çərşənbə günü, 07 oktyabr 2026
     

Güney Azərbaycanın aşıq sənətində dastan ənənəsinin maraqlı tarixi var...

Image


Aşıq sənətini tədqiq edən alimlərin böyük əksəriyyəti hesab edir ki, bu qədim sənətin kökü Güney Azərbaycandan, Qaradağdan rişələnib cəmi türk ellərinə yayılıb. Mifologiyada isə saz alətinin yaranışı birbaşa Adəm peyğəmbərə bağlanılır.

Ana kitabımız “Dədə Qorqud”da isə Dədəmiz Qorqud qopuz götürüb boy boylayıb, soy soylayır…Bütün faktlar göstərir ki, aşıq-ozan sənəti, saz aləti türk xalqına məxsusdur, onun milli kimlik ünvanıdır, pasportudur.

Ümumiyyətlə, Azərbaycanın Quzeyində də, Güneyində aşıq sənəti çox zəngin tarixi inkişaf yolu keçib, aşıqlar bir-birindən öyrənib, aşıq mühitləri bir-birindən qidalanıb, bəhrələnib. Doğrudur, XX əsrdə aşıq sənətinin başına çox bəlalar gətirilib, Pəhləvi şahları dövründə Güneydə saz aləti, aşıq sənəti 40 ildən çox bir müddətdə qadağan olunub,  Sovetlər dövründə Quzeydə isə aşıq sənətini xeyli dərəcədə ideoloji təbliğata qoşa biliblər. Amma bunlara baxmayaraq, bu sənət Azərbaycanın Güneyində də, Quzeyində də öz kökü üzərində yaşayıb…

Azərbaycanın Güneyində aşıq sənəti öz daxili gücünü hər zaman qoruya bilib, klassik irsimizə sahib duranlar az olmayıb.

Güney Azərbaycan aşıqlarının dastan yaradıcılığı da çox maraqlı və unikaldır, burada məhəbbət, qəhrəmanlıq dastanları xüsusi seçilir.

Aşıq Abbas Tufarqanlının, Aşıq Qurbaninin, Tikmədaşlı Xəstə Qasımının adı ilə dastanlar mövcuddur. 

Tədqiqatçı Səadət Abbasova məqaləsində qeyd edib ki, Güney ozan-aşıq sənətindən VI əsrdə aşıq Qurbani, XVII əsrdə Aşıq Abbas Tufarqanlı, XVIII yüzillikdə Xəstə Qasım Tikmədaşlının qiymətli irsi Azərbaycan xalq dastançılığının ən zəngin nümunələri sırasındadır. “Otaylı aşıqlarının zamana dayanan zəngin yaradıcılığı çağdaş aşıqların (Səlcuq Şəhbazi, Hüseyn Cavan, Əziz Şəhnazi, Dərviş Vahabzadə və s.) simasında uğurla davam və inkişaf edir. Güney dastançılığı hər şeydən əvvəl, ayrı-ayrı aşıq mühitlərinin çoxsaylığında seçilmiş və bu çevrədə məktəblərlə təmsil olunmuşdur.
Təbriz-Qaradağ, Sulduz-Qarapapaq, Zəncan, Urmiya, Xorasan-Türkmənistan, Qaşqay və s. aşıq mühitləri bölgə mədəniyyətində dastanlar, aşıq havaları, geyimlər, çalğı alətləri və s. baxımından fərqlilik qazanmışdır. Müxtəlif türk tayfaları olan əfşarlar, ağqoyunlular, xançobanlılar, qacarlar, kəngərlilər, muğanlılar, qarapapaqlar, ustaclılar və s. dastan mədəniyyətinin forma, struktur, dil faktlarına böyük təsir göstərmişdir.
Tarixdən də bəlli olduğu kimi, aşıqlar öz ustadlarının yanında illərlə bu sənətin sirlərini öyrənmiş, məhz onlarla birlikdə toy məclislərində, el mərasimlərində iştirak edərək sınaqlardan keçmiş, nəhayət, müstəqil aşıqlar kimi repertuar toplamağa başlamışlar. Saza, ustada hörmət türk milli kimliyinə bağlı ustad-şagird münasibətlərində bu günə qədər öz önəmini qoruyub saxlamışdır”.

Ümumiyyətlə, Güneydə yaranan “Abbas və Gülgəz”, “Qurbani”, “Xəstə Qasımın dastanı”  dastanı Azərbaycanın Quzeyində də çox populyardır. Ayrı-ayrı vaxtlarda biz bu dastanları aşıqlarımızın ifasında dinləmişik, böyük zövq almışıq. Bu dastanlar hər biri qırx gün qırx gecəlik dastanlardır ki, zamanında bunu ustadlar o şəkildə danışıblar…  

Qeyd edək ki, Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən  “Xəstə Qasımın dastanı” çap olunub.  XVIII əsrin görkəmli el sənətkarı Xəstə Qasım Tikmədaşlının dastan-rəvayət səciyyəsi daşıyan üç səfərindən söhbət açılır.

Dastanı təqdim edən aşıq Hüseyn Qoşqarlı, nəşrə hazırlayanı AAB-ın sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlidir.

Kitaba yazdığı geniş "Ön söz"də professor M.Qasımlının da qeyd etdiyi kimi, həm ustadnamələri, həm gözəlləmələri, həm də ürfani-fəlsəfi şeirləri ilə mükəmməl şair və aşıq kimi ucalan Xəstə Qasımın elin yaddaşında, xüsusən də saz-söz sinədəftərlərinin hafizəsində yaşayan çoxsaylı dastan-rəvayətlərindən üç məşhur səfəri - "Xəstə Qasıma vergi verilməsi", "Xəstə Qasımın Dağıstan səfəri" və "Xəstə Qasımın Şamaxı səfəri"ni mükəmməl şəkildə nəşr etməklə Azərbaycan Aşıqlar Birliyi orta çağ aşıq ədəbiyyatının dəyərli bir örnəyini yenidən dövriyyəyə qaytarmış olub.

Bilirik ki, “Aşıq Qərib” dastanı Borçalı aşıq mühitində çox məşhur olub və bu dastan Borçalı ozanı aşıq Hüseyn Saraçlının ifasında məşhurluq qazanıb. Sonradan dastanı bir qədər fərqli formada aşıq Kamandar Əfəndiyev danışıb. Hər iki sənətkar bu dastanı özünəməxsus gözılliklə danışıb.

“Aşıq Qərib” dastanı haqda film də çəkilib. Filmdə qeyd olunur ki, dastan XVI əsr aşıq sənətinin incilərindən biridir. Filmdə Təbriz, Gəncə və Borçalı aşıqları bu dastanı deyirlər. Bu mahallar həm aşıq sənətinin geniş coğrafiyasını, həm də Aşıq Qəribin məhəbbətindən ötrü getdiyi yolu əks etdirir.

Rejissor, operator və montaj işi Rəşid Ağamalıyevə aiddir.

Filmdə Aşıq Qərib Məmmədov, Aşıq Qafar İbrahimi, Aşıq Mais Gəncəli, Aşıq Murad Kövrək, Aşıq Məhbub Xəlili, Aşıq Fətulla Rzayi, Ehtiram Gözəlli (balabanda ifa edir) iştirak edir.

“Qurbani” dastanına gəlincə, bu dastanı isə əslən Göyçə mahalından olan, lakin Tovuzda yaşayan aşıq İmran Həsənovun danışdığı məlumdur.

Çox populyar olan “Şah İsmayıl” dastanı da şübhəsiz ki, güneyli aşıqlar tərəfindən yaradılıb, bir az araşdırsaq onun müəllifinin ya Miskin Abdal, ya da Qurbani olduğunu müəyyən edə bilərik. Əlbəttə, bu subyektiv fikirdir. Yəni bu tədqiqatçıların görə biləcəyi işdir.     

Bu gün araşdırsaq görərik ki, Güneydə ən çox populyar olan dastanlardan biri “Koroğludur”, onun Təbriz variantı barədə çox danışılır.  Bütövlükdə, “Koroğlu” dastanı bütün Qafqazda, o cümlədən də Anadoluda, Dərbənddə, Güneydə, Borçalıda, Quzey Azərbaycanda, Göyçədə və başqa ərazilərdə çox sevilən dastan olub. Elə bu səbəbdən də onun müxtəlif variantları yaranıb. Təbii, burada qondarma, süni məsələlər də var ki, o da “Koroğluya” yamaq kimi görsənir. Biz dədə-baba ustadlardan eşitmişik ki, “Koroğlu”nun 19 qolu var. Sonra ortaya müəyyən qollar çıxarıldı.  

S.Abbasova öz məqaləsində yazır ki, ayrı-ayrı dastanların yayılması və xalq tərəfindən qiymətləndirilməsində müxtəlif aşıq məclislərinin, xüsusilə aşıqların toplaşdığı qəhvəxanalarının, çayxana-draxdınların böyük rolu olub. Tədqiqatçı doğru qeyd edir, bəli o zamanlar aşıqların əsas ifa yerləri çayxanalar, draxdınlar və toy məclisləri idi ki, onlar öz bildiklərini camaata çatdırırdılar. O məclislərdə deyişmə meydanı da qurlardı, aşıqlar bir-birinə qıfılbənd deyərdilər, məğlub olan tərəfin sazı əlindən alınardı...bunlar keçmiş əyamlarda baş verib. Qayıdaq S.Abbasovanın aradırmasına, o, vurğulayır ki, Güney Azərbaycanda məhz bu mərkəzlər aşıqların birliyində, dastan günlərinin keçirilməsində böyük rol oynayıb.
“Güney dastanlarının böyük bir hissəsini, sözsüz ki, tarixin sınağından keçən, zaman-zaman xalqın üz-üzə gəldiyi ictimai, siyasi bəlalara qarşı dayanan, mübarizə salnaməsini yaşadan qəhrəmanlıq dastanları təşkil etməkdədir. Təkcə
“Koroğlu” dastanının yazıya alındığı Təbriz variantı Azərbaycan Koroğlusunun milli-psixoloji, qəhrəmanlıq dünyasının dəyərlərini özündə birləşdirir. Güney dastanlarının bu gün müxtəlif aşıq mühitlərində sənətkar sazında yaşayan onlarca variantı məhz eyni zəngin qaynağın xalq arasında “səpələnmiş” qollarıdır.
Ardıcıl olaraq “Dədə Qorqud”, “Şah İsmayıl”, “Şikari” kimi orijinal dastan mətnləri xalq qəhrəmanlığının tarixi yaddaşında qorunub saxlanmaqdadır. “Dədə Qorqud” motivləri Güneydə Aşıq Səlcuq Şəhbazi tərəfindən məlum abidənin müxtəlif qollarının dastanlaşdırılması üzərində qurulmuşdur. Yaxud “Şikari” dastanı uzun illər aşıq repertuarında xalq məclislərində oxunsa da bir çox hissələri unudulmuşdur.
Bu dastan Nəbi Kobatarian (Azəroğlu) tərəfindən bir araya gətirilmiş, tam 55 saat müddətində dinlənilərək səsli fayllardan götürülmüşdür. Dastanda 18 ustadnamə, 225 qoşma və 65 bayatı mətni qeydə alınmışdır. Bu dastanlar xalqın qəhrəmanlıq salnaməsinin ayrılmaz bir qoludur. Namərdə boyun əyməmək, aciz düşməni bağışlamaq, basdığını kəsməmək, haqsızlığa göz yummamaq, elə xəyanət edəni, namərdi cəzalandırmaq bu dastanların ideya-məzmununda ayrıca bir dəyər təşkil edir.
Qəhrəmanlıq dastanları kimi, məhəbbət dastanları da Güney dastançılığının inciləri sırasındadır. “Qərib və Şahsənəm”, “Əsli və Kərəm”, “Seyidi”, “Əlişah”, “Qurbani”, “Kəlbi”, “Əsəd və Səltənət”, “Aşıq Leysan”, “Yadigar və Gülabatın”, “Dililqar və Məhcamal”, “Nəcəf”, “Bəy Aslan və Hüsnüpəri” və s. dastanlar öz sevgisindən güc alan, buta verilən sevdalıların əzab və əziyyətlərdən keçən, əfsanələşən nağıllar üzərində qurulmuşdur. İstər qəhrəmanlıq, istərsə də məhəbbət dastanlarımızda “Kitabi-Dədə Qorqud” dastanları ilə sələşən motiv və formullar başlıca yer tutur. Qəhrəmanın doğuluşu, ad qazanması, döyüşü, yalanın ifşası, sevgililərin görüşü, nişanlanma, yuxu və s. formullar bilavasitə ən qədim əbədi abidəmiz “Kitabi-Dədə Qorqud”un dünyasından qaynaqlanır.
Güney dastançılığından danışarkən aşıq havaları, musiqisi və şeir şəkillərinin məzmunu da ayrıca qeyd olunmalıdır. Ustad aşıqların baş pərdədə (“Qurbəti”, “Baş Sarıtel”, “Dəmir gözəlləməsi”, “Qəmərcanı”, “Dilqəmi”), açıq kökdə (“Bayramı”, “Şəhbazi gəraylısı”), şah pərdə kökündə (“Baş divani”, “Xan çobanı”, “Heydəri”, “Qara Kərəmi”), ruhani pərdəsində (“Şah Xətaisi”, “Təbriz nisgili”, “Qaradağ təcnisi”) ifa edilən havaları həm də ozan sənətimizin səs-musiqi dünyasının əvəzolunmaz inciləridir.
Aşıq havalarının xalq mərasimlərində, ayrı-ayrı aşıqların yaradıcılığında cilalanması sonrakı mərhələdə əsas havalara qoşulan daha mükəmməl nümunələr yaratmışdır. “Kərəm” havası bu baxımdan həm də “Yorğun Kərəm”, “Çığalı Kərəm”, “Hicran Kərəmi”, “Kərəm ağrısı”, “Kərəm divanisi”, “Kərəm zarıncısı”, “Kərəmi”, “Zəncirli Kərəm” və s. aşıq musiqisinin zənginliyində formalaşmışdır. Bütün hallarda aşıqların sazında yaranan, yaşayan bu havalar tarixə qovuşan şaman davullarının sehrindən, mistik akustikasından yol alaraq yeni dövrdə öz müqəddəsliyini bərpa etməkdədir”-deyə tədqiqatçı qeyd edib.

Güney Azərbaycanda ozan-aşıq sənətinin müsair inkişafına şübhəsiz, Quzey Azərbaycan aşıqları xüsusi yön, istiqamət verir. Bu gün Güneydə aşıq sənətinə böyük maraq və sevgi var. Bəzi söhbətlərimizdə güneyli aşıqlar deyirlər ki, bu gün orada o zülmlər içində aşıq sənətini çox böyük əziyyətlə yaşadırlar. İndiyə qədər sənətin ayaqüstə qalmağında isə Quzey aşıqlarının rolunun olduğunu deyirlər. Əlbəttə, Güney Azərbaycanda aşıq mühiti bir neçə məktəbi əhatə edir və hər məktəbin də özünün öz yolu, öz üslubu var ki, biz o fərqliliyin gözəlliyini hər an görürük. O da faktdır ki, Güney Azərbaycan aşıqları dastanlarımızı danışmaqla dilimizi, tariximizi təbliğ edirlər. Dastanlar xalqın yaddaşıdır, bu yaddaş isə hər zaman diri qalmalıdır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ