çərşənbə günü, 07 oktyabr 2026
     

İrəvanda ilk teatr - Qərbi Azərbaycanın itməyən mədəniyyət tarixi...

Image


“İrəvanda izim qaldı” rubrikasında İrəvanda mövcud olmuş milli teatrdan, onun tarixindən, mədəni mühitə təsirindən danışmaq istəyirik. Azərbaycan mədəniyyətinin, maarifinin əzəli ünvanlarından biri olan tarixi Azərbaycan şəhərində Azərbaycan teatrının yaradılması böyük hadisələrdən biri olub.

Böyük tarixi keçmişi olan İrəvan teatrının başı qeylü-qallar çəkib, amma bütün çətinliklərə baxmayaraq teatr yaşayıb. Taleyinə qaçqınlıq, deportasiya yazılıb, min-bir bəlaya tuş gəlib, amma bütün çətinliklərə baxmayaraq yaşayıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrı İrəvanda yaradılan ilk Azərbaycan dilli peşəkar teatrdır. Məlumdur ki, azərbaycanlılar imdiki Ermənistandan, əslində isə öz ata-baba torpaqlarından qovulana qədər bu teatr İrəvanda fəaliyyət göstərib. Hazırda isə Bakıda fəaliyyətini davam etdirir və İrəvana qayıdacağı günü səbrsizliklə gözləyir.

Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa İrəvanın teatr mühiti barədə məqaləsində qeyd edir ki, İrəvan şəhərində ilk teatr tamaşaları XIX əsrin ikinci yarısında göstərilib: “...1873-cü ildə Bakıda və Tiflisdə bir-birinin ardınca göstərilən tamaşalar haqında qəzetlərdə verilən xəbərlər İrəvanda da teatr sənətinə böyük maraq və həvəs oyatmışdı. Erməni müəllifləri hər sahədə olduğu kimi, İrəvanda azərbaycanlı teatrının tarixini də özlərinə sərf edən tərzdə saxtalaşdırmağa çalışmışlar. Erməni tarixçisi Tadevos Hakopyan “İrəvan tarixinin oçerki” kitabında yazır ki, azərbaycanlı müəllimlərin təşkil etdikləri teatr həvəskarları dərnəyi özünün ilk tamaşasını gimnaziyanın müəllimi Firudin bəy Köçərlinin rəhbərliyi altında 1884-cü ildə göstərmişdir. Tarixçi alim İsrafil Məmmədovun üzə çıxardığı bir məqalə isə İrəvanda Azərbaycan dilində oynanılan ilk tamaşanın səhnələşdirmə tarixini üzə çıxarmağa imkan verir. İrəvanda erməni dilində nəşr edilən “Psaq” (“Çələng”) qəzetində 10 aprel 1882-ci il tarixində “Xryusi” imzası ilə dərc edilən “Fars teatrı” başlıqlı məqalədən bəlli olur ki, 1882-ci il aprelin 2-də İrəvanda Müqəddəs Qayane məktəbinin salonunda İrəvanın kasıb müsəlman tələbələrinə kömək məqsədilə Azərbaycan türkcəsində “Tamahkarlıq düşmən qazanır” pyesi ikinci dəfə tamaşaya qoyulmuşdur. Adı çəkilən məqalədə göstərilir ki, pyesin məzmununu İrəvan şəhər məktəbinin müəllimi Məşədi İsmayıl söyləmiş, “Qırt-qırt” pyesinin müəllifi Vasak Mədətov onu komediya şəklinə salmışdır. Məşədi İsmayılın söyləməsinin əsasında qələmə alınan həmin əhvalat orta əsrlərdə Təbriz şəhərində baş vermişdir”.

N.Mustafa yazır ki, İrəvanda Azərbaycan teatrının formalaşması Yunis Nurinin adı ilə bağlıdır. 1878-ci ildə İrəvan şəhərində anadan olmuş Yunis Hacı Süleyman oğlu Süleymanov fitri istedadlı aktyor, teatr təşkilatçısı və rejissor kimi ömrünü İrəvan teatrına həsr edib. 1950-ci ildə vəfat edən Yunis Nurinin həyat və fəaliyyətinə həsr edilmiş kitablar və məqalələr yazılıb. XX əsrin əvvəllərində İrəvan teatrının formalaşmasında Yunis Nuri ilə yanaşı, Mirzə Mustafa Rəcəbovun, Kərim Əhmədovun, Mirabbas Mirbağırzadənin, Cəfər Əhmədovun, Əkbər Rzayevin, Məcid Rəcəbovun, Mehdi Kazımovun, Asif bəy Şəfibəyovun xidmətləri böyük olub. İrəvanın adlı-sanlı zadəganlarından Pənah xan Makinskinin və Əli xan İrəvanskinin mülklərində xeyriyyəçilik məqsədilə İrəvan teatrının tamaşaları oynanılıb...

Tədqiqatçının verdiyi bilgiyə görə, İrəvan teatrının aktyorları daha təcrübəli Bakı və Tiflis teatrlarının repertuarlarını izləyir, orada oynanılan tamaşaları öz repertuarlarına daxil edirdilər. “1908-ci ilin 19 yanvarında İrəvan ziyalıları məşhur türk yazıçısı Namiq Kamalın “Vətən” əsəri Asif bəy Şəfibəyovun rejissorluğu ilə şəhər klubunda tamaşaya qoyulmuşdu. 1909-cu ilin mayında Hüseyn Ərəblinskinin teatr truppası İrəvana qastrola gəlmiş, şəhər klubunda “Bəxtsiz cavan”, “Nadir şah”, “Zorən təbib”, “Yəhudilər” əsərlərini tamaşaya qoymuşdu.  “Məşhur aktyor Sidqi Ruhulla 1910-cu il mayın 19-da səyyar aktyor sifətilə İrəvana gəlmiş, yerli həvəskarların iştirakı ilə “Müsibəti Fəxrəddin” tamaşasını səhnələşdirmişdi. “Erivanskiy vestnik” qəzeti 9 oktyabr 1911-ci il tarixli sayında xəbər verirdi ki, Tiflisdən gəlmiş Mirzə Ağa Əliyevin truppası yekun tamaşa kimi, “O olmasın, bu olsun” operettasını oynamışdır. Qastrol ərzində Zülfüqar Hacıbəyovun “Əlli yaşında cavan” operettası da oynanılmışdı. 1912-ci ildə Zülfüqar Hacıbəyov yenidən İrəvana gəlmişdir. Noyabrın 22-də “İqbal” qəzeti Z.Hacıbəyovun İrəvana qastrol səfərinə aid xüsusi məqalə dərc etmişdi.

25 mart 1913-cü ildə Əli Məhzun Rəhimzadə və Əsgər Axundov İslam Dram Şirkəti adlı bir şirkətin fəaliyyəti üçün rəsmi dairələrdən icazə almışdılar. Bu şirkət öz ətrafında gənc aktyorları birləşdirirdi. Qısa müddət ərzində şirkətin aktyorları Canpoladovun teatr binasında “Kimdir müqəssir?”, “Pul dalınca”, “Ac həriflər”, “Sevgili övlad”, “Millətpərəstlər, yaxud ürəfa qiyafəsində süfəha” (süfəha – yəni səfeh), “İbrahim bəy, yaxud istibdad qurbanı”, “Aldandılar” əsərlərini tamaşaya qoymuşdular”.

N.Mustafa yazır ki, 1914-1917-ci illər İrəvan teatrı üçün çox uğurlu illər olmuş, daşnakların hakimiyyətə gəlməsinədək İrəvan teatrı sözün həqiqi mənasında intibah dövrünü yaşamışdır. “Sənətşünaslıq elmləri doktoru İlham Rəhimli arxiv sənədləri, dövri mətbuat materialları, aktyorların canlı ifadələri əsasında İrəvan teatrının 1882-2006-cı illəri əhatə edən yaradıcılıq yolu haqqında “İrəvan Dövlət Azərbaycan Dram Teatrı” adlı sanballı monoqrafiya qələmə almışdır. Həmin əsərdə müəllif qeyd edir ki, 1918-1920-ci illərdə ermənilər İrəvan şəhərində kütləvi qırğınar törətdiklərindən başda Yunis Nuri olmaqla İrəvanın həvəskar aktyor truppası İranın Xoy şəhərinə mühacirət etmiş, üç ilə qədər orada qalmış, hərdən teatr tamaşaları da göstərmişdilər. 1921-ci ilin ikinci yarısından etibarən İrana, Türkiyəyə və Azərbaycana sığınmış irəvanlı qaçqınlar tədricən geri qayıtmağa başlamışdılar. 1922-ci ilin fevralından Mərkəzi türk klubu adlanan klubun nəzdində Yunis Nurinin başçılığı ilə həvəskar artistlərin cəmləşdiyi Türk teatr truppası fəaliyyətini bərpa etmişdir. Türk truppasının tamaşaları Mərkəzi türk klubunda hazırlanır və orada da nümayiş etdirilirdi. İrəvanda yaşayan qeyrətli ziyalıların və uzun illər böyük fədakarlıqla fəaliyyət göstərən teatr həvəskarları 1928-ci il mart ayının 15-də istəklərinə nail oldular: – Ermənistan hökumətinin qərarı ilə səyyar tipli İrəvan Dövlət Türk (Azərbaycan) Dram Teatrı yaradıldı.

1928-1933-cü illərdə İrəvan Dövlət Türk Teatrı türk dilində təmiz danışan, əslən İstanbul ermənisi, Ermənistan Dövlət Teatrının aktyoru olmuş Mkrtıç Cananın, irəvanlı ziyalı, aktyor Rza Şeyxzadənin və Leninqradda (indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda rejissor və dram aktyorluğu fakültəsini bitirmiş Yusif Yulduzun (Əliyev) rejissorluqları ilə tamaşaları səhnələşdirirdi. 1933-cü ilin sonlarında isə Xankəndində anadan olmuş, Bakı Teatr Texnikumunu və Leninqrad Səhnə Sənəti İnstitutunu bitirmiş Baxşı Qələndərli İrəvan Dövlət Türk Teatrında rejissorluq fəaliyyətinə başlamışdı.

Ümumiyyətlə, 1934-1935-ci illərdə İrəvan Türk Teatrı 142 kənddə 160-dan çox tamaşa göstərmişdi.1935-ci ildə İrəvandakı Teatr Texnikumu nəzdindəki türk qrupunda 4 qız və 21 oğlan təhsil almışdı. Tələbələr yataqxana ilə və təqaüdlə təmin edilmişdilər.  1935-ci ildən teatr “C.Cabbarlı adına Ermənistan Dövlət Türk Teatrosu” adlanırdı.

İrəvan teatr truppasında Məmmədbağır Qaraxanov, Abbasqulu Tağıyev, Cəmil Əliyev kimi yerli aktyorlar yetişmişdi. 30-cu illərin ortalarından etibarən neçə-neçə aktyor Bakıdan gələrək, İrəvan teatrında parlaq obrazlar yaratmışdılar. Gənc və istedadlı aktyorlar, sonralar Azərbaycan teatr salnaməsinin parlaq səhifələrinə adları həkk olunan Əli Zeynalovun, Ətayə Əliyevanın, Həsən Mirzəyevin, Rza Əfqanlının, İsmayıl Dağıstanlının, Kazım Ziyanın, Kamil Qubuşovun, Adil Əsgərovun, Əşrəf Quliyevin Bakı və Tiflis teatrlarından gəlib, İrəvan teatrında fədakarcasına çalışmaları teatra ikinci nəfəs vermişdi. Tiflis teatrında peşəkar aktyor və rejissor kimi formalaşan Əli Şahsabahlı və həyat yoldaşı Nübar Əlixanovanın İrəvan teatrında işləməyə gəlmələri teatrın həyatında mühüm hadisə olmuşdu. Əli Şahsabahlı həmçinin bir müddət teatrın direktor müavini, sonra isə direktoru olmuşdu...

... SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarı İrəvan teatrına da ağır zərbə vurdu. 1949-cu ilin sentyabrında İrəvan teatrı azərbaycanlı ailələrinin demək olar ki, yaşamadığı Basarkeçər rayon mərkəzinə sürgün edildi. 1952-ci ildə isə teatrın maliyyələşdirilməsi tamamilə dayandırıldı. Lakin bu teatrın fədakar aktyorları onun tamamilə sıradan çıxmasına imkan verməmiş, onu xalq teatrı kimi yaşatdılar.  Lakin maddi çətinlik üzündən teatrın istedadlı kollektivinin üzvlərinin əksəriyyəti Bakı və Gəncə teatrlarında özlərinə yeni iş yerləri tapmaq məcburiyyətində qalmışdılar. C.Cabbarlı adına İrəvan teatrı bir müddət sonra xalq teatrı adı altında yenidən fəaliyyətə başlamışdı. Xalq teatrı İrəvandakı Nor Areş (Yeni Ərəş) qəsəbəsində tamaşalarını hazırlayırdı. Lakin teatr burada da qərar tuta bilməmiş, bir müddət də İrəvan şəhərinə bitişik Zəngibasar (Masis) rayonundakı mədəniyyət evində fəaliyyət göstərməli olmuşdu. Əvvəl onu Zəngibasar rayon xalq teatrı, bir qədər sonra isə Hrazdan rayon xalq teatrı, ara bir də C.Cabbarlı adına rayonlararası teatr adlandırmışdılar.  Nəhayət, 1967-ci ilin əvvəlində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 15 illik fasilədən sonra bərpa edildi. Yunis Nurinin böyük oğlu Əziz Süleymanov teatrın direktoru, Leninqrad Dövlət Teatr İnstitutunu bitirmiş Tofiq Ağayev isə baş rejissor təyin edilmişdilər. Həmin ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun sonuncu kurs tələbələrindən 11 nəfəri buraxılış kursu işləmək üçün mart ayında İrəvana göndərilmişdilər. Bu arada Bakının Gənc Tamaşaçılar Teatrından Tamilla Abdullayeva, Zərnişan Fətəliyeva, Zemfira Sadıqova, Naxçıvan teatrından Aydın Şahsuvarov, Tariyel Qasımov, Zemfira Əliyeva, Gəncə teatrından Nisə Rzayeva aktyor ştatına işə qəbul edilmişdilər. Yeni açılan teatrın kollektivi quruluşçu rejissor Nəsir Sadıqzadənin rəhbərliyi altında C.Cabbarlının “Sevil” tamaşasını təntənəli açılış mərasimi üçün hazırlamışdı. Böyük uğurla keçən tamaşanın premyerası aprelin 28-də göstərilmişdi... 1968-ci ilin iyununda şair-jurnalist Hidayət Orucov İrəvan teatrının direktoru təyin edilmiş və 1984-cü ilin əvvəlinədək kollektivə rəhbərlik etmişdi. Bu dövrdə teatrda aktyor problemi demək olar ki, həll edilmiş, sabit, işgüzar kollektiv formalaşmışdı...”deyə N.Mustafa qeyd edib.

Qeyd etdiyimiz kimi, hazırda teatr Bakıda fəaliyyət göstərir, ona tanınmış teatr xadimi İftixar Piriyev rəhbərlik edir, kollektiv isə doğma İrəvana qayıtmaq ümidi ilə yaşayır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:22
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ