Bazar günü günü, 22 noyabr 2026
     

70 yaş ömrün astanasıdır - Fəxrəddin Məmmədov – 70

Image


İctimai dəyərlər insanı ali mərtəbələrə qaldırır. Dövlətçiliyin xidmətində vicdanla duran hər kəs bu ucalığa qalxır. Açığı, çöhrəsində insanlıq günəşi yanan Fəxrəddin Məmmədovun ziyalı baxışlarında da fövqəl ucalıq yalnız dövlət dəyərlərindən ibarətdir. Onun elmi yaradıcılığınının ictimai predmeti də elə bu prosesi ehtiva edir.

Bəs Fəxrəddin Məmmədov kimdir? İstəkli oxucularımıza əvvəlcə onun qısa tərcümeyi-halını təqdim edək:

Məmmədov Fəxrəddin Məcid oğlu 16 oktyabr 1952-ci ildə Azərbaycanın qədim yurd yerlərindən sayılan Ağbaba mahalının Amasiya rayonunda eldə-mahalda xüsusi ləngəri və çəkisi olan böyük nüfuz sahibi Məcid Məmmədovun ailəsində dünyaya göz açıb. 1960-cı ildə Amasiya rayonunda orta məktəbə gedib, 1970-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib. 1971-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun biologiya fakültəsinə daxil olub. 1975-ci ildə institutu fərqlənmə diplomu ilə başa vurub. Həmin ildən Ümumittifaq Bitkiləri Mühafizə İnstitutunun Azərbaycan filialında elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1977-ci ildə ordu sıralarına çağırılıb. Xidmətini Rusiyanın Ulyanovsk şəhərində keçib. Tərxis olunduqdan sonra ikinci ali təhsilini Sankt-Peterburqdakı Kənd Təsərrüfatı Akademiyasının Arıçılıq fakültəsində alıb. Sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində uzun müddət Arıçılıq şöbəsinin baş aparıcı mütəxəssisi işləyib. Azərbaycanda Arıçılığın inkişaf etməsində xüsusi xidməti olub. Onlarla elmi məqalənin müəllifidir. Birinci Qarabağ müharibəsində döyüşçü oğullarla çiyin-çiyinə səngərdə dayanıb, onlara maddi və mənəvi dəstəyini əsirgəməyib. Onun kimi tək-tək Vətən övladı tapılar ki, xalqını, dövlətini və torpağını bu qədər sevsin.

Fəxrəddin Məmmədov uzun müddət akademik Həsən Əliyevin yanında çalışıb, sözün əsl mənasında görkəmli akademikin ən sevimli işçisinə çevrilib. Dəfələrlə akademik Həsən Əliyev kollektiv arasında Fəxrəddin Məmmədov haqqında gələcəyi işıqlı fikirlər səsləndirib. Xüsusi olaraq qeyd edib ki, Fəxrəddin Məmmədov kimi alimlər kənd təsərrüfatı üçün bitkin nəzəri-praktik konsepsiyadır və gələcək nəsillər ondan çox şey öyrənəcəklər. Əlbəttə, Həsən Əliyev kimi bir akademikdən Fəxrəddin Məmmədov haqqında bu cür sözlər eşitmək çox böyük anlam kəsb edir.

Fəxrəddin Məmmədov ömrünün 70-ci pilləsində aram-aram addımlayır. Şərt onun neçə yaşında olmasında deyil, insanlara bu qədər önəm verməsində, Vətənə bu qədər bağlı olmasındadır.

Fəxrəddin Məmmədovun həyat yoldaşı Sənubər Rəsul ziyalı Məğrur Fəzinin, ölkədə yaxşı tanınan sərkərdə Məşədi Qasımın nəvəsidir. Sənubər xanım həm də qələm sahibidir, gözəl şeirlər müəllifi kimi oxucuların qəlbində özünə əbədi məskən qurub. Eyni zamanda, Fəxrəddin Məmmədovun həyat boyu əzmkar, zəhmətkeş olmasında məxsusi rol oynayıb, onun ictimai düşüncəsi Fəxrəddin Məmmədovun elmi fəaliyyətinə də müsbət təsir edib. Onlar birlikdə övladlarına yüksək və ali ailə tərbiyəsi verib, onların həqiqi vətəndaş kimi yetişmələrində pay sahibi olublar. Sənubər Rəsulun imzası bu gün Azərbaycanda yaxşı tanınır. O, daim öz ailəsinə yaxşı ana, istedadlı jurnalist, gözəl şair və ən əsası, təşkilatçı, son dərəcə səxavətli qadın kimi bağlı olub, cəmiyyət bu elitar mədəniyyətdən faydalanıb. Sənubər xanım həm də onu tanıyanların dərin rəğbətinə, böyük ehtiramına layiqdir. Buna görə bu gün cəmiyyət həm onu, həm də Fəxrəddin Məmmədovu alqış yağışına tutur. 

İnsan var, hava kimi, su kimidi, kimidi, biz onu daim axtarırıq. İnsan var, həb kimi, dərman kimidi, biz onu hərdən axtarırıq. İnsan var, xəstəlik kimidi, biz onu axtarmırıq. Fəxrəddin Məmmədov bizə hava kimi, su kimi, qida kimi lazım olan insandır. Onu daim axtarırıq və həmişə də ona ehtiyacımız olacaq. Çünki ömründən ötən 70 ili demək olar ki, o, özü və ailəsindən daha çox başqaları üçün yaşayıb, ömrünü hissə-hissə Vətən övladları arasında bölüşdürüb, yaxşı əməllərini ona ehtiyacı olanlar üçün xərcləyib.

Fəxrəddin Məmmədovun övladları da cəmiyyətin ən yaxşı insanları sırasındadır. Türanə, Şəlalə, Tural və Kənan bir elitar ailənin yüksək mədəniyyət görmüş alicənab ardıcıllarıdır. Onların əxlaqından doğan tərbiyə yetişən nəsillərə nümunədir. Bu da bütövlükdə bir Vətənə ola bilmək anlamındadır.

Fəxrəddin Məmmədov türkçülüyü özünün əsas atributu hesab edir, bundan qürur duyur. Haradan bir türk səsi gəlsə dərhal dönüb həmin yerə salavat çəkir.

Fəxrəddin Məmmədovun yaşadığı mənzildə Azərbaycan bayrağı Türk bayrağı ilə birlikdə dalğalanır. Bayraqlar arasında isə min illərin sənət yaddaşı olan qədim musiqi alətimiz saz asılıb. O, bu dəyərlərə ali baxır. Onun üçün «mənim», «sənin» fikri yoxdur, «bizim» ifadəsi var. Bu da bir ziyalı, bir şəxsiyyət fövqünün ehtişamıdır.

Tanıyanlar yaxşı bilir, biz də mübaliğəsiz deyirik ki, Fəxrəddin Məmmədov işıqlı şəxsiyyət, nüfuzlu insandır; təəccübverici xassələrə malikdir, bir vaxtlar çalışdığı kollektivin, onu tanıyanların qəlbində özünə insanlıq məbədi qurmağı bacarıb. O, heç vaxt gözlərini məchul bir nöqtəyə zilləyib durmayıb, həmişə öz sanballı elmi və insançı axtarışları ilə hər kəsə xoş ovqat yaşadıb.

Bu gün Fəxrəddin müəllim həm də Vətən eşqində təcəlla etdiyi üçün könül aləmini Vətən sevdaları ilə rəngləyib. Bu duyğusal hal onu uzaqdan görünən başı qarlı dağlar qədər uca və məğrur edir...

Fəxrəddin Məmmədov zəhmət adamıdır, zəhmətkeş insanlara xüsusi dəyər verir. Söhbət düşəndə o, deyir ki, bir insanın formalaşmasına xeyli vaxt sərf olunur, o adamı itirmək isə tək bir ailənin faciəsi deyil, bütün cəmiyyət üçün itkidir. Belə bir qayğı, belə bir fikir yalnız halal nəsildən çıxmış, halallığı özünün ən ümdə vəzifəsi edən şəxsdə formalaşa bilər.

Fəxrəddin müəllimin dövlətə, dövlət başçısına, bayrağa, torpağa və xalqa məhəbbəti könül verdiyi işində də həmişə bariz şəkildə olub. Sanki o, çalışdığı işlə nəfəs alıb, özünü burada geniş əhatədə görüb. Çoxlarına müəssər olmayan bu vacib nüans onun üçün indi də bir həyat eşqidir.

Biz (əslində) işıqlı alim-insan Fəxrəddin Məmmədovun Obrazı haqda çox şey deyə bilərik. Qısaca, demək istəyirik ki, o, aydın hücrədir, onun geniş təqdimata zərrə ehtiyacı yoxdur. Biz sadəcə, ruhsal yöndən onu xarakterizə edirik; vücudumuzda oyanan ləngərli çırpıntılar bizi kövrək xatirələrinə sığal çəkən bu qətiyyət sahibinin vətəndaş əzmi ilə qarşılaşdırır...

Fəxrəddin Məmmədovu 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, onu tanıyanlar və sevənlər adından möhkəm can sağlığı, yeni elmi uğurlar və yüksək ali məqam arzulayırıq. O məqam ki, orada həmişə Tanrı sevgisi bərqərardır. 

Necə də gözəl deyilib: “70 yaş ömrün astanasıdır…” 70 yaşınız bird aha mübarək, Fəxrəddin Məmmədov!!!

Azər Rəsul,
Prof./ng.Dr.Sc Elm və Texnika üzrə laureat,

Çexiya-Azərbaycan Elmə və Mədəniyyət Mərkəzinin sədri,
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Avropa təmsilçisi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ