çərşənbə günü, 07 oktyabr 2026
     

"Vaqif poeziya günləri"nə Ön söz - Dəyanət Osmanlı yazır – ETİRAZ

Image


Anarın bir əsəri var: "Adamın adamı". Bunların adamları kimlərdir ki, hərəsinin ağzından bir ötkəm avaz gəlir?.. Yaxınlarda yenə Vaqif poeziya günləri keçiriləcək. Uğurlu olsun.

AYB-də gizli siyahı tutulub. Hansı meyarlar əsas götürülüb, bəzilərinə bilinmir, bəzilərinə isə bəllidir.  Ötənilki kimi, içlərində Vaqifin adını eşidənlər və heç tanımayanlar, şair saymayanlar, yeri gələndə real həyatının doğurduğu sevgi şeirlərinə görə söyənlər də var... Ümumiyyətlə, AYB-nin yeni katibləri hansı meyarlarla seçilib, bunlar ədəbiyyatı hara sürükləyirlər, o da bilinmir. Öncələr katiblər qurultayda seçilirdi (daha doğrusu, təyin olunurdu). İndi bu təyinat katiblik iclasında cəm halında, həm də qapalı keçib...

Mətləbə gələcəm. Hələliksə, bir az əvvəldən başlayım. 2018-ci il 25-28 avqust tarixində Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin (1717-1797) anadan olmasının 300 illiyi münasibətilə  TÜRKSOY tərəfindən Qazaxıstanın Türküstan şəhərində  tədbirlər silsiləsi düzənlənmişdi. Orada şairin yaradıcılığı haqqında əsas məruzəçi idim. Tədbirlər yüksək səviyyədə kecdi, mediada çoxsaylı məlumatlar getdi. Ondan öncə şairin TÜRKSOY tərəfindən 6 dildə çap olunan kitabının tərtibində iştirak etmiş, təşkilatın baş katibinin təşəkkür bəlgəsini də almışdım. Türküstandan Bakıya qayıdıb işə çıxanda bir sürprizlə qarşılaşdım. Sonradan korrupsiya səbəbi ilə istefaya göndərilən, bəziləri məsuliyyətə cəlb olunan Mədəniyyət Nazirliyinin keçmiş hansısa çox məsul nümayəndəsi zəng vurub hesabat istəmişdi ki, niyə mən tədbirə qatılmışam və əsas məruzəçi olmuşam. Nazirliyin saytında da tədbirlər barədə ətrafll məlumatlar getmişdi. Yəni mənim çıxışımdan da yaxşı xəbərləri vardı. O vaxtlar bu barədə öncə müdirim və  sonra özüm də irada fikrimizi gərəkli şəkildə çatdırmışdıq. Yenə də inanmıram, tədbirə kimin getməsi nazirliyin marağında olsun. O da ola ki, millətinə və  dövlətinə dəyişməz mövqeyi olan bir yazarın, publisistin... Sadəcə, məruzədə Mədəniyyət Nazirliyinin və nazirin adını çəkməmişdim. Bu onlara yer eləmişdi, açıq deməsələr də, mənə çatdırdılar. Deməli, ortada  bir bədəsil, xəbis vardı. Yəqin ənamını da aldı. Söz onda yox, sonradan yubiley tədbirləri 6 ölkədə davam etdirildi. Vaqifin 6 dildə çıxan kitabında zərrəcə zəhməti olmayanlar ölkələri gəzdilər, amma o səfərlərin effekti mediada, demək olar, heç görünmədi. Heç kimə də söz deyən, irad tutan olmadı. TÜRKSOY Vaqif adına medal təsis edib. Və indiyədək M.P.Vaqiflə bağlı bir təşəbbüsdə belə iştirak etməyən, bəlkə də bir şeirini düz-əməlli bilməyən neçə-neçə yazar o medalla təltif olundu və olunurlar. Amma iş görən də, haqqında donos verilən də mən oldum...

Bir qeyd də əlavə edim ki, hətta Qarabağ işğaldan azad olunduqdan sonra Şuşada Vaqifin məqbərəsinin açılışına və Vaqif poeziya günlərində də 1997-2014-cü illərdə İdarə Heyətinin üzvü olduğum AYB məni siyahıya salmadı. O qrupa yaradıcılıq və nüfuz baxımından cəmiyyətdə tanınmayan yazarları... və yazarların "digərlərini" də daxil etmişdilər. Halbuki, Vətən müharibəsi gedə-gedə poeziyada savaş mövzusunda yazan ilklərdən biri idim. "Zəfər öyküləri" silsiləsini yazmışdım... Eyni zamanda "Şuşa İli"nə həsr olunmuş ilk toplunu - "Zəfər duyğuları" poeziya antologiyasını da mən hazırlamışdım. O kitabda AYB-də çalışanların əsərləri yer almışdı. Onlar hazırladıqları kitablarda da yenə özlərinəməxsus məhdud seçim sərgilədilər.

İndi AYB Katibliyindəki bəzi yeni rəhbər şəxslər haqqı olan yazarlarla dar düşüncəli dağal uşaqlar kimi davranırlar. Qruplaşma yaradıb, ayrıseçkilik edirlər. Feysbukda şairlik təcrübəsi keçənləri gətirib AYB-ə üzv edir, sədr seçilmək üçün elektorat toplayırlar. Hansı yollasa Anarın sədrlikdən getməsini səbrsizliklə gözləyirlər. Halbuki, Anar onlara etimad göstərib, vəzifə verib və bu vəzifə sayəsində də tanınıblar. Ev, fəxri ad, mükafat alıblar. İndi himayədarın yerinə keçmək üçün fürsət axtarırlar. Yoxsa nə yaradıcılıq, nə istedad, nə də ictimai fəallıq baxımından başqa üzvlərdən üstün mövqedə deyillər. Bunlar ədəbiyyatı idarə etməyə yox, gözdən salıb ucuzlaşdırmağa meyllidirlər...

İndi yenə də Şuşada Vaqif poeziya günlərinə hazırlıq gedir. Yenə həmin ssenari, yenə həmin quruluş. Hər katib öz adamını (və yazarını) siyahıya saldırıb. Siyahıya məsul İlqar Fəhmidir. AYB-dəki qruplaşmalara qoşulmayanlar yenə kənarda qalacaq. Bu siyahıtutma prinsipi digər üzvlərə qarşı sayğısızlıqdır.

Tədbirdən sonra yenə müzakirələr uzanıb Qurultay ərəfəsində bitəcək. Yəqin təltiflər də olacaq. Qurultay iştirakçıları da elə "adamın adamı" prinsipi ilə seçiləcək. Elə sonra da "paraşüt" katiblərin sayəsində bu cür sovetdənqalma  üsul-idarə davam edəcək. Onlar həyatda sələflərinin sovet dövründəki şöhrət nostaljisini yaşamaq istəyirlər. Bu istəyə qarşı gələnlər isə əbədi-ədəbi düşmən hesab olunur.

REDAKSİYADAN: Özünü bu yazı ilə hər hansı səviyyədə əlaqəli hesab edənlərin cavab çıxışını çap etməyə hazırıq.

Qeyd edək ki, yazı redaksiyamıza Vaqif poeziya günlərindən əvvəl təqdim edilib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ