Bazar günü günü, 22 noyabr 2026
     

Ermənistanda salamat qalmış iki Azərbaycan abidəsinin biri - Əmir Səədi Türkmənistana bağlayırlar...

Image


“Qərbi Azərbaycanın daş yaddaşı” rubrikasında Əmir Səəd türbəsi barədə danışmaq istəyirik. Əmir Səəd məqbərəsi Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisində salamat saxlanmış iki Azərbaycan-türk abidəsindən biridir.

Ermənilərin İrəvanın mərkəzindəki Göy Məscidi və İrəvan şəhəri yaxınlığında, Cəfərabad kəndində yerləşən Əmir Səəd (Əmir Saad) türbəsini hansı səbəbdən dağıtmadığı bəlli deyil. Bu abidə XV əsrə aid müsəlman abidəsidir. Tədqiqatçılara görə, türbədə əsas Qaraqoyunlu tayfalarından biri olan Saadlu (Səədli) türk tayfasının başçısı, Çuxur Sədin ilk hakimi Əmir Saad dəfn edilib.

Məlumdur ki, neçə illərdir Ermənistanda Göy Məscid “fars məscidi” olaraq qələmə verilir. Əmir Səəd məqbərəsi, türbəsi isə tamamilə Qafqazdan qoparılaraq Mərkəzi Asiyaya “aparılır”. 

Qaraqoyunlu əmirinin Mərkəzi Asiya ilə bağlanması siyasi, tarixi savadsızlıqdır. Bu gün ermənilər iddia edirlər ki, bu, “türkmən abidəsidir” və onu Türkmənistanla əlaqələndirirlər.

Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “İrəvan şəhəri və onun ətrafında mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrindən yeganə salamat qalanı şəhərin yaxınlığında, İrəvan-Eçmiədzin yolunun üstündə yerləşən Cəfərabad kəndindəki Əmir Səəd məqbərəsidir. İrəvandakı Göy məsciddə aparılan təmir-bərpa işlərindən sonra rəsmi İrəvan dairələri onu “İran məscidi” və yaxud “Fars məscidi” adlandırdıqları kimi, Cəfərabad kəndindəki orta əsrlərə aid məqbərəni də “Türkmən məqbərəsi” adlandırırlar. Ermənilərin məqsədi aydındır: tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdikdən sonra onlara məxsus tarixi-memarlıq abidələrini də yer üzündən silmək, bu da mümkün olmazsa, onların adlarını dəyişdirməklə izi azdırmaq” - deyə məqalələrindən birində qeyd edib.
 Ermənilər nə üçün Əmir Səəd abidəsini Türkmənistana bağlamaq istəyir?

  • “O, Azərbaycan türklərinə məxsus abidədir”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, burada məqsəd aydındır, ermənilər bu ərazilərdə bizim yerli olmadığımızı “sübut etmək” istəyirlər. “Ermənistan dövlətini böyük dövlətlərin xeyrinə Azərbaycan torpaqlarında yaradan Çar Rusiyası və bəzi Qərb ölkələri ermənilərin orada möhkəmlənməsi üçün hər cür şərait yaratdılar. Eyni zamanda ermənilər də heç zaman olmadıqları bir ərazidə öz yerlərini rahatlamaq üçün etnik təmizləmə apardılar, yerli xalq olan Azərbaycan türkünə məxsus abilərin hamısını növbə ilə zaman-zaman dağıdıb məhv etdilər. Ona görə ki, yerli xalq bir də o ərazilər haqda danışıb ora iddia etməsinlər. Məqsəd bizim izlərimizi tamamilə öz torpağımızdan silmək olub. Bu heç kimə sirr deyil ki, Azərbaycan türklərinə məxsus yüzlərlə, minlərlə dini, tarixi, arxeoloji abidə, mədəni irs yer üzündən silindi. Bu gün Qərbi Azərbaycanda demək olar ki, Azərbaycan türklərinə aid mədəni irs soyqırıma məruz qalıb. Bütün məscidləri, türbələri, məqbərələri dağıtdılar, qəbirlərə amansız yanaşdılar, yer üzündən sildilər. Qərbi Azərbaycanda yüzlərlə dini abidə, məscid olub. XVIII-XIX əsrə aid olan şəkillərdə İrəvan şəhərindəki məscidləri görmək olur. Ermənilər bütün irsimizi məhv etdilər, yalnız iki abidəni saxladılar. Bildiyiniz kimi, bunun biri İrəvandakı məşhur Göy məsciddir. Bu məscidi təmir edərək “İran məscidi” kimi qələmə verdilər və farslara göstərdilər ki, “biz sizinlə dostuq, qardaşıq, canımız-qanımız birdir”. İndi də elədirlər, qucaqlaşırlar, görüşürlər, qohumluq işlədirlər. Çünki onların çoxunun kökü farsdır. İkinci abidə isə Qaraqoyunlu əmiri Əmir Səədə məxsus məqbərədir. Bu abidə ilə bağlı ermənilərin yazdıqlarında o “türkmən abidəsi” adlandırılır. Onlara elə gəlir ki, türkmən deyəndə bu abidə bizdən ayrılır və ancaq “Türkmənistan xalqına məxsus” olur. Amma onlar başa düşmürlər ki, türkmən də elə türk deməkdir. Fərqi yoxdur, hamısı türkdür. Ermənilər Əmir Səədə məxsus türbəni də saxladılar ki, xaricdən, Mərkəzi Asiyadan gələnlər olanda bu abidəni göstərsinlər. Ermənilər bu abidəni saxtalaşdıraraq gələn qonaqlara onu “Türkmənistan abidəsi” kimi təqdim etmək istəyirlər. Hətta səhv etmirəmsə, onu vaxtilə Türkmənistandan gələn rəsmi şəxslərə “onların abidəsi” kimi təqdim ediblər də. Əlbəttə, Əmir Səəd abidəsinin Türkmənistanla əlaqələndirilməsi kökündən yanlışdır, ermənilərin bu cəhdləri qəbuledilməzdir. Erməni şovinstləri, daşnakları nə qədər bu abidəni bizdən qoparmaq istəsələr də, yenə istəklərinə nail ola bilməyəcəklər. Əmir Səəd məqbərəsi Qaraqoyunlu əmirinə məxsusdur.

Dinc yolla Qərbi Azərbaycana qayıdışa hazırlıq prosesi başlayıb, bu da erməniləri ciddi narahat edir, ona görə də son zamanlar saxtakarlıq kampaniyalarını daha da genişləndirirlər”.

Q.Hacıyevin fikrincə, soydaşlarımız öz yurdlarına geri döndükdən sonra harada çörək tapsa oranı özünə vətən bilən ermənilər gəldikləri yerlərə dönəcək və o zaman xalqımız yenidən öz tarixi irsinə sahib çıxacaq. “Azərbaycan türkləri öz ata-baba yurdlarına qayıdacaqlar. O abidənin adı Əmir Səəd türbəsidir, ermənilər ona nə ad qoyursa-qoysun, o, Azərbaycan türklərinə məxsus abidədir” - deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ