07/02/2023 01:54
728 x 90

Sumqayıt Teatrı məşhur "O olmasın, bu olsun"u təqdim etdi… - FOTO

img

Sumqayıt Dövlət Dram Teatrında növbəti premyera gerçəkləşib. Yaradıcı heyət dahi Üzeyir Hacıbəyova müraciət edib. Bu barədə baki-xeber.com-a tetarın mətbuat xidmətindən məlumat verilib.  Respublikanın Əməkdar artisti Namis Şirməmmədov Üzeyir Hacıbəyovun məşhur "O olmasın, bu olsun" iki hissəli operettasına quruluş verib. Quruluşçu rəssam Elşən Sərxanoğludur. Tamaşadan öncə teatrın direktor əvəzi, Əməkdar artist Vidadi Məmmədov qonaqları salamladı,hər premyeranın bir bayram ovqatı yaşatdığını dedi və bu əsərin Sumqayıt teatrı səhnəsinə gəlməyi zərurətindən danışdı. Teatrın baş rejissoru, respublikanın Xalq artisti Firudin Məhərrəmov Üzeyir dühasından, onun bütün janrlarda qələmə aldığı əsərlərin hər zaman üçün aktuallığından və obrazlarının xarakter zənginliyindən danışdı. Quruluşçu rejissor ,Əməkdar artist Namis Şirməmmədov Üzeyir əsərlərinə yanaşmanın böyük məsuliyyət olduğunu bildirdi və hər kəsi tamaşaya baxmağa dəvət etdi.

Premyerada millət vəkili Müşfiq Məmmədli,YAP Sumqayıt təşkilatının sədri, professor Ramiz Hüseynov, şəhər Ağsaqqallar Şurasının sədri, Əməkdar mühəndis Təbrik Quliyev, Sumqayıtın ədəbi cameəsi, yaradıcılıq təşkilatlarının rəhbərləri, ziyalılar iştirak etdilər. Tamaşa alqışlarla qarşılandı. Filmdən hər kəsin tanıdığı personajlar Sumqayıtlı aktyorların  oyun tərzində və yeni rejissor yozumunda maraq doğurdu. İlahə Səfərovanın,Yalçın Səlimovun, Rövşən Əsgərovun  improvizələri yerinə düşdü. Mizanların dəqiqliyi, hərəkətlə sözün sinxronluğu, komik situasiyaların musiqi ilə həmahəngliyi, bədii tərtibatın traktovkada oynaması,məkan- dekorasiya dəyişdikdə dövrə uyğun geyimli xidmət personallarının səhnə maşinistlərini əvəz etməsi quruluşçu rejissor tərəfindən yüksək səviyyədə işlənilib, öz həllini tapıb.

Qeyd edək ki, obrazları Əməkdar artist İlahə Səfərova, aktyorlar Habil Xanlarov, Şəhla Məmmədova, Elay Xasıyev, İlham Səfərli, Yalçın Səlimov, Dağlar Rüstəmov, Rövşən Əsgərov, Ceyhun Məhərrəmov, Elmir Mehdiyev, Cavanşir Eyyubzadə, Ramazan Xanlarov, İlqar İbrahimov, Füzuli Qərənlizadə, Etibar Əmirov, Orxan Firudinov və başqaları canlandırırlar.

Ülviyyə GÜLBABAQIZI

Peşə etikası

Son xəbərlər