çərşənbə günü, 07 oktyabr 2026
     

7 il sonra - Aprel döyüşlərindən hələ də bədii film çəkilməyib...

Image


44 günlük Vətən müharibəsində qazandığımız şanlı zəfərin açarı olan “Aprel döyüşləri”, yaxud dörd günlük müharibə barədə indiyə qədər hər hansı bir bədii film çəkilməyib.

Televiziyalar və aidiyyətiı kino qurumları dörd günlük Aprel döyüşlərinin qəhrəmanları barədə sənədli filmlər, verilişlər çəkiblər, amma təəssüflər olsun ki, ortada bədii film yoxdur.  Cəmiyyəti narahat edən və kino qurumlarından, televiziyalardan narazı salan məsələlərdən biri budur ki, 7 il keçməsinə baxmayaraq, Aprel döyüşləri barədə hələ bir bədii film çəkilməyib. TV-lərə ayrılan pullar bayağı seriallar çəkimləri ilə göyə sovruldu, sənədli film çəkməklə canlarını qurtardılar. Bədii film isə yoxdur, varsa da, hələ onun barəsində danışılmır. 

Ortada yalnız Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) 2016-cı ildə Azərbaycan ordusunun erməni silahlıları üzərində qələbəsi ilə nəticələnən Aprel döyüşləri və Lələtəpə əməliyyatı barədə hazırladığı cizgi filmi var. Onu da çoxlarımız görmüşük. Filmdə döyüşlərdə şəhid olan qəhrəmanlarımızın görüntüləri canlandırılıb.

Aprel döyüşləri beş-altı sənədli, bir animasiya filminə sığası məsələ deyil axı...

Yeri gəlmişkən, 2020-ci ildə yerli mətbuatda gedən məlumata görə, İctimai Televizya Aprel döyüşləri ilə bağlı bədii film çəkilməsi ilə bağlı sifariş veribmiş, amma keyfiyyəti aşağı olduğu üçün film yayılmayıb. İTV tərəfindən verilən açıqlamada “Film tərəfimizdən sifariş olunmuşdu. Çəkilişlərdən sonra filmin hazır olan hissəsinə baxıldı. Aprel döyüşlərinin əhəmiyyətinin, əsgərlərimizin, ordumuzun savaşdakı şücaətinin, şəhid olan vətən oğullarının mərdliyinin, döyüşlərin siyasi vacibliyinin filmdə əks edilməsi çox aşağı səviyyədə olduğundan efirə çıxarılmamasına qərar verdik”- deyə bildirilirdi.

Aprel döyüşlərindən  7 il keçir, amma ortada bir dənə də olsun bədii film yoxdur. Lələtəpə adlı cizgi filmi çəkməklə kifayətlənmişik.

Amma Aprel döyüşləri başa çatar-çatmaz erməni separatçıları xaricdəki havadarlarının dəstəyi ilə bu döyüşlər barədə qərəzli, həqiqəti əks etdirməyən film çəkib beynəlxalq festivala göndərdilər.  Üzdəniraq “Cənnətə açılan qapılar” filminin  çəkilişləri Qarabağda və Avropada aparılıb və filmin maliyyələşməsi Ermənistanla yanaşı, Litva, Almaniya, Bolqarıstan, Çexiya, İtaliya və Avstriya tərəfindən həyata keçirilib.

Bizdə isə hələ də bir iş görülməyib, TV-lər də, Mədəniyyət Nazirliyi də, “Azərbaycanfilm” də, başqa kino şirkətləri də seyrçi mövqeyində dayanıblar, heç ssenaristlərdən də səs-səmir yoxdur...

  • “İndi biz qalib xalqıq, 30 illik bir savaşdan qalib çıxdıq, bəs niyə ortada bir qəhrəmanlıq filmimiz görsənmir?”

Sənətşünas, MediaNews.az saytının baş redaktoru Xəyalə Rais “Bakı-Xəbər”ə şərhində bildirdi ki, tarixə nəzər saldıqda da müharibə qədər insan həyatına təsir edən ikinci güclü bir qüvvə olmayıb. “Həm dünya ədəbiyyatında, həm də dünya kinosunda ən dəyərli, ən nəhəng fəlsəfi fikirlər müharibə dövrünü əks etdirən əsərlərdə özünü göstərib. Yəni müharibə adi insanlardan tutmuş sənət adamlarına kimi təsirsiz ötüşmür. O ki qalmışdı zamanın  müşahidəçiləri olan kino və ədəbiyyat adamlarına... Niyə ədəbiyyat adamları da dedim? Çünki ədəbiyyat, demək olar ki, kinonun yarısıdır, işi ssenaridən keçir. Bu baxımdan düşünürəm ki, Aprel döyüşləri barədə ilkin olaraq yüksək səviyyəli  ssenarilərimiz yoxdur. Biz Aprel döyüşlərində də, ikinci Qarabağ döyüşlərində də sevincimizi, qürurumuzu, fəxarətimizi, torpaq uğrunda canından keçən oğullarımız üçün kədərimizi içimizdə yaşadıq. Könül istər ki, bu tarixi qələbədə yaşananlar bizdən sonra gələn nəsil üçün bir qəhrəmanlıq salnaməsi olsun. Olsun da, amma necə? İndiyə qədər rejissorlara sual verirdik ki, “niyə Qarabağ həqiqətlərini əks etdirən film çəkmirsiniz?” Qeyd edirdilər ki, yaxşı ssenari yoxdur. İndi biz qalib xalqıq, 30 illik bir savaşdan qalib çıxdıq, bəs indi niyə ortada bir qəhrəmanlıq filmimiz görsənmir?

Əslində hər bir şəhidimizin, qazilərimizin döyüşdəki hekayələri bir ssenaridir. Amma və lakin... Filmin çəkilişinə hansı özəl şirkət maliyyə ayıracaq? Özəl şirkətlərin başı hazırda “manıs” müğənniciklərinə sponsorluq etməyə qarışıb. Rejissoların da bu filmi çəkməsi üçün kifayət qədər büdcəsi yoxdur. Əslinə qalsa, bizim yaxşı rejissorlarımız da var, aktyorlarımız da”.

X.Rais hesab edir ki, bu mövzuda filmlər üçün həm güclü ssenarilər, həm də maliyyə dayağı lazımdır. Güclü bir filmin ortaya çıxması üçün kino sahəsində beynəlxalq əməkdaşlığın da önəmli olduğunu deyən X.Raisin sözlərinə görə, bir sıra hallarda bu kimi məsələlər maliyə probleminə görə dirənib qalır.

Ermənilərin qərəzli fikmlərinə gəlincə, ekspert hesab edir ki, bu filmləri ermənilərə illərdir havadarlıq edən ölkələr öz maliyyəsi ilə çəkir ki, Azərbaycana qarşı düşmən mövqelərini göstərə bilsinlər. X.Raisin qeyd etdiyinə görə, həm Aprel döyüşləri, həm də Vətən müharibəsi barədə bədii filmlərin çəkilməsi hava-su kimi lazımdır, bu həm də bizim qələbəmizin beynəlxalq aləmdə nümayişi üçün gərəklidir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ