Sumqayıt Dövlət Dram Teatrı yeni mövsümə hazırlaşır...

img

Sumqayıt Dövlət Dram Teatrında  yeni mövsümün  başlanması  ilə bağlı  iclas  keçirilib.  Bu barədə baki-xeber.com-a teatrın mətbuat xidmətindən məlumat verilib. Teatrın direktoru vəzifəsini icra edən  Əməkdar artist  Vidadi Məmmədov yeni mövsūmūn həm də sənət ocağının yubiley ilinə təsadūf etdiyini xatırladaraq yaradıcılıq palitrasının, repertuar siyasətinin daha çeşidli və zəngin nəzərdə tutulduğunu bildirdi.

V.Məmmədov qeyd edib ki,  dövlətçilik sevgisi,  vətən məhəbbəti aşılayan,  tarixi şəxsiyyətlərimizə, 44 günlük müharibənin qəhrəmanlarına həsr olunmuş əsərlərə də xüsusi yer verməliyik. Məhz belə tamaşalarla teatr özünün üzərinə düşən maarifçilik funksiyasını yerinə yetirə bilər.

Teatrın baş rejissoru, respublikanın Xalq artisti Firudin Məhərrəmov 55- ci yubiley mövsümündə də maraqlı tamaşaların və yubiley tədbirlərinin planlaşdlrıldığını söylədi.

 Baş rejissor  çıxışında uşaq tamaşalarına tələbatın çox olduğu diqqətə çatdırdı. Xalq artisti bildirdi ki, "Qaraca qız", "Şahzadenin ulduzu" "Tıq-tık xanım", "Göyçək Fatma", "Danışan gəlincik" kimi tamaşalar balacalar tərəfindən xüsusi maraqla qarşılanıb. Əlbəttə , birinci növbədə uşaqların psixologiyasını, arzu və istəklərini öyrənmək vacibdi.

Ötən mövsümdən məşqləri   başlanılan  Ü. Hacıbəyov "O olmasın , bu olsun" (quruluşçu  rejissor- Əməkdar artist Namis Şirməmmədov) və  Ə.Haqverdiyev "Kimdir müqəssir" ( quruluşçu rejissor- Fuad Kazımov) yaxın günlərdə təhvil veriləcək.

Qürur məqamımız olan Zəfər günü ilə bağlı Hafiz Ataxanlının qələmə aldığı, Xalq artisti F.Məhərrəmovun quruluş verdiyi " Missiya" tamaşasi Şəhid ailələri və Qazilər üçün xüsusi olaraq oynanılacaq.

Ulu öndər Heydər Əliyevin 100, Azərbaycan teatrının 150, Sumqayıt teatrının 55, dahi mütəfəkkir Hüseyn  Cavidin 140, Əhməd Cavadın 130 illik yubileyləri üçün tamaşa və ya ədəbi- bədii gecələrin hazırlanması da yaradıcılıq planları içərisində önəmli yer tutur.

Sonda baş rejissor F.Məhərrəmov teatrda  daxili imkanlar hesabına kitabxana yaradıldığını bildirdi və hər kəsi bu təşəbbüsə  qoşulmağa çağırdı.

İradə SARIYEVA

Peşə etikası

Son xəbərlər