çərşənbə günü, 07 oktyabr 2026
     

AYB məmurlarının misilsiz məramı

Image


Unudulmuş oxucu, bu yazını ona görə yazıram ki, bir çoxları kimi bu ölkənin yazarı olaraq, AYB-nin məmur qrupunun son hərəkətlərindən dolayı mən də özümü narahat hiss etdim.  Ölkəmizdə dövlətin büdcəsindən yararlanan xeyli təşkilat, qurum və quruluşlar mövcudiyyətini sürdürməyindədir. Onlardan biri də Azərbaycan Yazıçılar Birliyidir. Bu birlik dövlətin büdcəsindən maliyyələşir, onun maddi və mənəvi dəstəyi sayəsində yaşayır. Ancaq təəssüflər olsun ki, burda işləyən məmurlar AYB - yə dövlət obyekti kimi deyil, özlərinin dədə-babadan qalma şəxsi obyekti kimi baxırlar.

Unudulmuş oxucu, dəfələrlə eyni hal və qəziyyə baş verməsinə baxmayaraq, susmuşdum. Ancaq eyni təhqiramiz durumla qarşılaşan digər istedadlı yazar və şairlərimizi də gördükdən sonra dəqiq anladım ki, ortalıqda böyük bir yanlışlıq hökm sürür. İllərdir kimlərinsə həmişə dözülməz mühit, boğucu hava yaradan bu hərəkətini yanlışlıq deyil, xeyli sayda tanıdığım istedadlı yazarlara qarşı təhqirdən özgə hansı yarğı ilə qiymətləndirmək olar? Çünki eyni durum həmişə dəyişilməz zəmində məzə yaradır, şəbədə qoşdurur, şəbih çıxardır.

Söhbət bu günlərdə Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən AYB  tərəfindən Şuşada keçirilən Vaqif Poeziya Günlərindəki tədbirdə iştrak etmək üçün yazarların tutulan siyahısından gedir. Mədə bulandırmamaq şərti ilə bu və ya bu kimi tədbirlərin təşkili, keçirilməsi alqışa layiqdir. Kimliyindən asılı olmayaraq, bu tədbirdə iştrak edənlərlə də bir işim-gücüm yox. Ancaq orda iştrak edənlərdən başqa sizcə, ora dəvət olunası digər yazarlarımız yox idimi? Bu tədbirin dışında digər tədbirlərdə də saysız-hesabsız başqa istedadlı və o cür tədbirlərə qoşulmağa haqqı-sayı olan, ləyaqəti çatan yazarlarımız yox idimi? Sizcə, bu tipli dövlət tədbirlərinə hər dəfə eyni yazarlar qatılmalıdır?

Unudulmuş oxucu, sizi inandırıram, ağlınıza nəyisə gətirməyinizi heç istəməzdim. Elə bilməyin, mənim AYB-də, ya onun tədbirində, hər hansı bir işində-gücündə gözüm qalıb, nəfsim var. Orda işləyənlərlə də bir ədavətim ola bilməz. Belə bir birlikdə kimlərinsə işləməli olduğunu yaxşı anlayıram və işlərində uğurlar arzulayıram. Ancaq orda-burda çıxaraq pozlar verib, yekə-yekə, loppazlanaraq danışıb ədalətdən, doğruluqdan, düzgünlükdən dəm vurmaqla, nələrinsə üzərini örtməyə kimsə nail ola bilməz. Gərək adam sinəsinin altında döyünən ət parçası yox, ürək olduğunu anlasın. 

Unudulmuş oxucu, belə yerdə adama deyərlər, yazar-şair kimi bu ölkədə hər yaşda olduqca istedadlı yazarlarımız az deyil. Bax, o istedadlı yazarlar bu gün o Şuşada keçirilən tədbirdə gedib iştirak etməyəcəksə, kim edəcək?  Çünki AYB ən azından müstəqil deyəcəyin bir qurum deyil. Bu qurumun maddi ehtiyacları kimlərinsə şəxsi nüfuzu və cibi hesabına qarşılanmır. Qruplaşma yaradaraq bu yazarlar ocağını niyə yazarlar damına çevirirsiniz? Nədi qarnınızın dərdi, mədənizin qurdu, könül seyrangahlarınızdakı o darlıq nədir?  Şuşadakı Vaqif Poeziya Günlərinə qatılmaq üçün təşkil olunan tədbirdəki siyahını kim tərtib edibsə, demək istəyirəm ki, gerçəkdən ayıbdı. Eynən belə bir qurumda təmsil olunsanız, eyni ədəbi sizə qarşı göstərmiş olsalar, özünüzü necə hiss edərsiniz? Yəni məni məcbur edirsiniz düşünəm ki, sizlərdən biriniz bu gün AYB-də deyil, dövlətin hər hansı bir qurumunda təmsil olunsaydınız, ölkə başçısının dəfələrlə göstəriş verməsinə baxmayaraq, məmurların hər gün törətdikləri yaramazlığına bənzər bir davranış sərgiləyəcəkdiniz. Əgər bir dövlət qurumu sizə əmanət edilirsə, demək sizlərə dövlətin mütləq bir inamı var və bu inam etibarla əvəzlənməlidir. Etimadla da özünü göstərməlidir. Bizim AYB-nin yazar məmurları yazarlara qarşı kimsənin bilmədiyi (yalnız bu dəhşətli təhqiramiz hərəkətləri yazarlar yaxşı dərk edir və anlayırlar:- X.T.) bir qəddarlıqla dövlətin onlara verdiyi imkanlardan sui-istifadə edirlərsə, dövlətin digər quruluşlarındakı məmurlara söz deməyimiz yersiz olardı.

**

Unudlmuş oxucu, istərdim, sözümü doğru anlayasınız, düz başa düşəsiniz. Demirəm ki, kimsə istedadsızdır, o Şuşaya  getməməlidir, tək mən getməliyəm. Yaxud demirəm ki, AYB-də kimlərinsə çalışıb məmurluq etməyə haqqı çatmır. Xeyr. İndiyə kimi yapdıqlarınızdan və etdiklərinizdən anlaşılır ki, nədənsə qorxursunuz. Doğrudan maraqlıdır, kimdən, nədən, nə üçün qorxursunuz?

Hansı parametrlərə görə mənə olmaz, sizə olar, deyirsiniz? Sizin elə bir cihazınız varmı ki, sizlərin hədsiz istedadlı və dahi, əvəzedilməz şəxsiyyət olduğunuzu kanıtlaya bilsin?  Sadəcə olaraq, ilin - günün bu çağında belə bir söhbət salıb mövzu açdığıma görə özümü qınamaq istəyirəm. İlin yekunu ilə bağlı çıxışçıların mətninə  “o ad, bu ad hökmən yazılmalıdır” kimi səfsəfələrlə dolu dirənişinizi yaxından eşitdiyimdə, az qaldım gülməkdən bayılam. Budurmu, yeniləşmə, gəncləşmə, demokratikləşmə, özgürləşmə, sevgiləşmə, hə? Məncə, o məşum sovet yazarlarının belə xisləti olmayıb.

Unudulmuş oxucu, bunu isə kəsin bilməyinizi istəyirəm: mənim azarım Şuşaya getmək deyil. Yadımdadı, 20-25 il öncə Şuşadan, Qarabağdan yazanda, mənə və digər yazarlarımıza çoxlarınız lağ edirdiniz, “bəsdirin da”,  deyirdiniz. Sizlər yazılarımızda  Qarabağın adına güləndə biz kitablar qoyurduq ortaya. Turandan, türk dövlətlərinin birliyinə gedən yolun Qarabağdan, Təbrizdən keçəcəyini dilə gətirib yazanda, (şəxsən mənim “ağğğbağğğğ”, “qoy Vatikan sevinsin”, “Osmanlı”, “Saatım Bağdadda qaldı” kitablarımı misal göstərə bilərəm: -X.T.) yenə də  deyirdiniz ki, “bizim belə sözlərə qarnımız toxdu”. İndi bu nə həngamədi, dostlar, biz yalanmı olduq? Məqsədim kimlərinsə maskasını yırtmaq, oyununu pozmaq deyil. Mənim kitabım üçün iki il əvvəl AYB - dən ayrılmış pulun arxasına necə keçildiyini yazsam, başqa bir mövzuya başlamağım lazım gələcək. Ancaq yalançı, saxta pozlar verib “vətən- millət -sakarya” cildinə girməyə ehtiyac yoxdur.

Hələlik bu qədər....

Xanəmir Telmanoğlu
REDAKSİYADAN: Özünü bu yazı ilə hər hansı səviyyədə əlaqəli hesab edənlərin cavab çıxışını çap etməyə hazırıq.

Qeyd edək ki, yazı redaksiyamıza Vaqif poeziya günlərindən əvvəl təqdim edilib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ