Bazar günü günü, 22 noyabr 2026
     

Mədəniyyətdə nə baş verir? - çirkli pullar, muzey maxinasiyaları barədə şayiələr baş alıb gedir...

Image


Mədəniyyət xalqın simasını əks etdirməlidir. Təəssüflər olsun ki, Azərbaycan mədəniyyət sistemində əcaib olayların baş verdiyinin şahidi oluruq. Çox qəribədir ki, qonşu dövlətlərdə mədəniyyət sahəsinə rəhbərlik edənlər öz xalqlarının tarixini qədimləşdirmək üçün gecə-gündüz çalışırlar, amma bizdə bunun tam əksi baş verir, qədim olan nəyimiz varsa sanki qəsdən yoxa çıxarılır.

Son 30 ildə Azərbaycanın mədəniyyət sferasında elə olaylar yaşanıb ki, buna sakit yanaşmaq mümkün deyil. Keçən əsrin 90-cı illərində rayon tarix-diyarşünaslıq muzeylərində, rəsm qalereyalarında, şəhər muzeylərində qiymətli eksponatların, xüsusən də arxeoloji materialların, xalçaların, qiymətli əşyaların mədəniyyət sahəsinə rəhbərlik edən məmurların əli ilə qara bazara çəkilib satıldığı, milyonlarla dollara alınıb xarici ölkələrə aparıldığı barədə çox danışılır, biz də bu barədə konkret faktlar əsasında çox yazmışıq. Maraqlıdır ki, o illərdə buna görə heç bir kəs məsuliyyətə cəlb olunmayıb, milyardlar qazananlar xalqın tarixi irsini alver predmetinə çeviriliblər. Çox təəssüflər olsun ki, köhnə ənənə sonradan da davam etdirilib. Mədəniyyət Nazirliyinin strukturlarında baş verən neqativ hallar həll edilmək əvəzinə daha da genişlənir. Nazirliyin strukturları sanki cinayət yuvasına çevirilib. Bilirik ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirməsi nəticəsində nazir müavini Rafiq Bayramov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və digər vəzifəli şəxslər həbs edildi və hazırda onlar həbsxana həyatı yaşayırlar. Onların ittiham edildiyi maddələr barədə də geniş bəhs edilib deyə dərinliklərə varmırıq. 2022-ci ilin noyabr ayının 1-də  DTX növbəti dəfə Mədəniyyət Nazirliyində əməliyyat keçirdi və nazirin birinci müavini digər vəzifəli şəxslər həbs edildi. Mədəniyyət Nazirliyi strukturunda baş verən neqativ proseslər cəmiyyətdə ciddi şəkildə müzakirə edilir. Eyni zamanda da bir sıra məsələlərlə bağlı şaiələr və iddialar mövcuddur. Mədəniyyət sferasında, eləcə də ictimaiyyətdə saysız şaiələr dolaşır ki,  bu gün də muzeylərdə, mədəniyyət ocaqlarında, kitabxanalarda, musiqi məktəblərində və başqa yerlərdə dəhşətli maxinasiyalar baş baş verir. Muzeylərdə dəhşətli vəziyyət yarandığını barədə dolaşan söz-söhbətlərə görə, bəzi muzeylərdə eksponatların, xalçaların, qədim sikkələrin əslini götürüb onu dublikatla əvəz edirlər. Qədim xalçaların, palazlar yerinə bənzərinin qoyulduğu barədə də söhbətlər var. Bunun nə dərəcədə doğru olub olmadığını deyə bilmərik, iddia etmirik ki, bunlar doğrudur. Amma belə söz-söhbətlər var. Eyni zamanda da muzeylərlə müxtəlif yerlərdən eksponatların alınması sahəsində ciddi maxinasiya olduğu deyilir. Gəzən şaiələrə görə, tutaq ki, eksponat 5 manata alınırsa o 2 min manata “oformut” edilir, yaxud 2 min manata alınan xalçanın qiyməti 50-60 min manta göstərilir. Bununla da çox dəhşətli maliyə fırıldaqlarına, maxinasiyalara yol verlir. Hesab edirik ki, əlbəttə, bu şaiələr də əlaqədar qurumlar tərəfindən araşdırılacaq. Əgər dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan milyonlar, milyardlar məmurun cibindən, yaxud seyfindən çıxırsa, bu artıq vəziyyətin hansı şəkildə olduğunu ortaya qoyur.

Nazirliyin strukturlarında maliyə yeyintiləri həmişə olub, lakin nazirlikdə bunun qarşısını alan bir kimsə olmayıb. Sanki kimlərsə, Mədəniyyət Nazirliyinin strukturlarını maliyə yeyintisi olaraq seçib və bunun da acı nəticələrini görürük.

Bütün bu məsələlərlə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə cəhd etsək də, alınmadı, ona görə də ekspertə müraciət etdik. Amma nazirlikdən hər hansı bir mövqe bildirilərsə, onu da işıqlandıracağıq.

  • “...Bir sıra korrupsiya halları var”

Yeni Yazarlar və Sənətçilər Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində bildirdi ki, Mədəniyyət Nazirliyi sistemində baş verən neqativ hallarla bağlı müxtəlif vaxtlarda "Bakı-Xəbər" vasitəsilə fikir bildirib, lakin indiyə qədər heç bir müsbət nəticə olmayıb. A.X.Əbilov vurğuladı ki, tənqidlərdən, iradlardan nəticə çıxarılmayıb və təkliflərdə diqqət yetirilməyib, son ucda vəziyyət daha da pisləşib. “İctimai qınaq irəli sürülsə də, tənqidlər bildirilsə də, vəziyyət get-gedə bir az da qəlizləşib. Mədəniyyət sistemində, kitabxana, teatr, muzey və digər millətin kultroloji sərvətini yaratmalı olan təsisatlarımızda çox böyük problemlər yaşanır. Baxmayaraq ki, mədəniyyət naziri dəyişdirildi, struktur yeniləndi, yeni nazir və komandası iş başına keçdilər. Amma təəssüflər olsun ki, həm dövlətin, həm ictimaiyyətin, xüsusən də kultroloqların, mədəniyyətşünasların gözləntiləri özünü doğrultmadı. Təsəvvür edin ki, Mədəniyyət Nazirliyinin nəzdində ictimai şura yaradılıb. İctimai şuranın üzvlərinin bir çoxu heç adlarını yaza bilmirlər. Çünki onların bir çoxunu ən azından tanıyırıq. Onlar mədəniyyətlə bağlı hansı fikirlər söyləyə bilərlər? Əgər nazir öz yerlisini ictimai şuranın sədri qoyursa, biz ondan ictimai nəzarəti soruşa bilərikmi? Bəlkə də hər şey bundan başlayır? Dövlət qurumlarının nəzdində olan ictimai şuraların üzvləri, onların fəaliyyəti, şəxsiyyəti, intellektual səviyyəsi imkan verirmi ki, onlar dövlət qurumlarına nəzarət edə bilsinlər, tənqid edə bilsinlər? Halbuki, kənarda qalanlar var ki, onlar seçki oyunbazlığı nəticəsində kənarda qalıblar. Onlar KİV-lərdə bu sahələrdə analitik təhlillərini, analizlərini ortaya qoyurlar. Baxın, Mədəniyyət Nazirliyinin strukturlarında bu və digər nöqsanlar bundan sonra daha da çoxalacaq. Kinoteatrlarımızda, muzeylərimizdə, teatrlarımızda, mədəniyyət ocaqlarımızda çox dəhşətli hallar mövcuddur.  Kitabxana özü yoxdur, amma ştat var, kitabxanaçı var, maaş kartları da müdirlərin cibindədir. Mədəniyyət Evləri bərbad vəziyyətədir, təmir edilmir, oralara heç kim getmir, amma direktoru da, süpürgəçisi də var. Dövlətin milyonlarla pulu axır, amma təəssüf ki, nəticədə heç nə əldə edə bilmirik. İllərdir ki, bir çox kəndlər kino, teatr, konsert üzünə həsrətdir. Mədəniyyət Nazirliyi Bakıdadır və nazirliyin yüksək vəzifəli şəxsləri, məmurlar özlərinə cürbə-cür təşkilat yaradırlar. Nazirliyin ictimai qurumlara ayrılmalı olan vəsaiti nazirliyin keçmiş məmurlarının və indiki federasiya rəhbərlərinin cibinə axır”.

A.X.Əbilov qeyd etdi ki, bu şəxslər xaricdən götürdükləri layihələri “kopya” edirlər və iki-üç əməkdaşlarının iştirakı ilə saxta təlimlər keçirlər, guya kreativ saytlar açırlar və sair. Ekspertin sözlərinə görə, buna isə nəzarət edən də  yoxdur, heç Hesablama Palatası da  buna baxmır. “Sağ olsun, DTX artıq neçənci dəfədir ki, Mədəniyyət Nazirliyi sturukturunda yenilənmə aparır. Bu insanlar məsuliyyətə cəlb olunurlar, həbs edilirlər. Çox təəssüf ki, yenə də həmin o sistem korrupsiya yuvası olaraq pul yığmağa başlayır. Musiqi, incəsənət məktəblərində vəziyyət nə yerdədir. Tanınmış mədəniyyət, incənət, ədəbiyyat adamları bu dövlətdən incik salınır. Bir sıra şəxslərin, o cümlədən də mənim 50-55 illik yubileyimiz olur, amma dövlət buna reaksiya vermir. Bu da təbiidir, çünki bunu dövlətə çatdırmalı olan Mədəniyyət Nazirliyidir, o da çatdırmır. Nazirlik bunu yuxarı instansiyalara çatdırmalıdır ki, bu insanların yubileyidir, onlar ömrünü dövlətin incəsənətinə, mədəniyyətinə, hümanitar-estetik düşüncəsinin inkişafına həsr edilib. Amma onlara nə fəxri ad verilir, nə prezident təqaüdü. Bizim kitabxana.net portalımız var, Qafqazın vən dünyanın ən tanınmış ictimai açıq kitabxanasıdır. İndiyə qədər Mədəniyyət Nazirliyi bir qəpik də olsun bu kitabxanaya pul verməyib ki, bu kitabxana Azərbaycanın sərvətidir və o inkişaf etməlidir. Nazirliyin özünün elektron kitabxanalarının çoxunda bizim kitabxananın materiallarını oğurlayıb yerləşdirirlər. Sonra da hökumətə hesabat evrirlər, hökumətdən milyonlarla pul alırlar, isti kabinetlərdə otururlar, kompüterlərlə təmin olunublar. Biz kompüter təchizatı ilə bağlı da bir sıra korrupsiya halları var. Muzeylərdə vəziyyət daha da bərbaddır. Lənkaranda “Dəyirmi Qala” deyilən çox unikal tarixi abidə var. Lənkəranlılar deyirlər ki, vaxtilə Mədəniyyət Nazirliyi onu təmir edib, indi o dağılıb. Astarada “Ulduz” filmində çəkilən “Ləm” var, o dağılıb, amma bu nazirliyin vecinə də deyil. Alt qatda olan tarixi abidələrin mühafiəzsi ilə bağlı Dövlət Xidməti tədbir görmür. Oradakı maxinasiyalar da üzə çıxıb. Eksponatların yerdəyişməsi edilir. Bir regionda aşkarlanan eksponatın başqa bir yerə göndərilməsi də maxinasiyanın bir yoludur. Xalqdan da ucuz qiymətə tarixi əşyalar alıb baha qiymətə “oformut” edirlər. İndiyə qədər muzeylərdən xalçalar, qiymətli əşyalar, eksponatlar inkin düşür. Təcili surətdə Hesablama Palatası Mədəniyyət Nazirliyinin bütün strukturunda yoxlama aparmalıdır. Muzeylərdə mühafizə gücləndirilməlidir, videokameralar yerləşdirilməlidir, hər kəs bilməlidir ki, bircə eksponatın yeri belə mütəxəssislərin və rəhbər şəxslərin icazəsi olmadan dəyişdirilə bilməz, nəinki onları yeniləmək, əvəzləmək, oğurlayıb satmaq”.

A.X.Əbilov hesab edir ki, indiyə qədər Mədəniyyət Nazirliyinin ictimai şurası seyirçi mövqe tutub və bu nöqsanlar barədə həyacan təbili çalmayıb, bu səbəbdən də ictimai şura ləğv edilməli və yerində ekspertlər şurası yaradılmalıdır. O təklif edir ki, Mədəniyyət Nazirliyinin işçisi olmayan, oradan maaş almayan şəxslər  ekspertrlər şurasına üzv qəbul edilsin, onlar nazirlik sistemində öz layihələri, planları, təklifləri ilə çıxış etsinlər, dövlətin mədəniyyət siyasətinin formalaşmasında həm iştirak etsinlər, həm də məmurlara nəzarət funksiyasını yerinə yetirsinlər.  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ