“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ötən bir il ərzində Qarabağ mövzusunda 20-dən artıq müxtəlif metrajlı filmin istehsalına maliyyə dəstəyi göstərib. Xocalı mövzusuna gəlincə isə, bu barədə onlarla film istehsal olunub. Hazırda Nazirliyin dəstəyi ilə çəkilən “Doğma torpaq” tammetrajlı bədii filmi Xocalı mövzusundadır. Film üzərində tamamlama işləri aparılır. “Doğma torpaq” filmi “Narimanfilm” studiyası ilə “Azərbaycanfilm”in müştərək işidir”. Bu məlumat “Bakı-Xəbər”in Xocalı soyqırımı ilə bağlı tammetrajlı bədii filmlərinin hansı səbəbdən çəkilməməsi ilə bağlı sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsindən verilib.
İradə SARIYEVA