“Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən Zəyzid məbədi və Baş Küngüt kəndində yerləşən Küngüt məbədi tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir. Zəyzid qalası və qədim qəbiristanlıq isə yeni aşkar edilmiş abidə qismində qeydə alınıb. Zəyzid məbədinin bərpası və Küngüt məbədinin isə konservasiya edilməsi üçün investisiya planına daxil edilib”.
Bunu “Bakı-Xəbər”in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər.
Dövlət Komitəsində bildirilib ki, tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir.
“Sözügedən abidələrin də investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır.
Qeyd olunan bütün tarixi abidələrin qorunması, ətrafının abad saxlanılması Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılır” - deyə Dövlət Xidmətindən bildirilib.
Qeyd edək ki, AMEA-nın mütəxəssisləri Şəkinin Baş Zəyzid kəndi ərazisində yerləşən Xaçvari kilsə, Zəyzid qalası, onlara yaxın ərazisidə mövcud olan qədim qəbristanlıq ərazisi (qədim alban qəbristanlığı olduğu deyilir) ilə tanış olublar. Bildirilib ki, bu abidələrin hər üçünün vəziyyəti qənaətbəxş deyil, kilsə və qala dağılma təhlükəsi ilə üz-üzədir, qəbristanlıq ərazisi isə qorunmaq üçün sədlərə malik deyil, ətrafı zibillik əraziyə çevrilib və ərazi olaraq da ciddi tədqiqata ehtiyacı var.
İradə SARIYEVA