Nuru Paşa (Mustafa Nuri Killigil) komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən yağlı boya rəsm müsabiqəsi təşkil ediləcək. Mövzu: Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini, Bakının işğaldan azad edilişini və Nuru Paşanı necə təsvir edərdiniz? İştirak şərtləri və müraciət qaydası: • Müsabiqədə hər yaş kateqoriyası üzrə iştirak mümkündür; Xüsusilə rəssamların, rəssamlıq təhsili alan şəxslərin və tələbələrin iştirakı arzu edilir. • İştirakçılar öz rəsmlərində hər növ yağlı boya materiallarından istifadə edə bilərlər. • Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər. • Rəsmlərin formatı 50 sm (şaquli) x 70 sm (üfüqi) və ya 70 sm (şaquli) x 90 sm (üfüqi) ölçülərində olmalıdır. • Müsabiqəyə göndəriləcək rəsmin üz tərəfində iştirakçının imzası və ya ləqəbindən başqa heç bir məlumat yazılmamalıdır. • Rəsmlərin, iştirakçının məlumatlarının (ad, soyad, telefon, ünvan) etiketlə tablonun arxa tərəfinə yapışdırılması və Səfirliyimizə şəxsən və ya poçt/karqo vasitəsilə çatdırılması gözlənilir. Poçt/karqo xərci Səfirliyimiz tərəfindən qarşılanacaq. • Poçt və ya karqo vasitəsilə göndərilən rəsmlər zədələnməyəcək şəkildə çatdırılmalıdır. Zərər görmüş işlər nəzərə alınmayacaq. • Səfirliyimiz göndərilən bütün rəsmlərin təmsil etmək və sərgiləmək hüququna malikdir, rəsmlərə görə heç bir ödəniş edilməyəcək. • Müsabiqəyə göndəriləcək rəsmləri qiymətləndirəcək Münsiflər heyəti Səfirliyimiz tərəfindən rəssamlıq sahəsində mütəxəssis olan üzvlərdən təyin ediləcək. • Müraciətin başlama tarixi 9 iyul 2022-ci il şənbə günü, bitmə tarixi isə 2 sentyabr 2022-ci il cümə günüdür. Müsabiqənin yekun nəticələri Səfirliyimizin sosial media hesabları vasitəsilə elan olunacaq. Münsiflər heyəti tərəfindən sərgilənməsi məqsədəmüvafiq hesab edilən rəsmlər rəssamların iştirakı ilə 15 sentyabr 2022-ci il tarixi həftəsində Səfirliyimizdə və müxtəlif sərgi salonlarında nümayiş etdiriləcək.
Ünvan və əlaqə vasitələri: Ünvan: Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi Səməd Vurğun küçəsi 134, Bakı Tel: +994 444 73 20, e-poçt: [email protected] Twitter: https://twitter.com/TCBakuBE Facebook: https://www.facebook.com/TCBAKUBE/