18 Fevral 2022-ci il tarixində, saat 11:00-da Beynəlxalq Muğam Mərkəzində Qobustan
Milli Tarix-Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası” elmi-metodiki, populyar
jurnalının, jurnalın rəsmi saytının və qoruğun sifarişi ilə ərsəyə gələn “Qavaldaş” cizgi
filminin təqdimat mərasimi keçiriləcək. Bu barədə baki-xeber.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Tədbirdə, həmçinin, Qobustan abidələrindən bəhs edən fotosərgi təşkil olunacaq.
Ülviyyə NAĞIYEVA