çərşənbə günü, 07 oktyabr 2026
     

Yazıçıların qurultayından sonra Birlikdən çoxsaylı istefa xəbərləri yayılır...

Image


Azərbaycan yazıçılarının XIII qurultayı əvvəlki qurultaylardan fərqli olaraq daha hay-küylü, qalmaqallı keçdi. Bəziləri iddia etdilər ki, guya bu qalmaqal süni şəkildə yaradılıb, qurultayın işinə kölgə salmaq üçün düzənlənib.

Bəziləri isə baş verənlərin reallıqdan doğduğunu, təbii olaraq ortaya çıxdığını dedilər. Qurultayda xalq yazıçısı Anarın yenidən Azərbaycan Yazçılar Birliyinin (AYB) sədri seçilməsinə etiraz edənlər də oldu, xüsusən də narazı gənclər yerindəcə prosesə reaksiya verdilər. Bütün bunlar öz yerində. Qurultay sonrası da diqqətçəkən olaylar baş verdi və iddia edildi ki, AYB üzvülüyündən kütləvi imtina halları baş verir. AYB-dən kimlərin istefa verdiyi maraqlıdır. Əvvəlcə, mətbuata diqqət yetirdik. Məlum oldu ki, əslən Təbrizdən olan şair Ümid Nəccari, tanınmış tənqidçi Mehman Qaraxanoğlu və şair Elçin Aslangil AYB üzvlüyndən imtina edib, Birlik üzvülüyündən istefa verdiklərini açıqlayıblar.

Adıçəkilən yazarların AYB üzvülüyündən imtina etməsi xəbəri nə dərəcədə doğrudur? Onlar qurumu tərk etdikləri ilə bağlı birliyə  rəsmi müraciət ediblərmi? Hazırda birliyə yeni qəbul olunanlar varmı? Birlik üzvlərinin sayı nə qədərdir?

  • Xəyal Rza: “Sözügedən yazarların Yazıçılar Birliyi üzvlüyündən çıxması ilə bağlı xüsusi şərh vermək istəmirəm”

AYB-yə aid olan sualımızı qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rzaya ünvanladıq. X.Rza “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Yazıçılar Birliyinin 2300 üzvü var. “Yazıçılar Birliyi könüllü təşkilatdır. Biz bununla bağlı dəfələrlə açıqlama vermişik. Təbii ki, Yazçılar Birliyinin üzvü olmaq da, xaric olmaq da yazarların şəxsi istəyinə bağlıdır. Ona görə də, sözügedən yazarların Yazıçılar Birliyi üzvülüyündən çıxması ilə bağlı xüsusi şərh vermək istəmirəm. Qaldı ki, Yazıçılar Birliyindən xaric olmağın qaydalarına, təbii, bununla bağlı sosial şəbəkələrdə, saytlarda açıqlama verməklə yanaşı gəlib ərizə ilə Yazıçılar Birliyinə müraciət etməlidirlər  və üzvülük vəsiqəsini də təhvil verməlidirlər. Ondan sonra xaric olmuş sayılacaqlar”.

Birliyə yeni qəbulla bağlı müraciət edənlərin olub olmadığına gəlincə, X.Rza qeyd etdi ki, hələ qəbul komissiyası qəbul elan etməyib, amma ilin sonuna qədər qəbul olacaq.

  • Elçin Aslangil: “AYB-nin ədəbi mühitdə hər hansı rolunu görmədiyim üçün bu qərarı verdim”

AYB üzvülüyündən hansı səbəbdən çıxması ilə bağlı İsveçdə yaşayan şair Elçin Aslangilə də vatsap üzərindən sual ünvanladıq. E.Aslangil “Bakı-Xəbər”ə açıqlamasında AYB üzvülüyndən imtina etməsinin səbəblərini bildirdi: “Məsələ bundan ibarətdir ki, Yazıçılar Birliyinin Azərbaycan ədəbi mühitində heç bir rolu yoxdur. AYB Azərbaycan ədəbi mühitində hansısa bir standart deyil. Təəssüf ki, belə bir standartın olması gülünc bir şeydir. İsveç kimi inkişaf etmiş ölkələrdə PEN klublar var. Bu klublar ədəbiyyatla bağlı nə iş görürlər? Müəyyən mənada  hətta sığorta işləri də görürlər, yazarlar işsiz qalanda sığorta vasitəsilə işsiz qalan insnaın məvacibi ödənilir. Yəni yazarların sosial rifahında, mətbuata çıxışında rol oynaya bilər. Siz mənə AYB-nin sayılıb-seçilən bir mətbu orqanını göstərin. Varmı elə bir mətbuat orqanları? (Biz E.Aslangilə AYB-nin ədəbi orqanlarının adlarını qeyd edirik və məhdud sayda nəşr olunduqlarını vurğulayırıq-İ.S) Mən də elə “sayılıb-seçilən mətbuat orqanı yoxdur” dedikdə bunu vurğulamaq istəyirəm ki, əgər o böyük kütləyə çatmırsa, əhatə etmirsə, kütlə arasında buna maraq yoxdursa, demək onlar sayılıb-seçilən deyil. Bir az “Ədəbiyyat” qəzetində tərpəniş vardı. Özünüz görürsüz o da hansı çərçivədədir. Orada da, digər mətbu orqanlarda senzuralar var ki, şair, yazıçı filan sözü deyə bilməz və sair...”

“Elçin bəy, niyə XIII qurultaydan sonra qərarınızı açıqladınız? Birliyə nə vaxt üzv olmuşdunuz? Bilirsiz ki, AYB-nin qurultayında müəyyən gənclərin namizədlərinin namizədliyinin səsə qoyulmaması və digər səbəbdən etiraz etdilər, qurultayın nəticələrinin saxtalaşdırıldığını bəyan etdilər. Sizin bu qərarınız onlara dəstək məqsədi daşıyır, yoxsa bu çoxdankı fikriniz idi, sadəcə son baş verənlər sizə təkan oldu?” - deyə E.Aslangildən soruşduqda o qeyd etdi ki, qətiyyən, bu addımı kimə görəsə atmayıb. “Mən heç vaxt müəyyən hadisələrdən körüklənib qərar verən adam deyiləm. Mən 2015-ci ildən AYB-yə üzvəm. 2015-ci ildə Prezident İlham Əliyevə “Azadlıq radiosu” üzərindən bir açıq məktubum var. O bir az səs-küyə səbəb oldu. Sonra Yazıçılar Birliyindən bir təklif gəldi və mən də o təklifi qəbul etdim. Mənin Birliyə üzv olmağımla bağlı təklif AYB-dən gəldi. Mənim də bu təklifi qəbul etməyimdə başqa səbəblər vardı. 2015-ci ildən ta bu günə qədər mənim Yazçılar Birliyində hansısa aktiv bir rolum olmayıb. Sadəcə, şeir müsabiqəsi keçiriblər, məndən də şeirimi istəyiblər mən də göndərmişəm...Orda olmuşdum. Bir dəfə də səhv etmirəmsə, yazılarımı hardasa vermişdilər. Məni “Ulduz” jurnalında rəhmətlik Fərqanə xanım (Fərqanə Mehdiyeva) çap edib. Fərqanə xanım da mənimlə feysbuk üzərindən əlaqə saxlamışdı, tanış olduq, onunla çox maraqlı bir müsahibəmiz də alındı. Sonra Qulu Ağsəs“Ulduz” jurnalının hanısa bir layihəsi çərçivəsində məni çap etdi. Digər tərəfdən, Azərbaycan ədəbi mühitində, ədəbiyyatında AYB-nin hər hansı bir rolunu mən bu illər ərzində görmədim. AYB sadəcə olaraq özünü vəsiqə paylayan bir orqan kimi aparır. Yerli, yersiz istedadı olanlara da, olmayanlara da vəsiqə verirlər. İstedadı olanlara son dönəmlər bir az yaxın gəlməyə başladılar, istedadı olamayanlar deyəsən onlara daha çox sərf edir. Çünki istedadı olmayanların dili qısa olur. Bu hər yerdə belədir. Ona görə də, AYB-nin ədəbi mühitdə hər hansı rolunu görmədiyim üçün bu qərarı verdim. Bir də ki, mənə heç bir istisi-soyuğu olmayan yerdə nə işim var. Oturmuşam yazılarımı yazıram, əvvəl də belə idi, indi də belədir, heç nə dəyişməyib. Elçin Aslangil necə idisə o cür də davam edir. Onun mənim üçün heç bir fərqi yoxdur” - deyə Aslangil bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi...Məkkə “paktı” başladı...

07.10.2026 / 19:20
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ