İslam Əməkdaşlıq Təşkilatı Şanlıurfanı 2023-cü ilin turizm şəhəri seçib

img

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İslam Əməkdaşlıq Təşkilatının 11-ci Turizm Nazirləri Konfransında Şanlıurfanın 2023-cü ilin turizm şəhəri seçildiyini bildirib.

 Mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy Tvitter hesabından bu barədə etdiyi paylaşımında “İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən Turizm Nazirlərinin 11-ci Konfransında 4 ölkənin namizədləri arasından Şanlıurfa 2023-cü il üçün turizm şəhəri seçilib. Özbəkistanın Xivə şəhəri isə 2024-cü il üçün mədəniyyət şəhəri olacaq. Xeyirli olsun.”, – deyə bildirib.

İyunun 27-29-da Azərbaycanın paytaxtı Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Turizm Nazirlərinin 11-ci Konfransı keçirilib. Konfransda Türkiyəni mədəniyyət və turizm nazirinin müavini Özgür Özkan Yavuz təmsil edib.

Baki-xeber.com

Peşə etikası

Son xəbərlər