Türk Bəyaz Pərdəsinin ünlü filmi “İki Gözüm Əhməd” bədii filminin 1 may tarixindən etibarən Azərbaycan kinoteatrlarında nümayişinə başlanır. 28 oktaybr 1957-ci ildə Türkiyə Cümhuriyətinin Malatya bölgəsində dünyaya gələn və 16 Noyabr 2000-ci ildə Parisdə dünyaya vida edən şöhrətli müğənni Əhməd Qayanın həyatını əks eltdirən “İki gözüm Əhməd” filmi əminik ki Azərbaycan tamaşaçıları tərəfindən də maraqla qarşılanacaq. Müəyyən qüvvələr tərəfindən hədəf götürülən və niskilli bir şəkildə ömrünü başa vuran bir türk fenomeninin xarici qüvvələrin məkirli oyununa qurban getməsinin tarixi bu ekran əsəri ilə təşəkkül tapır. Əhməd Qaya fenomeninin yaşamındakı dönüş nöqtələrini tamaşaçıya sinema dili ilə nəql edən filmin bir sənət adamının daxili duyğularına toxunması “İki gözüm Əhməd” filminin dəyərini daha da artırır.
Malatyada həyətlərindəki toyuqlara konsert verməklə içindəki musiqi sevgisini sərgiləyən Əhməd adlı gəncin Əhməd Qaya fenomeninə çevrilməsinin ayrıntıları sinema sənəti ilə sevənlərinə çatdırılır. Filmin Azərbaycanda nümayiş etdirilməsini “Türkaz Qrup” təşkil edir. Film hakkında təşkilatçıların sırasında yer alan və medya dəstəyi verən TMB tv kanalının Türkiyə ofisi yayın müdiri və filmin Azərbaycan koordinatoru Sahil İmanov məlumat verdi. Filmin may ayından etibarən kinoteatr və sinema salonlardında nümayişinə başlanacağını söyləyən yayın müdiri “İki gözüm Əhməd” filminin vətənimizdə də çox seviləcəyindən əmindir.
Filmin Azərbaycanda yayımlanması üzrə koordinator Sahil İmanov:
- “İki gözüm Əhməd” filminin nümayişi cəmiyyətdə fikir qarışıqlığına da aydınlıq gətirəcək. Ekran əsərində Malatyadakı o konsertdən sonra birdən birə musiqi dünyasında diqqəti cəlb etməyə başlayan Əhməd Qayanın İstanbulda qazandığı şöhrət və qəriblik həyatı, bir sözlə, Əhməd Qaya ömrünün pərdəarxası öz əksini tapıb. “Kimlər Əhməd Qayanı hədəf aldı”, “Niyə Əhməd Qaya?”, “Əhməd Qaya Parisdə nələr yaşadı”, “Vətən həsrəti yaşayan Əhməd Qaya daha nə acılar çəkdi” suallarına məhz bu filmdə cavab alınacaq.
“İki gözüm Əhməd” filminin rejissoru Qəni Rüzgar Şavata və Hakan Gürtopdur.
Ülviyyə GÜLBABAQIZI