21 mart 2022-ci il, saat 11:00-da Qobustan Milli Tarix-Bədii Qoruğunda “Plov” festivalı keçiriləcək.
Novruz bayramı adət-ənənlərinin təbliği və bayram ərəfəsində qoruğa gələn ziyarətçilərə Azərbaycan mətbəxinin şahı hesab edilən, eləcə də, bir sıra ölkələrin mətbəxində əhəmiyyətli yer tutan plovun müxtəlif növləri (Hindistan, Qətər, Qırğızıstan, Özbəkistan və digər bir sıra ölkələrin mətbəxinə aid plov nümunələri) təqdim olunacaq.
Tədbirin işıqlandırılması üçün köməklik göstərməyinizi xahiş edirik.
“Plov” festivalında iştirak etmək istəyən media nümayənləri üçün Qoruğa aparılıb geri qaytarılmaq məqsədilə nəqliyyat vasitəsi təşkil olunacaq.
Bakı-xeber.com