Cümə axşamı günü, 08 oktyabr 2026
     

Məşhur rus incəsənət xadimləri müharibəyə görə ölkədən qaçır...

Image


Rusiyanın Ukraynaya təcavüzünü pisləyənlər, buna etiraz edənlər arasında bu ölkənin görkəmli, populyar şəxsləri də az deyil. Müharibənin başlaması ilə Rusiyanı bir sıra populyar similar tərk edib. Xalq artisti Alla Puqaçova Rusiyanı tərk edib, Rusiyanın Ukraynaya təcavüzünü pisləyən şoumen Maksim Qalkin də onunla gedib.

Rusiyanı tərk edənlər  siyahısında Kseniya Sobçak və başqa məşhurlar da var. Alla Puqaçovanın ardınca Rusiyadan gedənlər sırasında xalq artisti Valeri Leontyev də yer alıb, xalq artisti Rusiyanı tərk edərək Amerikaya köçdüyünü bəyan edib.

Bəzi ekspertlərin qənaətinə görə, dünya səviyyəli ulduzların Rusiyanı tərk etmələrinin səbəbi yalnız müharibəyə etiraz etmələri olmaya bilər, onlar ölkələrinə tətbiq edilən sanksiyalara görə də bu addımı ata bilərlər. Ekspertlərin sözlərinə görə, artıq müharibə başlayandan indiyə qədər xarici şirkətlər, teatrlar bir neçə Rusiya ulduzu ilə müqaviləyə xitam verib və onlarla əməkdaşlığı dayandırıb. Bu baxımdan, bəzi ekspertlərin fikrincə, dünya şöhrətli Alla Puqaçovanın da, başqalarının da Rusiyadan imtina etməsinin kökündə dayanan amillərdən birinin sanksilar olduğunu güman etmək olar.

  • “Müharibə tezliklə bitməsə, biz qonşu ölkənin elm, sənət, mədəniyyət adamlarının ölkədən daha kütləvi şəkildə qaçdığının şahidi olacağıq”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, Rusiyanın Ukraynaya təcavüz etməsi hadisələri, dünyanın hər yerində olduğu kimi, Rusiyanın özündə də diqqətlə izlənilir. Onun qeyd etdiyinə görə, ilkin vaxtlarda Rusiya müəyyən ideoloji işlər aparmışdı və öz vətəndaşlarını, eləcə də qonşu ölkələrin vətəndaşlarını inandıra bilmişdi ki, Ukraynanın NATO-ya daxil olmağa çalışmasına, Avropa Birliyinə meyl etməsinə, eyni zamanda NATO-nun Ukraynada ordu, raket yerləşdirmək planına qarşı bu əməliyyatı aparır. Sonra hadisələrin dəyişdiyini deyən A.X.Əbilov bildirdi ki, sonradan Rusiyanın əsl məqsədi üzə çıxdı və biz buna dünya ictimaiyyətinin qəzəbinin şahidi olduq. “Fikir verdinizsə, Ukraynada baş verən müharibə get-gedə qızışdı, Kiyev, Xarkov və iri şəhərlər, başqa yaşayış məntəqələri, kəndlər, şəhərlər qadağan edilmiş silahlardan, raketlərdən atəşə tutuldu, bombalandı. Bu da həm Ukrayna əhalisinin, həm dünya ictimaiyyətinin, həm də Rusiyanın özündə ağıllı, tanınmış insanların qəzəbinə, böyük etirazına səbəb oldu. Rusiya çoxmillətli dövlətdir və orada ukraynalılarla qarışıq ailələrin sayı çoxalıb. Adları qeyd edilən bir çox rus sənətçiləri var ki, ya əslən Ukraynadandır, ya da etnik cəhətdən ukraynalıdır. Etnik cəhətdən rus olan tanınmışlar da var ki, bəli, onlar xalqa qoşulub öz hökumətlərinə protest edə bilməsələr də, sakit, dinc formada ölkəni tərk etməklə öz etirazlarını bildirirlər. Rusiyanın tanınmış simaları müharibəyə etirazlarını bildirməyin yolunu ölkəni tərk etməkdə görürlər. Bu həmin sənət adamlarının müharibəyə qarşı seçdikləri etiraz formasıdır. Rus xalqının  qədim tarixə və mədəniyyətə, intellektual səviyyəyə, estetik dəyərlərə xüsusi fikir verdiyini nəzərə alsaq deyə bilərik ki, müasir Rusiya cəmiyyətində bu tipli etirazlar həmişə olub. Yadınıza salın ki, SSRİ dövründə də bu cür etirazlar olub, rəssamların etirazları, rusiyalı dissidentlərin xaricə gedib geri qayıtmamaları hadisələri olub. Bununla onlar öz etirazlarını bildiriblər. Oxşar hadisələr bu gün yenidən baş verir, Rusiyanın aqressiyası dünyanı onun üzərinə qaldırmaqla yanaşı, öz sənət adamlarının da ölkəni tərk etməsinə səbəb oldu”.    

Bəlkə də Rusiyanın öz milli maraqları baxımından Ukrayna ilə müharibə aparmasına ölkə vətəndaşları normal yanaşa bilərdi deyən A.X.Əbilov hesab edir ki, amma hadsələrin daha da dərinləşib qardaş qırğınına aparıb çıxarması və mənasız müharibəyə çevrilməsi, Avropanın mərkəzində savaşa səbəb olması bütün insanların etirazına səbəb oldu, hətta Rusiya vətəndaşlarının da. Rusiya vətəndaşlarının öz etirazını müxtəlif vasitələrlə bildirdiyini deyən ekspert deyir ki, artıq Rusiyada sosial şəbəkələrə giriş məhdudlaşdırılıb, bir çox KİV bağlanıb.  Hazırda etirazların ikinci dalğası ilə rastlaşdığımızı deyən A.X.Əbilov qeyd edir ki, “LUKoyl”un prezidentindən tutmuş digər oliqarxlara qədər çoxları müharibəyə öz etirazlarını bildirdi: “Növbəti mərhələdə isə tanınmış incəsənət xadimləri xarici ölkələrə getməklə bütövlükdə etiraz dalğasına yeni bir çalar qatmış oldular. Puqaçovadan tutmuş Rusiyanı tərk edən başqa incəsənət adamlarının çoxunun əsli Ukrayna ilə bağlıdır. Amma kök etibarı ilə Ukraynaya bağlı olmasalar belə, rusiyalı sənət adamlarının müharibəyə qarşı sakit şəkildə öz etirazlarını bildirməyə haqqı var. Onları başa düşmək olar. Vətənpərvərlər şüvən salırlar ki, vaxtilə Rusiyada milyonlar qazanmış, konsertlərinə bilet aldığımız, başımızın üstünə qoyduğumuz şəxslər indi xaricə qaçıb gedir. Amma unutmayaq ki, bu insanların xaricdə varidatları var, ev-eşikləri də var. Puqaçovanın qızı da ABŞ-da yaşayır. Orada hətta Solovyovun villası vardı, onun da, bir çox oliqarxların villaları da əllərindən alınıb. Amma bunu incəsənət adamlarına tətbiq edə bilmirlər, onlar göstərirlər ki, konsertlər vasitəsilə pul qazanıblar, bu pulun hesabına xaricdə evlər alıblar, mülkə sahib olublar. Onlar ABŞ-da, Avropa ölkələrində, xüsusən də Parisdə mülklər alıblar. Xüsusi mülkiyyət xaricdə çox dəyərləndirilir, ona toxunulmaz bir anlam veriblər”.

A.X.Əbilov qeyd edir ki, istənilən şəxs bu evi çirkli pullarla deyil, öz zəhməti ilə aldığını sübut edərsə, onlara heç kəs toxuna bilmir. O deyir ki, bu səbəbdən də sənət adamlarının bank hesablarına, xaricdəki mənzillərinə, mülklərinə toxuna bilmirlər və onlara sanksiyalar tətbiq etmirlər. “Rusiyanın təcavüzü ilə başlayan müharibə tezliklə bitməsə, biz qonşu ölkənin elm, sənət, mədəniyyət adamlarının ölkədən daha kütləvi şəkildə qaçdığının şahidi olacağıq. Etirazlar bu şəkildə daha da artacaq” - deyə A.X.Əbilov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ