çərşənbə günü, 07 oktyabr 2026
     

“Azdrama”da yeni direktor problemi - kollektiv nə istəyir...

Image


Ölkənin baş teatrı Akademik Milli Dram Teatrı yalnız öz yaradıcılıq uğurları ilə deyil, həm də burada yaşanan qalmaqallarla ayrı-ayrı vaxtlarda gündəmə gəlib. Xüsusən də teatr rəhbərləri ilə bağlı yaşananlar, narazılıqlar daim medianın səhifələrində yer alıb. Bu teatrın kollektivi əksər vaxtlarda direktorlardan və baş rejissorlardan narazı olub.

Xalq artistləri Həsənağa Turabovun da, Əlabbas Qədirovun da vaxtında daim narazılıqlar olub. Sonrakı mərhələlərdə də müxtəlif qarşıdurmalara şahidlik etmişik. İsrafil İsrafilovun teatra rəhbərliyi dövründəki çəkişmələr də, xalq artistlərinin ümu-küsüləri də unudulmayıb. 2016-cı ildə “Azdrama”ya Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, rejissor Azər Paşa Nemətov (Nemət) bədii rəhbər və direktor vəzifəsinə təyin edildi. O həmin dövrdən həyatının sonuna, yəni 9 aprel 2023-cü ilə qədər teatra rəhbərlik etdi. Azər Paşa Nemətovun dövründə, xüsusən teatrın gənc aktyorlarına qarşı xoşagəlməz hallar baş verdi, bir qrup gəncin teatrdan uzaqlaşdırılması yaşandı, qeyd edildi ki, o, gənclərə meydan vermək istəmir. Biz bunu ayrı-ayrı gənclərin açıqlamalarından da gördük.

A.P.Nemətov dünyasını dəyişəndən sonra teatr ictimaiyyətində “Azdrama”ya kimin direktor təyin ediləcəyi məsələsi geniş müzakirə olunur. Teatrın kollektivində fikirlər haçalanıb, hər kəs öz bildiyi kimi məsələyə yanaşır. Məsələn, xalq artisti Nurəddin Mehdixanlı deyir ki, bu teatra direktor təyinatı məsələsində kollektivlə məsləhətləşmə aparılmalı və onların rəyi nəzərə alınmalıdır: “Teatra rəhbər təyin edilərkən bizim rəyimiz soruşulmalıdır”.

Teatrda belə fikirlər də var ki, direktor kollektivin içindən seçilməlidir. Yəni H.Turabov və Ə.Qədirov teatrın öz aktyorları olub.

Xalq artisti Bəsti Cəfərova isə bildirir ki, bu işi kollektivin ümidinə buraxmaq olmaz, dövlət kimi təyin edəcək, o da direktor olacaq. O bu barədə mətbuata deyib: “Akademik Milli Dram Teatrına direktor təyinatı ilə bağlı heç kimin fikrini soruşmurlar, təyinat gəlir, vəssalam. Biz belə görmüşük. Düşünürəm ki, "Azdrama”ya direktor təyin edilsə, daha yaxşı olar”.

Aktrisanın sözlərinə görə, direktor seçimində aktyorların fikirlərini soruşsalar hərə özünə yaxın olan şəxsin namizədliyini dəstəkləyəcək: “Aktyorlar özlərinin şəxsi mənafeyini düşünərək, özlərinə yaxın namizədi dəstəkləyəcəklər. Mənim fikirim belədir ki, Mədəniyyət Nazirliyi kimin namizədliyinin irəli sürülməsini daha yaxşı bilir. İstəyirəm ki, Akademik Milli Dram Teatrına layiq olan şəxslər baş rejissor, direktor, bədii rəhbər vəzifələrinə təyin edilsin”. 

  • Nurəddin Mehdixanlı: “Bu barədə heç bir müzakirəyə qatılmıram və bu məsələyə qarışmıram”

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı ilə əlaqə saxladıq. N.Mehdixanlı bizimlə söhbətində bildirdi ki, o bu məsələyə qarışmır və bu mövzuda heç bir müzakirəyə qatılmır: “Bu barədə heç bir müzakirəyə qatılmıram və bu məsələyə qarışmıram. Mən də o teatrın sıradan bir aktyoruyam. Fikrimi bildirmişəm və onu təkrar etməyə lüzum görmürəm”.

  • Əli Nur: “Akademik Milli Dram Teatrına direktor təyinatı səlahiyyəti, hüququ yalnız dövlət başçısının əlindədir, onun iradəsindədir”

Akademik Milli Dram Teatrın aktyoru, Xalq artisti Əli Nurla da həmsöhbət olduq. Ə.Nur bildirdi ki, əvvəla, bu teatr akademik teatrdır və tarixi də çox qədimdir. “Bu teatrın 150 illiyi oldu, amma hələ dövlət səviyyəsində keçirilməyib. Mən də deyirəm bu teatrın 160-dan çox yaşı var. 1858-ci ildə Şamaxıda 6 tamaşa oynayıblar. Zəlzələ nəticəsində teatr dağılıb, o sənədlər, tarixlər itib, quberniyanın mərkəzi də Bakıya köçürülüb.

Bu teatr kimin teatrdır? Vaxtilə ulu öndər Heydər Əliyev deyirdi ki, bu teatr mənim teatrımdır, bu teatrın 1974-cü ildə 100 illiyini mən keçirmişəm, 110, 120, 130 illiyini  mən keçirmişəm, ömür vəfa etsə 140, 150 illiyini də keçirəcəyəm. Bu, Heydər Əliyevin öz sözüdür və bütün tamaşalara baxırdı. Akademik Milli Dram Teatrı baş teatr olduğu üçün bura təyinatı cənab Prezident edir. Yəni dövlət başçısı Mədəniyyət Nazirliyinə tapşırıq verir ki, filankəsin əmrini verin, direktor olsun. Nəyə görə belədir? Çünki teatr direktoru birbaşa dövlətin səlahiyyətli nümayəndəsidir. Çünki o həm bədii şuranın sədridir, həm möhür ondadır, həm də rəsmi şəxsdir, ona görə də, direktor vəzifəsi dövlət əhəmiyyətli vəzifədir. Akademik Milli Dram Teatrından fərqli olaraq başa teatrlarda direktoru mədəniyyət naziri təyin edir. Amma bizim teatra direktor cənab Prezidentin razılığı ilə və nazirin əmri ilə təyin olunur. Əlabbas Qədirov Prezidentin Sərəncamı ilə direktor təyin edildi, Həsənağa Turabov isə seçki yolu ilə direktor oldu...

İndi burada bir incəlik var.

Bəzən burada elə təsadüfi şəxslər direktor olublar ki, onlar teatrı soyub dağıdıblar, bütün rekvizitləri, çılçıraqları, antikvar xalçaları, fil sümüyündən olan bilyardları, bir sözlə hər şeyi aparıblar. Yəni bu təsadüfi adamların dövründə ancaq soyğunçuluq, qərəz olub”.

Ə.Nur vurğuladı ki, teatrın içini söküb aparan direktorlar olub. Teatr təmirə dayandığı dövrdə də burada müəyyən çatışmazlıqlar olub. Teatrda hər şeyin qaydasında olması üçün bura rəhbərlik edən mütəxəsis olmalıdır ki, bütün əşyaları göz bəbəyi kimi qorusun. “Teatrın içində dövlət səviyyəli çoxlu antikvar şeylər var. Öz gözünü necə qoruyursa onları da elə qorumalıdır. Lazım olanda evindən ora əşya gətirməlidir, yoxs oradakıları daşıyıb evinə, bağına yığmamalıdır. Ona görə də, direktorluq çox məsuliyyətli vəzifədir. Ona görə də, teatrın içində də kifayət qədər o vəzifəyə layiq adamlar var, amma bunun əvvəli, sonu dövlət səviyyəsində həll olunur. Dövlət özü bilir ki, kimi qoymaq lazımdır. Ola bilsin ki, kollektivlə məsləhətləşiləcək, ola bilər ki, məsləhətləşməyəcək, təyinat veriləcək. Akademik Milli Dram Teatrına direktor təyinatı səlahiyyəti, hüququ yalnız dövlət başçısının əlindədir, onun iradəsindədir” - deyə xalq artisti vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:22
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ