çərşənbə günü, 07 oktyabr 2026
     

Tammetrajlı animasiya filminin çəkilişinə ayrılmış 500 min manatla bağlı şayiələr baş alıb gedir - “Balta” qrupu...

Image


Azərbaycanda kino sənayesinin acınacaqlı durumda olduğu məlumdur. Dövlətin kinoya vəsait ayırmasına rəğmən, yenə də kinomuz yerində sayır. Bu azmış kimi, ölkəmizdə cizgi filmlərinin istehsalına da biganə yanaşılır.

Baxmayaraq ki, dövlət bu sahəyə də maliyyə ayırır. Amma hələ də balalarımız yadellilərin, yad ideologiya sahiblərinin çəkdikləri cizgi filmlərinə baxaraq böyüyür, hələ də uşaqlarımızın özünü bənzətmək istədiyi qəhrəmanlar antimilli personajlardır. Mədəniyyət Nazirliyi dəfələrlə bildirib ki, cizgi filmləri çəkilir, istehsalatdadır, amma hələ o cizgi filmlərini uşaqlarımız görməyib. Çəkib rəfə atmağın heç bir faydası yoxdur. 

Bu arada Azərbaycanda tammetrajlı animasiya filminin çəkilişinə başlanıldığına dair məlumatlar yayılıb. Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, Azərbaycanda tammetrajlı animasiya filmi çəkilməsi üçün 500 min manat civarında vəsait ayrılıb. Bir müddət əvvəl mədəniyyət naziri çıxışında tammetrajlı animasiya filminin çəkiləcəyini demişdi, amma məbləği açıqlamamışdı. Kino ictimaiyyətində əldə etdiyimiz məlumatlara görə, animasiya filminin də çəkilişi nazirlik tərəfindən peşəkarlara deyil,  qeyri-peşəkarlara həvalə edilib. Kinoşünaslardan birinin bildirdiyinə görə, 500 min manatlıq büdcəsi olan tammetrajlı animasiya filminin çəkilişləri  "Balta" adlı həvəskar səviyyədə işləyən qrupa verilib, özü də müsabiqəsiz-filansız. Ekspertlər deyir ki, əgər tammetrajlı animasiya filmi çəkilirsə əvvəlcədən onunla bağlı müsabiqə elan edilməli idi, amma edilməyib, animasiya filmi birbaşa “Balta”ya verilib.

Məsələ burasındadır ki, bizim ölkədə intensiv olaraq cizgi filmləri çəkilmir, cizgi filmi istehsalı çox zəifdi, kütləvi istehsalat yoxdur. Hazırda cizgi filmi ilə bağlı ssenari müsabiqələri də elan olunmur. Bildiyimiz qədər, əvvəllər elan edilən müsabiqənin də nəticəsi olmayıb, ssenarilərə cizgi filmi çəkilməyib.

Necə ola bilir ki, heç bir müsabiqə elan edilmədən tammetrajlı animasiya filmi çəkilir? Bu animasiya filmi hansı bazara hesablanıb?

  • Mədəniyyət Nazirliyi: “İstər peşəkarlıq, istərsə də hüquqi baxımdan...”

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinə sorğu göndərdik. Nazirliyin müvafiq şöbəsindən yayılan söhbətlərə aydınlıq gətirmək əvəzinə bildirdilər ki, qeyri-rəsmi məlumatlar əsasında göndərilən sorğulara cavab vermək istəmirlər: “İstər peşəkarlıq, istərsə də hüquqi baxımdan qeyri-rəsmi məlumatlara əsaslanan sorğuların göndərilməsini və onların cavablandırılmasını düzgün hesab etmədiyimizi bildiririk”.

Nazirliyin aidiyyəti şöbəsinin sorğumuza cavab verməkdən yayınması təəssüf doğurur. Bu da bu barədə yeni şaiyələrin və söz-söhbətlərin geniş miqyas almasına şərait yaradır. Bu arada aldığımız digər məlumata görə isə, Mədəniyyət Nazirliyində tammetrajlı animasiya filminin çəkilməsi üçün komissiya yaradılıb və iddialara görə, komissiyanın tərkibində peşəkarlar təmsil olunmayıb. Bildirilənə görə, komissiya “Balta” qrupunun ssenarisini bəyənməyib və onu geri qaytarıb. Hətta söz-söhbətlərə görə, nazirlik sözügedən animasiya filmini “Disney”ə vermək istəyir. Bunun da nə dərəcə doğru olub-olmadığını deyə bilmərik. Bircə onu deyə bilərik ki, nazirliyin istehsalını  planlaşdırdığı tammetrajı animasiya filminin ətrafında böyük bir müəmma var və bu müəmmanı da yalnız nazirlik aça bilər. Lakin nazirlik də bu müəmmaya aydınlıq gətirməyə həvəsli deyil...

Animatorlardan birinin dediyinə görə, nazirlik heç tələbə animatorların 1 dəqiqəlik, 1 dəqiqə yarımlıq diplom işlərinə vəsait ayırmır. Animator qeyd etdi ki, tələbələrə dərs keçilir, animatorluq öyrədilir, amma onları işdə tətbiq etmək üçün şərait yaradılmır. Bu sahədə ənənələrin davam etdirilməsi üçün gənc nəslin yetişdirilməsinə ehtiyac olduğunu deyən animator bildirdi ki, onların işlərinə maliyyə ayrılmalıdır. Nazirliyin barəsində danışılan tammetrajlı animasiya filminə də münasibət bildirən mütəxəssislər qeyd etdi ki, bu gün bizdə o tammetrajlı animasiya filmini çəkə biləcək insanlar azdır. Onun qeyd etdiyinə görə, bu animasiya filmi elə çəkilməlidir ki, dünya bazarına çıxıb  Azərbaycanın dövlət büdcəsinə gəlir gətirsin, amma indiki şəraitdə bunun çəkilməsi mümkün deyil. Bu işin qeyri-peşəkarlara tapşırılmasının böyük fəsad yaradacağını deyən mütəxəssisin sözlərinə görə, 10 dəqiqəlik animasiya filmini çəkmək bir il vaxt tələb edir. O qeyd etdi ki, 500 min manata çəkilməli olan animasiya filminə isə ən azından 5 il vaxt lazımdır, 5 ilə də pul xərclənib gedəcək və ortada da alayarımçıq bir iş olacaq, bu iş peşəkarlara verilərsə biz istədiyimiz uğurlu nəticəni əldə edə bilərik. 

  • Rəşid Ağamalıyev: “Bu cür layihələr müsabiqə yolu ilə keçirilməlidir”

Hazirda Çexiyada yaşayan ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor, prodüser, animator Rəşid Ağamalıyevlə də əlaqə saxladıq. R.Ağamalıyev bizimlə söhbətində bildirdi ki, bu kimi məsələlərdə rəsmi məlumatlara istinad etmək lazımdır: “Məncə, siz bu sualları Nazirliyinə verin. Onlar rəsmi açıqlama versələr, daha yaxşı olar. Mən öz fikirlərimi hər yerdə söyləmişəm. Hesab edirəm ki, bu cür layihələr müsabiqə yolu ilə keçirilməlidir. Fikrimcə, qeyri-rəsmi məlumatlara inanmayın. Rəsmi açıqlamanı istəyin”.

Mövzu ilə bağlı əlavə informasiyalar olarsa yenidən bu məsələyə qayıdacağıq.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ