Cümə axşamı günü, 08 oktyabr 2026
     

Nəsil yetişdirilməsində vətənpərvərlik musiqi janrının rolu...

Image


Gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşmasında musiqinin, xüsusən də vətənpərvərlik mahnılarının, əsərlərinin xüsusi rolu var. Hər zaman deyirik ki, gənc nəslin milli mənlik şüurunun inkişaf üçün tələb olunan bir çox məsələlər var ki, onların bu işdə birbaşa iştirakı olur.

 

Gənclərin vətənpərvərliyi, onların milli şüura bağlı olması üçün görülən işlər, təbliğat hər gün davam etdirilməlidir. 44 günlük Vətən müharibəsində zəfər qazanmağımız onu göstərdi ki, Azərbaycan gəncliyi milli mənlik şüuruna, vətənpərvərlik tərbiyəsinə malikdir. Baxmayaraq ki, biz 44 günlük Vətən müharibəsində qələbə qazanmışıq, bu bizdə arxayınlıq yaratmalı deyil və hər gün  gənc nəslun vətənpərvərliyinin artması üçün böyük işlər görməliyik, fəaliyyətimizi daha da gücləndirməliyik. Hər gün efirlərdən vətənpərvərlik mahnıları səsləndirilməlidir. Təəssüf ki, biz bunu kütləvi olaraq görə bilmirik. Halbuki, qələbəmizi tərənnüm edən əsərlər TV və radioların bəzəyi olmalıdır. 

  • Vətənpərvərlik musiqisinin gənclərin milli mənliyinin və vətənpərvərlik tərbiyəsinin formalaşmasında rolu nədir?

Gənclərin yetişməsində vətənpərvərlik mahnılarının, bu istiqamətdə yazılan musiqi əsərlərinin yeri əvəzsizdir. Musiqişünaslar deyir ki, vətənpərvərlik musiqisinin gənclərin milli mənliyinin

və vətənpərvərlik tərbiyəsinin formalaşmasında oynadığı rol misilsizdir və qələbənin qazanılmasında belə əsərlər az rol oynamayıb. Musiqişünasların fikrincə, müasir vətənpərvərlik musiqiləri az deyil, amma onların təbliğatı zəifdir. Bəli, Azərbaycan gənclərinin vətənpərvərlik aşılayan mahnılara, sənət əsərlərinə bu gün də  böyük ehtiyacı var. Qeyd edildiyi kimi, televiziyalarda vətənpərvərlik mahnılarına, demək olar ki, çox az yer verilir. Efirə təqdim edilən mahnıların isə əksər hallarda ancaq adında vətənpərvərlik ifadəsi əksini tapır. Ancaq məsələ var ki, vətənpərvərlik əsərləri günü-gündən daha çox təbliğ olunmalı, onların arasından keyfiyyətli olanları telekanallarda, radiolarda hər gün təqdim edilməlidir. Müzəffər dövlətin, müzəffər xalqın, müzəffər ordunun vətənpərvərlik nəğmələri eşitməyə haqqı böyükdür.

  • Müasir bəstəkarların vətənpərvərlik əsərləri... 

Məlumatlara görə, bəstəkarlarımız 30-a yaxın vətənpərvərlik mahnısı və marşlar yazıb. Ekspertlər bildirir ki, Azərbaycan 44 günlük müharibədə qalib gəldi və həm döyüş, həm də siyasi meydanda qazanılan qələbənin, zəfərin sayəsində 30 il işğalda olan torpaqlarımız yenidən öz azadlığına qovuşdu. Mütəxəssislərin araşdırmalarına görə, həm birinci Qarabağ müharibəsi, həm Vətən müharibəsi günlərində ən çox dinlənilən, ifa edilən ötən əsrin 90-cı illərdə Cavanşir Quliyevin yazdığı “Marş irəli!”, hərbi vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlının “Cənab leytenant”, “Vətən əmanəti”, "İgid əsgər" və bu kimi digər mahnılar oldu. Lakin indi daha çox zəfər və qələbə marşlarına böyük ehtiyac yaranıb. Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Zemfira Qafarova vətənpərvərlik musiqisinin gənclərin milli mənliyinin formalaşmasında oynadığı rola toxunub: "... Zamanında Üzeyir Hacıbəyov, Süleyman Ələsgərov, Əşrəf Abbasov çox gözəl marşlar yazıblar, hansı ki, həmin marşlar müharibə dövründə mütəmadi səslənirdi. Hazırda da bəstəkarlarımız tərəfindən gözəl marşlar yazılıb. Məsələn, deyə bilərəm ki, Azər Dadaşov, Lalə Cəfərova, Elnarə Dadaşovanın yeni marş əsərləri var. Hətta bugünlərdə xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də çox gözəl marş yazıb. Bildiyiniz kimi, Firəngiz xanım adətən iri həcmli əsərlərə müraciət edir, amma gördüyünüz kimi, o da marş yazıb. Çox sevindirici haldır ki, 44 gün ərzində yalnız vətənpərvərlik mahnıları, marşlar eşitdik. Cavanşir Quliyevin 90-cı illərdə yazdığı ”Marş irəli!"  nəyə desəniz dəyər. Vətən müharibəsi dövründə bu marş, demək olar ki, leytmotiv oldu, hər kəs onu oxuyurdu.

Bir faktı da qeyd edim ki, bugünlərdə bəstəkarlarımız 30-a yaxın vətənpərvərlik mahnısı və marşlar yazıb. Təkcə peşəkar bəstəkarlar deyil, həvəskar bəstəkarlar da bu mövzuya çox müraciət edib. Deyə bilmərik ki, onların hamısı yaxşıdır, amma yazılır".

  • "Vətənpərvərlik mahnıları" adlı not məcmuə çap olunub... 

Müasir bəstəkarların milli vətənpərvərlik ruhunda yazdığı musiqi əsərlərinin bir yerə toplanması, onların notlarının çap olunması, habelə ifası çox mühümdür. 

Belə ki, Vətən müharibəsindən sonra bu sahədə işlər görülməyə başlayıb. Yadınızdadırsa, Azərbaycan Milli Kitabxanasının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə layihəsi olan “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” seriyasından “Vətənpərvərlik mahnıları” adlı səs və fortepiano üçün not məcmuəsi nəşr olundu. Sözügedən not məcmuəsinə “Azərbaycan bayrağına” (mus. Aygün Səmədzadə, söz. Əhməd Cavad); “Azərbaycan” (mus. Aygün Səmədzadə, söz. Qənirə Paşayeva); “Vətənin övladları” (mus. Lalə Cəfərova, söz. Ramiq Muxtar); “Unutmayacağıq da” (mus. Nərminə Nağıyeva, söz. Şahin Musaoğlu); “Azərbaycan” (Mus. və sözləri Fərid Fətullayev); “Qələbəyə gedən yollar” (mus. Azad Zahid, söz. Abdulla Qurbani); “Zəfər çağırır bizi” (mus. Pikə Axundova, söz. Şahin Musaoğlu); “Əsgər marşı” (mus. Cavanşir Quliyev, söz. Əli Kami); “Milli Ordumuz” (mus. Eldar Babayev, söz. Hikmət Ziya); “Azadlıq Günü” (mus. Azər Hacıəsgərli, söz. Rəsul Rza) səs və fortepiano üçün musiqi əsərləri yer alıb. Bu məcmuələrin bütün musiqi məktəblərinə və Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə göndərilməsi təmin edilib.

Vətənpərvərlik mahnılarına, əsərlərinə hər zaman ehtiyac var və hesab edirik ki, yeni vətənpərvərlik əsərləri də cəmiyyətdə gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında praktik rol oynayacaq.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ