20/03/2023 23:29
728 x 90

Türkiyənin kruiz turizmi bir ildə 1 milyondan çox turisti əhatə edib

img

2022-ci ildə kruiz gəmisi sərnişinlərinin sayı 22 dəfə artaraq 1 milyon nəfəri keçib. 

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu məlumat verib. 
Nazir xatırladıb ki, 2021-ci ildə Türkiyəyə 78 kruiz gəmisi ilə 45 362 sərnişin gəlib. "2022-ci ildə Türkiyəyə yanaşan kruiz gəmilərinin sayı 12 dəfə artaraq 991-ə, sərnişinlərin sayı isə 22 dəfə artaraq 1 milyon 6 mini keçib", - Karaismailoğlu bildirib. 
Onun sözlərinə görə, təkcə 2022-ci ilin oktyabrında Türkiyə limanlarında 2021-ci illə müqayisədə daha çox kruiz gəmisi dayanıb. 
Belə ki, ötən ilin oktyabrında 155 kruiz gəmisinin göyərtəsində 206 484 sərnişin gəlib. Nazir bildirib ki, bu, bütün il ərzində ən çox kruiz gəmisi sərnişinidir. 
Karaismailoğlu bildirib ki, Türkiyənin Kuşadası limanı 2022-ci ildə ən çox kruiz gəmisi və sərnişin qəbul edib (müvafiq olaraq 464 gəmi və 493 834 sərnişin). 
Onun sözlərinə görə, 143 gəmi və 220 082 sərnişin qəbul edən İstanbuldakı Qalataport ilin limanı seçilib. 
“Bodrumun kurort bölgəsindəki liman 95 min 462 sərnişin daşıyan 98 kruiz gəmisi ilə üçüncü yerdədir. Sinop, Amasra və Trabzon da kruiz turizminin diqqət mərkəzindədir”, - deyə Karaismailoğlu bildirib. 
Nazir Amasra və Ünye limanlarının ilk dəfə olaraq kruiz laynerlərinin qəbuluna başladığına diqqət çəkib. “Biz investisiyalarımızın nəticələri ilə də fəxr edirik”, - deyə Karaismailoğlu vurğulayıb.
Baki-xeber.com

Peşə etikası

Son xəbərlər