan kinosunda olduğu kimi bir nəticə ilə qarşılaşmalı oluruq. “PİTÇİNQ” formatının peşəkar səviyyədə tətbiqi prodüser, distribüter kimi kino səneyesinin vacib sahələrinin formalaşması üçün platfoma rolunu oynaya bilər.

Digər tərəfdən gələcək filmin çəkiliş prosesinə peşəkar səviyyədə nəzarəti də təmin etmiş olacaqdır.

Əsas diqqəti dövlət büdcəsindən maliyyə dəstəyi almaq arzusunda olan kinolayihələrin seçilməsi üzərinə yönəltməyin əhəmiyyətini qeyd etmək istərdim.

KİNOFORUMA SÖZARDI

Kinoforum kino sektorunda yaranmış problemlərin tam təsnifatını müəyyənləşdirməsə də, əsas istiqamətləri araşdırmağa meylli olan çıxışlara və suallara meydan verib cavab ala bildi. Əslində kino sektorunda çox saylı, illərlə yığılıb qalmış problemlərinnhəll olunmaması, bu proseslərin davamlı olaraq daha geniş və peşəkar müzakirələrə ehtiyacı olduğunu ortaya çıxardı.

Kinoforum problemlərin həlli yollarını axtarmaq üçün fikirlərin, mövqelərin müzakirəsi, dərdlərin bölüşülməsi istiqamətində irəliyə doğru atılan bir addım oldu. Bu mənada dövlətimizin mədəniyyət siyasətini idarə edən şəxslər və strukturlar milli kino “sənayesinin” bir çox məsələlərindən agah oldular və sektorun əsas iştirakçılarının potensialına yenidən qiymət vermək imkanı əldə etdilər. Fikrimcə bu məqam yol xəritəsinin formalaşdırılması üçün çox vacib faktor olmalıdır.

Son 20 ildə - keçmiş Sovet respublikalarındakı kino və Azərbaycandakı kino sferasını müqayisə edəndə Azərbaycan üçün ürək açan məqamların az olduğunu görərik. Bu kino sənayesinin qurulması üçün təxirəsalınmaz istiqamətlərdə - daha dəqiq desək struktur formalaşmasında daha aydın görünür. Məsələn, Beynəlxalq Kino fondlarında müştərək layihələrin təmsil olunmaması, EUROIMAGE üzvlüyünə hələ də qəbul olunmamağımız, Azərbaycanda Beynəlxalq səviyyəli (FIAPF-da qeydiyyatdan keçmiş) film festivallarının olmaması, Kino Agentliyinin bu vaxta qədər fəaliyyətə başlamaması, kino yayımında və dublyajda problemlərin mövcudluğu, prodüser və distribüter institutlarının beynəlxalq səviyyədə zəif təmsil olunması qonşu ölkələrlə müqayisədə kinomuzun geri qalmasını aşkara çıxarır.

Məhz buna görə gecikmədən kino sektorunun inkişafının yol xəritəsi hazırlanaraq Kino Agentliyinin icrasına təqdim olunmalıdır.

Kino Agentliyi mütləq peşəkar, ali savadlı kadrlardan təşkil edilməlidir. Fikrimizcə, Azərbaycan kino tarixində müstəsna rol oynamış “Azərbaycanfilm” Kino Mərkəzi kimi fəaliyyət göstərməli, çəkiliş pavilyonları müasir kino sənayesinin tələblərinə uyğun yenidən qurulub istifadəyə verilməli, müxtəlif yaradıcılıq birliklərinin fəaliyyətini bu mərkəzdə cəmləşdirməklə rentabelli bir təşkilata çevrilməlidir.

Dövlətin təsis edəcəyi Kinofond çərçivəsində ayırdığı maliyyənin bölüşdürülməsi şəffaf müsabiqələrlə, “PİTÇİNQ”lə müəyyən olunaraq müxtəlif studiyalar arasında bölüşdürülməlidir. Hər hansı bir layihə 100% dövlət tərəfindən maliyyələşdirilməməlidir. Müxtəlif studiyalar (“Azərbaycanfilm” də daxil olmaqla) bu müsabiqələrdə iştirak etməlidir. Belə olan təqdirdə dövlətdən tam asılılıq vərdişindən uzaqlaşarıq, prodüser isə layihənin sahibi kimi fəaliyyət göstərmiş olar.

Dövlət kino sferasına ilkin mərhələdə kino sənayesinin qurulması üçün müəyyən maliyyə vəsaiti ayırmalı və bu prosesi çox çiddi nəzarətdə saxlamalıdır. Dövlətin özəl sektora müsabiqələr, tenderlər vasitəsi ilə sifarişlər verməsi praktikasını reallaşdırmağın nə qədər vacib olması artıq mübahisə doğurmamalıdır.

Yerli investorların davamlı olaraq kino sektoruna maliyyə yatırımını təmin etmək üçün vergi qanunlarında müəyyən güzəştli şərtlərin olmasını təmin etmək lazımdır. Azərbaycanda kifayət qədər investor mövcuddur ki, belə şərtlər daxilində yatırım etməyə hazırdırlar. Kino sferasında artıq mövcud olan özəl sektorun fəaliyyəti bunu deməyə əsas verir.

Kino sektorunda müəlliflər heyətində mütəxəssis problemi olmasa da, köməkçi sahələrdə (I asistent, qrim rəssamı, geyim üzrə rəssam, rəssam-arxitektor, pirotexnik, kaskadyorlar) böyük çatışmazlıqlar vardır. Bu gün istehsalata eyni zamanda 10 tammetrajlı film buraxılsa, bu daha da kəskin şəkildə özünü göstərəcək. Bu isə kino sənayesinin vacib tələblərindəndir.

Məhz bu nöqteyi-nəzərdən Mədəniyyət və İncəsənət Universitenin nəzdində (Kino Agentliyinin tabeliyində də ola bilər) daha geniş imtiyazlara malik Ali Kino İnstitutunun yaradılması da aktual görünür.

Həyatı və insan yaşayışını maraqlı edən onu bezdiricilik sindromundan xilas edən müxtəliflikdir. Zövqlərin, təlabatın, istəklərin müxtəlifliyi, bu rəngarəngliyi tanımaq, öyrənmək insana həyatı sevdirir. Müasir Azərbaycan kinosu da müxtəlif janr və istiqamətlər üzrə həyatımızın çeşidli tərəflərini maraqlı hekayələrlə bədii-vizual əsərlər halına gətirərək, tariximizin bir hissəsinə çevrilməkdədir. Amma müxtəliflik bədii dəyər ifadə etmədikdə kino çəkmək üçün çəkilən zəhmət də, sərf olunan zaman da insana təəssüf hissindən başqa bir hiss yaşatmır. Tamaşaçılar isə Azərbaycan Kinosunu seyr edib qurur hissləri ilə yaşamaq istəyirlər... 

Şamil Əliyev
Kinorejissor və ssenari-yazarı
08. 05. 2023



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ