Cümə günü, 14 avqust 2026
     

Vətəndaş Hərəkatı alimlərlə Qarabağdakı mədəniyyət abidələrinə qarşı erməni soyqırımını müzakirə etdi

Image


Azərbaycan Vətəndaş Hərəkatının (AVH) təşkilatçılığı ilə “Qarabağdakı mədəniyyət abidələrinə qarşı erməni soyqırımı” mövzusunda onlayn formatda konfrans keçirilib.

Tədbirdə ilk olaraq AVH-nin İcraçı direktoru Mübariz Göyüşlü çıxış edərək, Hərəkatın təsis olunduğu 2020-ci ildən bəri görülən işlər haqqında məlumat verib. O, AVH-nin önəmli mövzularda beynəlxalq və yerli səviyyəli konfranslar keçirdiyini, görüşlər təşkil etdiyini, Azərbaycan və Türk Dünyası üçün əhəmiyyət kəsb edən mövzularda açıqlamalarla, bəyanatlarla çıxış etdiyini vurğulayıb. Hərəkatın sıralarında əsasən ziyalıların birləşdiyini deyən M.Göyüşlü hər zaman Qarabağ mövzusuna həssas yanaşan təşkilatın təmsilçilərinin Qarabağdakı mədəniyyət abidələrinə qarşı ermənilərin törətdiyi soyqırımı ictimailəşdirməsinin önəmli olduğunu qeyd edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kafedra müdiri, tarix elmləri doktoru, professor Camal Mustafayev “Şuşanın xanlıqlar dövrü abidələri və erməni vandalizmi” mövzusunda çıxış edib. Professor çıxışında Şuşanın, onun adının mənşəyi haqqında fikirlərini bildirib. C.Mustafayev Şuşa şəhərindəki tikililər haqqında ətraflı danışıb. Çıxışçı Şuşa əhalisinin tərkibi barədə konfrans iştirakçılarına maraqlı və zəngin informasiya verib. ADNSU-nun kafedra müdiri ermənilərin Şuşadakı mədəniyyət abidələrimizə, məscidlərə, qalalara və s. qarşı törətdiyi soyqırım faktlarını sadalayıb.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Tofiq Nəcəfli “Füzuli rayonunun soyqırıma məruz qalmış tarixi mədəniyyət abidələri haqqında” mövzusunda çıxış edib. T.Nəcəfli çıxışında ermənilərin ən zəngin tarixi abidələrimizi məhv etdiklərini söyləyib. O, düşmənlərimiz tərəfindən məscidlərimizin, digər mədəniyyət abidələrimizin qalıqlarının yer üzündən silindiyini açıqlayıb. Şöbə müdiri Füzuli rayonu ilə bağlı ermənilərin törətdikləri haqqında ətraflı bəhs edib və 16 abidənin, körpünün, hamamın və s. məhv edildiyini söyləyib. O, daha sonra mədəniyyətimizə qarşı törədilmiş soyqırımlar haqqında faktlarla məlumat verib və onların bərpasının vacib olmasının qeyd edib.

AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev “Qarabağın maddi və mənəvi mədəniyyətinə qarşı erməni qəsdlərinin tarixindən” mövzusunda çıxış edib. 160 elmi əsərin, kitabın, monoqrafiyanın müəllifi olduğunu deyən Q.Hacıyev çıxışında Qarabağın qədim yaşayış məskəni olduğunu deyərək, Azıx mağarası haqqında danışıb. Alim qədim daş abidələrin Azərbaycan cəmiyyətinin zəngin mədəniyyəti olduğunu söyləyib. O, Azıx mağarası və digər mədəniyyət abidələrindən, işğal dövründə onların tarixinin ermənilər tərəfindən saxtalaşdırılması cəhdlərindən də söz açıb.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi Birliyinin sədri Fuad Hüseynzadə “Erməni vandalizmi beynəlxalq mediada” mövzusunda çıxış edib. F.Hüseynzadə beynəlxalq internet məlumatlarında Azərbaycan haqqında məlumatların az olmasını söyləyib. Çıxışçı beynəlxalq miqyasdakı araşdırmaçıların ermənipərəst mənbələrdən istifadə etdiklərini vurğulayıb. O, xarici mediada Qarabağla bağlı materialların müntəzəm şəkildə çap edilməsinin zəruriliyindən də bəhs edib.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bölmə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev “İşğal dövründə "tədqiqat" adı ilə Azərbaycan mədəniyyətinə vurulan zərbə” mövzusunda çıxış edib. T.Əliyev müharibəyə qədər azərbaycanlı alimlər tərəfindən Qarabağda arxeoloji tədqiqatların aparıldığını, kurqanlardan zəngin mədəniyyət nümunələri götürüldüyün söyləyib. Ermənilərin də işğal zamanı Qarabağda “tədqiqatlar” apardığını deyən T.Əliyev Xudavəng abidəsi haqqında danışarkən onun Azərbaycan-türk dilində “Tanrı evi” olmasını nəzərə çatdırıb. O torpaqlarımızın azad edilməsindən sonra onların yaxından öyrənilməsi imkanlarının yarandığını qeyd edib.

Memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlı “Azərbaycanda regional memarlıq məktəbləri və onlara erməni münasibəti” mövzusunda çıxış edib. R.Qarabağlı çıxışında memarlıq məktəbləri haqqında ətraflı məlumat verib, oxşarlıqlardan və fərqliliklərdən danışıb. Alim tanınmış memarlardan, onların rəhbərlik etdiyi məktəblərdən söz açıb. R.Qarabağlı Qarabağ memarlıq məktəbindən danışaraq onun üç mərhələdən ibarət olduğunu söyləyib. O, mədəniyyət abidələrimizdən, məscidlərimizdən, memarların fəaliyyətindən də ətraflı bəhs edib, bir sıra faktlar sadalayıb.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov “İşğaldan azad olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinə vurulan  zərərlərin beynəlxalq ictimaiyyətə çatdırılması” mövzusunda çıxış edib. F.İsmayılov bildirib ki, ermənilər abidələrimizi dağıdır və onları dəyişdiriblər. Çıxışçı xüsusən də xristianlıq dövrünə aid 50-yə qədər abidəmizin ermənilər tərəfindən dəyişdirildiyini qeyd edib. Azərbaycanın Qarabağ bölgəsindəki abidələrin əksəriyyətinin işğal vaxtında xaricə satıldığını deyən F.İsmayılov Laçın muzeyindən oğurlanan abidələrdən nümunələr sadalayıb.

AVH-nin Məclis üzvü, AMEA Fəlsəfə və Sosiologiya İnstiutunun şöbə müdiri, fəlsəfə doktoru Məhəmməd Cəbrayılov “Milli mənəvi dəyırlərin qorunmasında tarixi yaddaş problemi” mövzusunda çıxış edib. O, tarixi yaddaşın, xalq yaddaşının önəmindən bəhs edib. M.Cəbrayılov qeyd edib ki, yaddaş baş verənlərin olduğu kimi gələcəyə ötürülməsi deməkdir. Mədəniyyət abidələrinin dağıdılmasını sərt şəkildə tənqid edən çıxışçı bununla xalqın keçmişinin silindiyini açıqlayıb.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Güntəkin Nəcəfli “Qarabağ: tarixi adlara və abidələrə qarşı erməni vandalizmi” mövzusunda çıxış edib. O, ermənilərin işğal siyasətindən danışaraq məqsədin əhalini məhv etməklə yanaşı tarixi abidələri dağıtmaq, ərazi iddialarını rəsmiləşdirmək olduğunu vurğulayıb. G.Nəcəfli çıxışında ermənilərin türk toponimlərinin izlərini də məhv etməyə çalışdıqlarını söyləyib. Alim Ağdamın, Füzulinin, Kəlbəcərin, Zəngilanın və oradakı toplonimlərin dəyişdirilməsindən söz açıb. G.Nəcəfli Qarabağdakı 300-dən çox toponimin hamısının Azərbaycan türkcəsində olduğunu söyləyib.

AVH-nin İdarə Heyətinin üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı “Dünya mədəni irsinin qorunmasının beynəlxalq hüquqi əsasları və Qarabağ abidələrinə qarşı soyqırım siyasəti” mövzusunda çıxış edib. O, beynəlxalq miqyasda mədəniyyət abidələri ilə bağlı qəbul edilmiş qətnamələrə toxunub. M.Ağalarlı təəssüflə bildirib ki, qəbul edilmiş beynəlxalq sənədlər belə ermənilərin vandal hərəkətlərini dayandıra bilməyib. AVH təmsilçisi ermənilərin mədəniyyət abidələrimizi özününküləşdirmək cəhdlərinin baş tutumamasını da diqqətə çatdırıb.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov “Azıx mağarasında ermənilərin apardığı qeyri-qanuni qazıntıların nəticələrinə dair” mövzusunda çıxış edib. O, 2002-2019-cu illərdə ermənilərin Azıx mağarasında “tədqiqatlar” apardıqlarını söyləyib. A.Zeynalov ermənilərin buradakı saxtakarlıqlarından bəhs edib. Azıxdakı insanın çənə sümüyünün illər öncə azərbaycanlı alimlər tərəfindən 300 min il göstərildiyini deyən çıxışçı müasir texnologiyaların da hazırda bunu təsdiqlədiyini açıqlayıb.

AVH-nin Məclis üzvü, AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov “Qarabağda dini-tarixi abidələr” mövzusunda çıxış edib. O, Qarabağdakı İslam abidələrinin ermənilər tərəfindən məhv edildiyini, xristian abidələrinin isə saxtalaşdırıldığını qeyd edib. B.Həsənov xüsusilə alban abidələrinə qarşı ermənilərin daha çox müdaxilə etdiklərini vurğulayıb. AVH təmsilçisi çıxışında məscidlərimizin əksəriyyətinin tamamilə dağıdılmasını təəssüflə bildirib.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, sosioloq Əfqan Vəliyev çıxışında ermənilərin törətdikləri soyqırımlardan, məscidlərə, tarixi abidələrə qarşı vandallıqlardan bəhs edib. Ə.Vəliyev faktlarla ermənilərin törətdikləri soyqırımlardan, onların vurduğu zərbələrdən danışıb.

Sonda Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət Mükafatı Laureatı Hacı Həsənov yekun çıxışı edib. O, bu mövzuda tədbirlərin, müzakirə və araşdırmaların daha çox aparılmalı olduğunu qeyd edib. H.Həsənov düşmənə qarşı mübarizədə alimlərin aparıcı rola malik olduğunu deyərək ermənilərin mədəniyyət abidələrimizə qarşı törətdiyi soyqırımların araşdırılmasının önəmindən də bəhs edib.

Ülviyyə GÜLBABAQIZI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ