Bazar ertəsi günü, 15 iyun 2026
     

Ərdəbildəki zəngin Şeyx Səfi kitabxanasını necə dağıtdılar - Rusiyaya daşındı...

Image


Azərbaycanın qədim dövlətçilik mədəniyyətinin və milli ənənələrinin, tarixinin formalaşmasında xüsusi rol oynayan Cənubi Azərbaycanı hər gün yenidən öyrənirik. Öyrəndikcə də çox sirlərə vaqif oluruq, çox mənbələrə açar tapırıq, keçmişimizi, tariximizi öyrənirik.

Cənubi Azərbaycan, bütövlükdə onun şəhərləri, kəndləri, qalalaları, mədəniyyət ocaqları xüsusi olaraq öyrənilməli və təbliğ edilməlidir. Biz Azərbaycanın Güneyini öyrənməklə bizdən iraq salınmış tarixini öyrənə bilirik.     

Bu gün içimizdə nisgilə çevrilən məsələlər də var ki, hər dəfə onlar barədə düşünəndə istər-istəməz “heyf, təəssüf” deyirsən...Adı əfsanəyə dönən Ərdəbildəki məşhur Şeyx Səfi kitabxanası bu qəbildəndir. Ərdəbildəki Şeyx Səfi kitabxanasının tarixi barədə maraqlı mülahizələr var.

Bu kitabxananın necə və kimlər tərəfindən məhv edildiyi, kitabxanadan qədim əlyazmaların, kitabların, milli dövlətçilik tariximizlə bağlı yazılı mənbələrin, kitabların Rusiyaya hansı yolla daşındığı bizi çoxdan düşündürür. Bu kitabxana Güney Azərbaycanın tarixini özündə ehtiva edib. Bildiyimiz qədər, Türkmənçay müqaviləsindən sonra bu kitabxananın taleyi qaranlığa bürünüb.

VI sinif “Azərbaycan dili” elektron dərsliyində qeyd olunur ki, XIX əsrin əvvəllərində İran ruhanilərinin rəhbərlik etdiyi Şeyx Səfi kitabxanası Şərqdə ən zəngin kitabxanalardan biri sayılırdı. Burada minlərlə nadir əlyazma kitab saxlanılırdı. Dünyanın müxtəlif ölkələrindən alimlər Ərdəbilə gələrək həftələrlə, aylarla kitabxanada araşdırmalar aparırdılar.

Burada olmuş rus şərqşünas alimləri kitabxananı ələ keçirmək üçün öz hökmdarlarına müraciət etmişdilər. 1828-ci ildə Ərdəbili tutan rus generalı Suxtelen Şeyx Səfi kitabxanasının Rusiyaya köçürülməsi barədə tapşırıq aldı. O, kitabxanadakı din xadimlərini məqbərədə toplayaraq dedi:

– Rusiya çarı öz yeni təbəələri, onların dili və mədəniyyəti ilə yaxından tanış olmaq istəyir. Buna görə də Şeyx Səfi kitabxanasında saxlanılan əlyazmalar Peterburqa aparılası, ora da rus dilinə tərcümə olunasıdır. Bundan sonra bütün kitablar geriyə – Ərdəbilə qaytarılacaq.

Bunu deyib o, Şeyx Səfinin məzarı üstünə 800 qızıl onluq qoydu.

Ruhanilər başa düşürdülər ki, kitablar Rusiyaya aparılsa, bir daha geri qaytarılmayacaq. Lakin tamah din xadimlərinə güc gəldi və onlar kitabxananın daşınmasına icazə verdilər. Beləliklə, bir çox Azərbaycan şair və alimləri tərəfindən yaradılmış, ustad xəttatlar və miniatürçülər tərəfindən kitab halına salınmış nadir incilər Rusiyaya, oradan da dünyanın bir çox muzey və kitabxanalarına səpələndi.

  • “...Minlərlə kitabın Pəhləvilərlə ruslar tərəfindən müsadirə edilərək oğurlanması faktdır”

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlı ilə söhbətimizdə o bir sıra məsələlərə diqqət çəkdi. Qeyd edək ki, əvvəlki dövrlərdə də M.Ağalarlı ilə sözügedən mövzuda söhbətimiz olub. Məsələ bu gün də aktualdır, bu səbəbdən də yenidən Şeyx Səfi kitabxanasının qaranlıq taleyinə işıq salmaq istədik.

M.Ağalarlı ilk növbədə qeyd etdi ki, hər bir xalqın, hər bir dövlətin tarixinin, mədəniyyətinin mövcudluğunu şərtləndirən, eyni zamanda onun inkişaf amillərini formalaşdıran ən vacib faktor həmin xalqın, dövlətin kitabxanasının olmasıdır. “İlk növbədə qürurla deyə bilərik ki, tarixlər boyu Azərbaycanda kitabxanaçılıq sənəti geniş yayılıb, inkişaf edib, bir çox mərkəzi, aparıcı şəhərlərimizdə Şərqin, müsəlman-türk dünyasının ən zəngin kitabxanaları mövcud olub. Tarixi mənbələrin verdiyi məlumata görə, bu kitabxanalarda minlərlə ən qiymətli əlyazmalar, tarix, din, ədəbiyyat və elmin digər sahələri ilə bağlı kitablar saxlanılıb. Azərbaycanın, eləcə də türk, müsəlman dünyasının ən zəngin kitabxanalarından biri Ərdəbildəki Şeyx Səfi Kitabxanası olub. Kitabxana Səfəvilərin, Qızılbaş sufilərinin ulu babası hesab olunan Şeyx Səfiyyəddinin Ərdəbildə dini-sufi ocağında yerləşir. Bu kitabxanın yaradılması tarixi XIV əsrin əvvəllərinə gedib çıxır. Ehtimal olunur ki, bu kitabxanma XIV əsrin əvvəllərində yaradılıb. Bunun ən vacib məqamını qeyd etmək istəyirəm ki, bu kitabxana uzun müddət qorunub saxlanılıb. Yəni nə qədər yadelli hücumları olsa da kitabxanın qorunmasına nail olunurdu. Bilirsiz ki, islam adətlərinə görə dini ibadət yerləri, yəni məscidlər toxunulmaz olduğuna görə xarici müdaxilə zamanı dini ocaqlara toxunmurdular. Buna görə də ən qiymətli əsərlər, kitablar dini ibadət yerlərində qoruyub saxlayırdılar ki, bu yadelli işğalçıların hücumuna məruz qalmasın. Bir də dini ibadət yerləri və onlara məxsus olan abidələr, kitabxanalar nəinki toxunulmaz idi, eyni zamanda satıla və bağışlana bilməzdi. Ona görə uzun müddət bu kitabxanaları qoruyub saxlamaq olmuşdu. Şeyx Səfi Kitabxanası olduqca zəngin idi. Bəzi faktlara görə, I Şah İsmayıl Səfəvi Mərv qələbəsindən sonra türk dünyasının mərkəzlərindən biri olan Herat şəhərindən qənimət kimi gətirdiyi bir çox əlyazmaları gətirib Şeyx Səfi kitabxanasına verib. Hətta Tarixi qaynaqlar göstərir ki, 1607-ci ildə Səfəvi-Azərbaycan Şah Abbasın özü də həmin Şeyx Səfi kitabxanasına külli miqdarda kitablar bağışlayıb. Şeyx Səfi kitabxanası haqda avropalı səyyahlar da geniş məlumatlar verir. Onlardan biri də XVII əsrdə yaşamış Adam Olyaridir. Adam Olyari Ərdəbildə olarkən Şeyx Səfi Kitabxanası haqda xüsusi danışır və qeyd edir ki, bu kitabxanada yüzlərlə ərəb, türk və digər dillərdə olan kitablar saxlanılır. Xüsusi vurğulayır ki, bu kitablar dünyanın ən nadir kitablarındandır. Bu olduqca vacib əhəmiyyətə malik olan informasiyalardan biridir”.

M.Ağalarlı təəssüflə bildirdi ki, XIX əsrin əvvəllərində Çar Rusiyanın Azərbaycana yürüşləri, Azərbaycanda aparılan rus-Qacar müharibəsi təkcə Azərbaycanın tarixinə, siyasi hüdudlarına təhlükə yaratmadı, eyni zamanda Azərbaycanın mədəniyyətini, mənəviyyatını, xüsusən də kitabxanaçılıq sənətini də təhdid etdi. “Təəssüflər olun ki, məhz bu işğallar dövründə Azərbaycanın Ərdəbil kitabxanası da çox çiddi fəlakətlə üzləşdi. Bir məsələni də qeyd etmək istəyirəm ki, XIX, daha dəqiq desək, hələ XVIII əsrdən Pyotrun yürüşləri ərəfəsindən başlayaraq misioner rus şərqşünasları Azərbaycan, Xəzəryanı bölgələr haqda çoxlu məlumat toplayıb Rusiya çarlarına məlumat verirdilər. Sözsüz ki, rus şərqşünasları ərəb və fars dilini dərindən bildikləri üçün kitabxanalarla ciddi maraqlanırdılar. Ona görə də, həmin şərqşünasların da Ərdəbildəki Şeyx Səfi kitabxanası barədə ciddi məlumatları vardı. Çox maraqlı və diqqət çəkən məqamlardan biri odur ki, rusların məhz 1827-1828-ci illərdə  yürüşləri dövründə xüsusi olaraq şərqşünaslar Paskeviçə və digərlərinə məlumat verirlər ki, mütləq şəkildə Qacarlar ərazisində olan kitabxanalar araşdırılsın. Xüsusilə də tapşırıq verilir ki, Ərdəbildəki  Şeyx Səfi kitabxanası barədə ciddi məlumatlar toplansın, oradakı ən qiymətli əlyazmalar ələ keçirilərək Rusiyaya gətirilsin. Sözsüz ki, bu proses baş verir. Hətta bununla bağlı müəyyən araşdırmalardan sonra rus generalı Qribayedova da məlumat verilir, o da bununla ciddi maraqlanır. Həqiqətən də müəyyən axtarışdan sonra bu qənaətə gəlinir ki, ən zəngin, qiymətli əlyazmalar Şeyx Səfi məqbərəsindəki kitabxanada saxlanılır. Şeyx Səfi kitabxanasındakı əlyazmaları ələ keçirmək üçün Ərdəbilin işğal edilməsi ilə bağlı xüsusi tapşırıq verilir. Bu işğalı həyata keçirmək üçün Qarabağda bir rus alayı təşkil olunur və alaya da general Suxdern başçılıq edib. Hesab edirəm ki, Ərdəbilin işğalı məsələsi bir tərəfdən strateji məsələ olmaqla bərabər eyni zamanda Ərdəbildəki Şeyx Səfi kitabxanasının ələ keçirilməsi üçün çox ciddi faktorlardan biri idi. Məhz 1828-ci il yanvarın 25-d

ə general Suxdern Ərdəbilə daxil olur, Şeyx Səfi məqbərəsindəki kitabxananı ələ keçirərək oradakı ən qiymətli əlyazmaları müsadirə etdirir və fevralın əvvəllərində minlərlə ən qiymətli əlyazma iki piyada alayın mühafizəsi altında furqonlarla Tiflisə göndərilir. Bəzi mənbələrdən verilən məlumatlara görə, kitabların bir çoxu yolda furqonlardan yerə tökülərək məhv olur. Belə demək olarsa onlar heç ciddi mühafizə altında saxlanılmırdı. Sonra Tiflisə gətirilən əlyazmaların siyahısı tərtib olunur. Çox ehtimal ki, gürcülər də həmin bu kitabların bəzilərini müsadirə edirlər. Siyahı tərtib ediləndən sonra həmin bu Ərdəbil kitabxanasının əsərləri Tiflisdən Sankt-Peterburq kitabxanasına göndərilir. Bəzi məlumatlara görə, Tiflisdə Ərdəbil kitabxanasının əlyazmalarının tərtib olunmasında, kataloqlaşdırılmasında Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov da iştirak edib. Qeyd olunduğu kimi, bu siyahı tərtib olunduqdan sonra əlyazmalar Sankt-Peterburqa göndərilir. O əlyazmalar o dövrdəki İmperator kitabxanasında, indiki Saltıkov-Şedrin adına Rusiya Milli Kitabxanasında yerləşdirilib. Bu kitabların saxlanılması haqda müəyyən  versiyalar var. Bəziləri deyirlər ki, Rusiyanın hərbi kitabxanasında saxlanılır, bəzi məlumatlatlara görə isə Rusiya Milli Kitabxanasındadır. Bu kitabxanada olan kitablar haqda da mənbələrdə olduqca maraqlı məlumatlar var. Bu məlumatların ən əhəmiyyətlisi isə Türkiyə Cumhuriyyəti baş bakanlıq Osmanlı arxivində saxlanılan XVIII əsrə aid olan bir siyahıdır ki, burada Ərdəbil kitabxanasındakı kitabların sayı göstərilir. Bu da şərti siyahıdır. Buna baxmayaraq Osmanlı arxivindəki sənəddə  744 cilddən ibarət olan kitabın siyahısı verilir. Bu kitabların sahələr üzrə bölgüsü də burad verilib. Qeyd edilir burada Qurani-Kərimə və dini təfsirlərlə aid 582 cild, dini elmlərə aid 6, tarix elminə aid 27 cidl kitab var, ədəbiyyat və divan sahəsini əhatə edən kitabların sayı isə 20 cilddir. Maliyə-təsərrüfat sahəsinə aid olan 91 cild kitab var. Bunlardan başqa sahələri əhatə edən 18 cild kitab mövcud olub.

Bu Osmanlı arxivində saxlanılan sənəd də 744 cild ən qiymətli əlyazmanın olduğu danışılır...”

M.Ağalarlı qeyd etdi ki, verilən digər məlumatlara görə, Ərdəbil kitabxanasında 6 mindən çox qiymətli əsər, əlyazma, miniatür və kitab inciləri saxlanılıb. O, qeyd etdi ki, bəzi mənbələrdə Rusiyaya aparılan kitabların sayının 114 cilddən çox olduğu göstərilisə də, lakin digər mənbələrə görə, bu kitabların çoxu Ərdəbil kitabxanasında saxlanılıb: “1935-ci ildə isə Ərdəbil kitabxanasında qalan kitablar isə Pəhləvi rejimi tərəfindən müsadirə olunur və Tehranda İran Milli Muzeyində gizli şəkildə  saxlanır. Pəhləvi rejiminin müsadirə etdiyi kitabların sayı isə 80 sandıq göstərilir. 80 sandıq kitab minlərlə kitab deməkdir. Bütövlükdə, Pəhləvi rejimi tərəfindən oğurlanaraq İranın içinə aparılan kitablarla Rusiyaya aparılan kitabları hesablayanda görürsən ki, bu toplam olaraq minlərlə kitab deməkdir. Şeyx Səfi kitabxanasının minlərlə kitabının Pəhləvilərlə ruslar tərəfindən müsadirə edilərək oğurlanması faktdır”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

SON XƏBƏRLƏR

15.06.2026 / 02:04
Tramp Putinə söz verdi - Avropanı və Kiyevi razı salmağa çalışacaq...

15.06.2026 / 01:35
Pakistan tarixi razılaşmanı dünyaya elan etdi - ABŞ və İran razılaşdı... 107 gün davam edən müharibə başa çatdı...

15.06.2026 / 00:43
DTX-nin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib - FOTO/VİDEO

15.06.2026 / 00:14
Prezident İlham Əliyev Trampı 80 illik yubileyi münasibətilə təbrik etdi

14.06.2026 / 23:14
Prezident İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

14.06.2026 / 23:12
Mehriban Əliyeva 15 iyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

14.06.2026 / 20:57
Rusiyalı strateqdən Qərbə görünməmiş nüvə təhdidi... İlk hədəfi də açıqladı - yer üzündən silinəcəklər...

14.06.2026 / 20:11
Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert...

14.06.2026 / 18:23
ABŞ-ın 30-dan çox ölkədə azı 120 gizli bioloji laboratoriyası ortaya çıxdı - Kəşfiyyat rəhbərindən ŞOK ETİRAFLAR...

14.06.2026 / 18:07
Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü

14.06.2026 / 17:45
Dünya sülh gözləyərkən İsrail Beyrutu vurdu –Trampın planları pozulur, İranla saziş dalana dirənir...

14.06.2026 / 16:27
İrandakı mühafizəkarlar Tehran-Vaşinqton razılaşmasına qarşı çıxdı - Qalibaf və Ərakçi hədəfdə...

14.06.2026 / 15:10
ABŞ-İran sazişi nə vaxt imzalanacaq? – Vaşinqton bu gün deyir, Tehran isə...

14.06.2026 / 14:47
"15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır" – ŞƏRH

14.06.2026 / 14:31
İran–ABŞ memorandumunun əsas detalları açıqlandı

14.06.2026 / 14:02
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

14.06.2026 / 13:58
İran–ABŞ sazişi üçün “rəqəmsal imza mərasimi” planlaşdırılır

14.06.2026 / 13:47
Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

14.06.2026 / 13:45
AZAL-dan qərar - Naxçıvana bu günə olan bütün uçuşlar ləğv olundu...

14.06.2026 / 12:53
Nizamidə narkokuryer 30 kiloqrama yaxın narkotiklə yaxalandı

14.06.2026 / 12:08
Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

14.06.2026 / 11:55
İranda Xameneyinin mərasimləri səbəbindən imtahanlar təxirə salına bilər

14.06.2026 / 11:32
Milli Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev dühasının təntənəsi -MDU rektoru yazır

14.06.2026 / 11:17
Mədəniyyət Nazirliyi Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verdi

14.06.2026 / 10:35
Ağdamda mağazaya İLDIRIM DÜŞDÜ, güclü yanğın başladı...

14.06.2026 / 08:15
İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

13.06.2026 / 22:50
Tramp rəsmən elan etdi – İranla saziş sabah imzalanacaq...

13.06.2026 / 20:21
İsraildən Trampa çağırış - Livan, Suriya və Qəzzadan çəkilməyəcəyik...

13.06.2026 / 20:11
Saxlanılan gömrükçülərin üçü buraxıldı - RƏİS MÜAVİNİ HƏBS EDİLDİ

13.06.2026 / 20:05
Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir

13.06.2026 / 19:47
Ramiz Mehdiyevin ailə bankı BOKT-a çevrildi…

13.06.2026 / 19:25
ABŞ-İran sülh sazişi Trampın 80 illik yubileyində imzalana bilər - Britaniya mediasından ŞOK İDDİA...

13.06.2026 / 19:08
Mingəçevir Dövlət Universiteti Beynəlxalq RUR reytinqində: İlk iştirakdan uğurlu nəticə

13.06.2026 / 18:57
İrandan ABŞ-la imzalanacaq sazişilə bağlı yeni açıqlama – Tehranın bloklanmış milyardları necə qaytarılacaq? – DETALLAR ortaya çıxdı...

13.06.2026 / 17:45
Azərbaycanla ABŞ TRIPP-in icrasını müzakirə etdi

13.06.2026 / 16:15
Putindən Qərbə növbəti xəbərdarlıq - heç vaxt buna cəhd etməyin...

13.06.2026 / 15:57
Şahbaz Şərif dünyanın gözlədiyi xəbəri elan etdi - ABŞ-İran sülh sazişi 24 saat ərzində imzalana bilər

13.06.2026 / 15:32
ABŞ ordusunun İranda uranı ələ keçirmək planı... Tramp əməliyyatı son anda dayandırdı, İranın “intihar tələsi” ortaya çıxdı...

13.06.2026 / 13:37
Bakıda restoranın dolabından beş min dollar oğurlandı

13.06.2026 / 13:24
Putinin nümayəndəsi Baydenin oğlunu ailənin Ukraynadakı “qaranlıq işlərini” açıqlamağa çağırdı...

13.06.2026 / 13:20
Əli Əsədov Ünal Üstel ilə görüşüb

13.06.2026 / 12:50
Ağdamda 33 il sonra “Son zəng” çalındı

13.06.2026 / 11:55
Prezident İlham Əliyev Kral III Çarlza məktub ünvanlayıb

13.06.2026 / 11:35
Şuşada TDT ölkələrinin Rəqabət Forumu keçirildi

13.06.2026 / 10:12
Emin Əmrullayev məzunları təbrik etdi

13.06.2026 / 09:29
Tramp ABŞ-İran sülh razılaması ilə bağlı konkret tarixi açıqladı - saziş Cenevrə və ya Vyanada imzalana bilər...

13.06.2026 / 08:45
Hindistan ABŞ-a nota verdi...

12.06.2026 / 22:49
ABŞ-İran sülh sazişinin razılaşdırılmış yekun mətni hazırdır - Pakistan bütün dünyaya elan etdi...

12.06.2026 / 22:12
Fransa mediası Azərbaycana qarşı çirkin kampaniyaya başladı - MEDİA-dan sərt açıqlama...

12.06.2026 / 22:03
Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

12.06.2026 / 21:56
Paşinyan Zəngəzur dəhlizində neft-qaz kəmərini şübhə altına aldı...

12.06.2026 / 21:12
Paşinyan KTMT-dən çıxmaqla bağlı daha bir bəyanat verdi...

12.06.2026 / 21:03
PUA ilə İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

12.06.2026 / 20:47
Belə də kənd həyatı olar? - cəmi 19 faiz... Kəndlərimiz simasını itirir...

12.06.2026 / 20:22
Xəzərdə 22 yaşlı gənc 13 kq marixuan ilə tutuldu

12.06.2026 / 20:15
Tramp İranı bombalamağı növbəti dəfə təxirə saldı... Neçə dəfə olar?!

12.06.2026 / 19:46
Dövlət proqramı Prezidentin tənqid etdiyi problemlərin həllinə yol açır...

12.06.2026 / 19:34
Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

12.06.2026 / 18:12
Netanyahu Prezident İlham Əliyevə məktub ünvanlayıb

12.06.2026 / 18:10
1992-93-cü illərdəki "dövlət səriştəsizliyinə" son qoyulmasaydı...

12.06.2026 / 17:43
Trampın qızı və kürəkəni Kuşnerə görə Albaniyanı "Flaminqo inqilabı" bürüdü...

12.06.2026 / 17:43
Müxalifətin xalqı Paşinyana qarşı səfərbər etmək cəhdləri iflasa uğrayır...

12.06.2026 / 17:30
Bakıda dəyişkən iş rejiminin "antitıxac effekti" yetərincə inandırıcı görünmədi...

12.06.2026 / 17:20
Rusiya Ermənistan məhsullarına qadağaları genişləndirdi - siyasi gərginlik artır...

12.06.2026 / 17:18
"Yeni Şafak"dan şok xəbər - Türkiyə iki istiqamətdə Ermənistanla sərhədi açır, ticarət 1 milyard dollara çatacaq...

12.06.2026 / 17:14
Prezident Əliyev tənqid etdi, ardınca proses başladı...

12.06.2026 / 16:59
Taksilərdə gediş bahalaşır, amma qazanan sürücülər yox, xarici şirkətlərdir...

12.06.2026 / 16:49
"Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur" - Emin Hüseynov

12.06.2026 / 16:39
Merts qəti şərt qoydu - Ukraynada sülh yalnız bu formatda mümkündür, başqa heç cür...

12.06.2026 / 16:33
Region müşavirələri aqrar bölmədə yeni mərhələ başlada bilər...

12.06.2026 / 16:30
Nazirlik və Agentliklərdə müşavir postlarını bu qədər şişirtmək büdcəyə izafi basqı yaradır...

12.06.2026 / 16:18
ABŞ və İran tarixi razılaşmanın bir addımlığında - dörd təyyarə Vaşinqtondan Cenevrəyə yola düşdü... mümkün SAZİŞ MƏTNİ SIZDIRILDI...

12.06.2026 / 15:49
Epşteyn işi çərçivəsində Konqresin sorğu-sualı Tramp ailəsinə çatır...

12.06.2026 / 15:29
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olundu

12.06.2026 / 15:22
İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirildi - YENİLƏNİB

12.06.2026 / 15:17
Deputat sosial şəbəkələrdə saxta ekspertlərlə bağlı təklif irəli sürdü

12.06.2026 / 15:00
“...Ənənəvi memarlıq ilə futuristik şəhərsalma prinsipləri unikal şəkildə vəhdət təşkil edir” - Rizvan Qarabağlı

12.06.2026 / 14:31
Uşaqlarımızın əxlaqına ən çox təcavüz edən sosial şəbəkələr...

12.06.2026 / 13:42
Cinayətlə mübarizə üzrə Koordinasiya Şurasının iclası keçirilib

12.06.2026 / 13:35
Göygöldə yeni Dövlət Proqramının müzakirəsinə dair müşavirə keçirildi - YENİLƏNDİ

12.06.2026 / 13:20
Tramp İranla bağlı 10-dan çox dövlətin adını öz “şərikləri” kimi çəkdi, birinin də səsi çıxmadı...

Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

XƏBƏR ARXİVİ