çərşənbə günü, 07 oktyabr 2026
     

“Yada düşdü” jurnalının gənc ədiblərə həsr edilən sayının təqdimatı keçirildi... - FOTO

Image


Martın 1-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan zalında Nəzakət Məmmədovanın təsisçisi və baş redaktoru olduğu “Yada düşdü” jurnalının gənclərə həsr edilmış növbəti sayının təqdimat mərasimi keçirildi.

Tədbiri Azərbaycan Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid açaraq “Yada düşdü” jurnalının bu sayının gənclərə həsr olunmasını yüksək qiymətləndirdiyini bildirdi. R.Məcid vurğuladı ki, gənclərin yaradıcılığının təbliğində AYB-nin Gənclər Şurasının sədri Fərid Hüseyn çox aktivdir və o bu istqiamətdə maraqlı layihələr həyata keçirir, yalnız yerli yazarları deyil, xaricdəki ədəbi faəliyyətlə məşğul olan gəncləri bu layihələrə cəlb edir. Gənc imzaları tanıtmağın böyük əhəmiyyətə malik iş olduğunu deyən R.Məcid qeyd etdi ki, bu baxımdan, “Yada düşdü”nün bu sayının gənclərin yaradıcılığını əks etdirməsi təqdirəlayiqdir.

12 ildir işıq üzü görən “Yada düşdü” jurnalının 2011-ci ildən mütəmadi olaraq çap olunduğunu deyən R.Məcid jurnalın təsisçisi və baş redaktoru Nəzakət Məmmədovanın jurnalla bağlı və Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru olaraq gördüyü genişmiqyaslı işləri vurğuladı. 

R.Məcid qeyd etdi ki, jurnalın bu sayının gənclərə həsr edilməsinin mənası böyükdür. O dedi ki, AYB-nin “Ulduz” jurnalı bir necə dəfə gənclərə həsr olunub: “Bunun əhəmiyyəti çox böyükdür. “Yada düşdü” də ildə bir-iki dəfə gənclərə yer ayırsın. Əlbəttə, Nəzakət xanıma jurnalı çıxarmaq üçün yaxsi maliyə imkanı və yaradıcılıq şövqü arzulayıram”.

Fərid Hüseyn isə vurğuladı ki, N.Məmmədovanın rəhbərlik etdiyi jurnalla əməkdaşlıqdan zövq alıb.

O qeyd etdi ki, jurnalda gənclərə yer verilməsi çox yaxşı haldır: “Nəzakət xanım da öz yazısı ilə  tamamlayıcı rol oynadı. Əməkdaşlıqdan böyük zövq aldım və razı qaldım”. 

“Yada düşdü” jurnalının təsisçisi və baş redaktoru Nəzakət Məmmədova çıxışında çox maraqlı məqama toxundu, bildirdi ki, jurnalın ilk nömrəsi çapdan çıxanda onu AYB-yə gətirib. “Yadımdadır, Fikrət Qoca dedi ki, bizə belə rəngli jurnallar çox gəlir, amma ömürləri çox qısa olur, bir-iki nömrədən sonra çıxmırlar. Amma Anar müəllim dedi ki, bu jurnal elə gələcək üçün lazımdır. “Yada düşdü”, adından məlumdur ki, gələcək nəsil üçün keçmiş nəsli yada salmaq, onları xatırılamaq baxımından bu jurnalda gedən yazıların əhəmiyyəti böyük olacaq. Bilirsiz ki, bu jurnalın qayəsi yada salmaq, unutmamaqdır. Azərbaycan tarixində elə yazlarlar, elə tarixçilər, elə mədəniyyət xadimlərimiz olub ki, unudulub. Amma onları yenidən yeni nəslə tanıtmaq bu “Yada düşdü”nün əsas missiyasıdır. Mən tədbirdə gəncləri çox görürəm. Gəncliyimiz gələcəyimizdir. Mən onları görəndə daha çox qürurlanıram ki, bizdən sonra onlar gəlir. Onlara irəli getmələri üçün imkan yaratmaq, səslərini çatdırmaq bizim başlıca borcumuzdur. Mən “Yada düşdü” ilə gənclərin səsini çatdıra bilmişəmsə mənə nə xoş. Jurnalda imzası olanların hamısının yazılarını oxumuşam. Həsən Kürün şeiri məni ağlatdı. Tanıyanlar bilir ki, zabitlər anasıyam. Mən o müharibənin qan-qadasını ürəyindən keçirən bir insanam. Həsən Kür müharibə həyatını çox canlı şəkildə gözümün önünə gətirdi və şeiri oxuyub ağladım”.

N.Məmmədova tədbirə gələn qonaqların hamısına təşəkkür edərək bildirdi ki, hər kəs öz sahəsində gənclərə dəstək olmalıdır.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə də çıxış edərək bildirdi ki, “Yada düşdü” ədəbi-bədii nostalji jurnalda ədiblərimiz, görkəmli şəxsiyyətlərimiz barədə maraqlı yazılar gedir. Jurnalda atası Böyükağa Qasımzadə haqda da yazı getdiyini deyən İ.Qasımzadə qeyd etdi ki, ədəbi gəncliyə yer ayrılması çox mühümdür və bu, gənc yazarların yaradıcılığına stimul verir.

Qarabağ qazisi, gənc şair Emin Piri də çıxış edərək bildirdi ki, jurnala şeirlər göndərə bilərdi, amma müharibə zamanı yaşadıqları bəzi zarafat məqamlarını təqdim edib: “Müharibə haqda fikrimiz fərqlidir. Müharibə kitablarda, fikmlərdə təqdim edildiyi kimi deyil. Müharibənin içində zarafat da olur. Bu gerçəklikləri təqdim etmək istəyirdim. Bu hadisələri diriltmək istəyirdim ki, gələcəkdə filmlər çəkilsin”.  

Tanınmış tənqidçi Vaqif Yusifli isə qeyd etdi ki, “Yada düşdü”nün gənclərə həsr edilən sayında şeirləri, yazıları çıxan gənclərin çoxu barədə yazıb, onların yaradıcılığı  barədə fikirlər deyib: “Ədəbiyyatın gələcəyi və indisini ədəbi gəncliksiz təsəvvür etmək mümkün deyil”-deyə V.Yusifli jurnalın bu nəcib addımını dəstəklədiyini dedi.

Tədbirdə həmçinin professor Maarifə Hacıyeva, dramaturq Elçin Hüseynbəyli,  Əməkdar jurnalist Zemfira Məhərrəmli, yazıçı Təranə Məmməd, sənətşünaslıq doktoru Zülfüyyə Eldarqızı, şair Zakir Ağdamlı, şeirləri jurnalda çap olunan gənc şairlər, yazarlar Həsən Kür, Emin Piri, Gülnar Səma, Günel Yaz, İntiqam Yaşar, şairə Kəmalə Abıyeva, “Mədəniyyət” jurnalının baş redakroru Zöhrə Əliyeva, şair publisist Rəfail Tağızadə, gənc yazar Vüsal Nuru, yazar Səma Muğanna çıxış edərək jurnaldakı ədəbi mətnlər barədə danışdılar, jurnalın bu sayının gənc ədiblərə həsr edildiyini müsbət qarşıladıqlarını vurğuladılar.

Qeyd edək ki, tanınmış şairə, AYB üzvü Nəzakət Məmmədovanın rəhbərliyi ilə nəşr edilən jurnalın səhifələrində bütün nəsillərin nümayəndələrinə yer verilir. Əlbəttə, gənclik nəfəsi dərgiyə ayrı bir ab-hava, ruh qatır.

“Yada düşdü”nün gənclərə həsr edilən sayında Nəzakət Məmmədovanın “Gənclərdə potensial gücdür” yazısı jurnalın ilk yazısıdır. Qoqolun “Gənclik ona görə xoşbəxtdir ki, gələcəyi var” fikrini epiqraf olaraq verən baş yazar gəncliyin xalqın sabahı olduğunu xüsusi vurğulayıb.

Təqdimatı keçirilən jurnalın bu sayında Həsən Kür, Şəhriyar del Gerani, Ramil Əhməd, Ülvi Babasoy, Təvəkgül Boysunar, Emin Piri, Günel Yaz, Ruslan Dostəli, Ümid Nəccari, orxan Həsəni, İntiqam Yaşar, Vəfa Mürşüdlü, Şəfa Vəli, Rəvan Cavid, Nadir Yalçın, NARGİS, Gülnar Səma, İlahə Səfərzadə, Səddam Laçın, Şahənə Müşfiq, Nigar Arif, Səma Muğanna, Seyyid Əsri,  Habil Rzanur, Orxan Cuvarlı, Dərid Hüseyn kimi maraqlı imzaların yazıları, poetik, ədəbi-bədii töhfələri işıq üzü görüb...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ