07/02/2023 11:36
728 x 90

“Audiokitab” yeni mobil tətbiqini təqdim etdi

img

Ölkənin ən böyük Audiokitab şəbəkəsi olan “Audiokitab” mobil tətbiqi Aqşin Yeniseyin “Soyuğa inansan, donacaqsan” audiokitabını təqdim edib.

Esselərdən ibarət yeni kitabdakı maraqlı fikirləri yalnız “Audiokitab”a abunə olmaqla  dinləmək mümkündür. A.Yeniseyin sözlərinə görə, esselər bir neçə il əvvəl çox kiçik tirajla nəşr olunduğundan,  oxucuların əksəriyyəti kitabı əldə edə bilməyib. “Soyuğa inansan, donacaqsan” essesi  insanlar üzərində keçirilən qorxunc eksperimentdən - adi bir təlqinlə normal temperaturda donub ölənlərdən bəhs edir. Müəllifin bu eksperimentdən çıxardığı məntiq: kor-koranə inanc insanın və toplumun düşüncəsini “stop”a salar, özünüməhvə qədər aparıb çıxarar...

“Audiokitab” mobil tətbiqinin təşkil etdiyi görüşdə A.Yenisey zamanın ən böyük bəlasından – mədəniyyəti udan subkulturanın təhlükəli tendensiyalarından danışdı: “Cavanları o dəhşətli  burulğandan xilas etməliyik...Bu yolda hər cəhd dəyərlidir. Dünya və Azərbaycan ədəbiyyatından mindən artıq  gözəl nümunə sələndirmiş “Audiokitab”ın xidmətləri də məhz bu mənada danılmazdır...” Yeniseyin fikrincə, müasir dövrdə heç bir müəllif orijinal mətn yazmır: “Mən və digərləri romanlarımızı vaxtilə yaşayıb-yaratmış dahilərlə şərikinə yazırıq. Yəni hökmən kiməsə istinad edir, sitat gətirir, mövzuya qayıdır, nə zamansa söylənmiş həqiqətləri yeni zamanın dilinə adaptasiya edirik. Məsələn, Umberto Ekonu Azərbaycanda oxuyan az adam tapılar. Elə isə Ekonun dərin fikirlərinin xülasəsini bir esse ilə çatdırmağımın nəyi pisdir?”

Təqdimatdan dərhal sonra “Soyuğa inansan, donacaqsan” audiokitabı tətbiqə yüklənib. Mədəniyyət tarixini araşdıran A.Yeniseyin müxtəlif mövzularda esselərini, cəsarətli və mübahisəli “diaqnoz”larını  dinləmək üçün Audiokitab mobil tətbiqinə abunə yazılmaqla,  ədəbiyyatsevərlər eyni zamanda mindən artıq dəyərli əsəri virtual kitab rəfində görəcək...

Ülviyyə GÜLBABAQIZI

Peşə etikası

Son xəbərlər