Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycanda Tatar yazıçısının kitabı çıxıb

Image


Tanınmış yeni nəsil tatar yazıçı-publisisti, 100 yaşlı “Kazan Odları” ədəbiyyat-mədəniyyət jurnalının baş redaktoru Rüstəm Qaliullinin Azər­bay­canda hekayələr kitabı gün üzü görüb. “Ata və oğul” adlı kitabda müəllifin 8 hekayəsi toplanıb. Hekayələri ruscadan və tatarcadan şair-publisist, tər­cüməçi İlqar Türkoğlu çevirib. Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı kitaba “Ən yeni tatar ədəbiyyatı və Rüstəm Qaliullin” adlı önsöz yazıb. Tatar yazıçısının kitabının redaktoru Kəmalə Səlim Müslümqızı, rəssamı Nəvai Metindir.

Yeni nəsil tatar ədəbiyyatının özünə­məxsus ciddiyyəti, çalışqanlığı və istedadı ilə seçilən nümayəndəsi Rüstəm Qaliullinin hekayələrdən ibarət nəsr kitabı iki qardaş xalqın ədəbi, mədəni əlaqələrinin möhkəmlənməsinə xidmət edən layihələrdən biri kimi önəmlidir. “Ata və oğul” Rüstəm Qaliullinin tatarca və ruscadan sonra, başqa dildə çıxan ilk kitabı olma özəlliyinə də sahibdir.

Əkbər Qoşalının  Rüstəm Qaliullinin Azərbaycanda çıxan ilk kitabına yazdığı önsözü (və onun özkeçmişini) oxucularla paylaşırıq:

Ən Yeni Tatar Ədəbiyyatı və Rüstəm Qaliullin

Tatar ədəbiyyatı dedikdə azərbaycanlı oxucunun təsəvvüründə öncə məhz tatar şeiri can­lanır – daha konkret olsaq, Abdulla Tukay, Musa Cəlil adları önplana çıxır. Həm tatar ədəbiy­ya­tının bu klassikləri şair olduqları üçün həm də, Azərbaycanda sevilə-sevilə oxunduqları üçün tatar ədəbiyyatı bizdə daha çox poeziya ilə assosiasiya olunur. Əlbəttə, akademik çevrələr, ayrı-ayrı oxu­cular tatar nəsrinə də bələddir – bu öz yerində; ancaq təkrarçılıq olmasın, tatar ədəbiyyatının Azərbaycanda daha çox tatar poeziyası şəklində qəbul gördüyü bir faktdır. – Bu yaxşıdırmı, yaxşı deyilmi? – ayrı məsələdir, məncə nə yaxşıdır, nə də pisdir, gərginlik yaratmayan, bir qədər də, təbii təsir bağışlayan sadə ger­çəklikdir... Bu dəfə əlimizdə bir tatar nasirinin kitabı var. Ən yeni nəsil tatar ədəbiyyatının özünə­məxsus ciddiyyəti, çalışqanlığı və istedadı ilə seçilən nümayəndəsi Rüstəm Qaliullinin nəsr kitabı Azərbaycan oxucusuna təqdim olunur. Bu, ilk növbədə, iki qardaş xalqın ədəbi ilişkiləri (ümumən ictimai-mədəni işbirliyi) baxımından diqqətəlayiq faktdır. Kitabda yer alan əsərlər İlqar Türkoğlu tərəfindən dilimizə çevrilib. Bu münasibətlə həm onu, həm də Rüstəm Qaliullini, ümumən kitabın hazırlanmasında, nəşrində əməyi keçən hər kəsi, eləcə də, oxucularımızı ürəkdən qutlayıram!

Bu, Azərbaycan ədəbi ictimaiyyətinin, özəlliklə də, yeni nəsil yazar­larımızın  tatar xalqı­nın ən yeni ədəbi nəslinin yaradıcılığına ümid (inam) dolu baxışının ifadəsidir. Bir tatar nasirinin Azərbay­canda kitabının çıxması türk ölkə və topluluqları arasında ədəbi ilişkilərin güclən­di­rilməsi işinə də töhfədir;

Rüstəm Qaliullinin kitabı həm Azərbaycanda çıxan ilk kitabı olması, həm də nəsr kitabı olması etibarı ilə maraqlı və diqqətçəkicidir;

Tatar ədəbiyyatının bugün Rüstəm Qaliullin və ədəbi nəsildaşlarının timsalında yeni nəsil yazarları tərəfindən çiçəkləndirilməsi, necə deyərlər, torpağın hava­lan­dırılıb şumlanması, yeni toxumlar səpil­məsi, fidanlar əkil­məsi... alqışa layiqdir. Belə alqışalayiq işlər əbədi gənc klassik Abdulla Tukay irsinin, onun qısa, lakin işıqlı ömrünün çağdaş gənc ya­zarların ömrünə çökdüyünü, Tukay ömrünün bu günün gənc tatar yazarları simasında  yaşıl­lan­dığını göstərir;

Yazarın kitabda yer alan əsərlərinin seçimi də, çağdaş tatar ictimai-mədəni, fəlsəfi (bir sözlə, həyati) düşüncəsinin təcallası kimi dəyərləndirilə bilər. Bu dəyərləndirmə özündə işığı, ümi­di, yüksək ruhu təzahür etdirir. Kitabda toplanmış əsərlərin məzmunu tatar qardaşlarımızın yalnız gənclik dünyasına (duyğularına) deyil, bütövlükdə tatar xal­qının çağdaş yaşan­tılarına, dü­nənə və sabaha baxışına ayna tutur;

Rüstəm Qaliullinin Azərbaycanda ilk kitabının tərtibi, hekayələrin ruscadan və tatar­cadan Azərbaycancaya çevrilməsi, kitablaşdırılması türk mədəni birliyi üçün çalışan Turan sevdalı İlqar Türkoğlu tərəfindən gerçəkləşdirilib. Bu  öz­lüyündə, ədəbiyyatçılarımız arasında sağlam və gü­vənli yaradıcılıq (iş­bir­liyi) mühitinin imkan­la­rını göstərir.

Bəli, Azərbaycan kitabxanaları, ədə­biyyat təsərrüfatımız, araşdırma­çılarımız yeni kitab qa­zanır, yeni nəsil ya­zarlarımız yeni işbirliyi üfüqlərinə boylanır, yeni ideyalar (təşəbbüslər) gün­dəmə gəlir. Əgər Yür kürəsinin xəritəsinə baxsaq, görərik ki, Kazan (Tatarıstan) ana materikimiz Av­rasiyada, Bakı (Azərbaycan) isə ümumən planetdə mərkəzi coğrafi mövqedə yerləşir... Bu mövqenin ancaq coğrafi olanda qalmaması üçün ilk növbədə yaradıcı aydınlar, şairlər, yazıçılar, mədəniyyət-sənət, elm xadimləri və öz əl-ürək-ruh birlikləri mədəni-mənəvi, intellektual enerji alış-verişində bulanmalıdır. Bu isə özünü əsərlərdə, kitablarda göstərir.

“Ata və oğul” göstərir ki, Bakı-Kazan, Azərbaycan-Tatarıstan ədəbi-mədəni işbirliyi daha da genişlənmə imkanlarına sahibdir. Yeni ədəbi nəsillər öz yaradıcılıq uğurları ilə bu işbirliyində yer almaq, birliyimizi qüvvətlən­dirmək, bizləri bir-birimizə doğmalaşdırmaq haqqına və imkanına sahibdir.

Bax, elə bu anlamda, Rüstəm Qaliullin kimi istedadlı və üfüqügeniş bir tatar yazarının kitabı timsalında gənc tatar yazarlarının yara­dı­cılıq örnəklərinin Azərbaycanda (digər qardaş ölkələrdə, topluluqlarda) kitablaş­dırılması böyük ədə­biyyat və ədəbi işbirliyi yolunda özünəməxsus bir aşamadır. 

Tatar ədəbi gəncliyinin parlaq nümayəndəsi, “Kazan Odları” jurnalının baş redaktoru Rüs­təm Qaliullinin ədəbi-təşkilati çalışmaları və yaradıcılıq örnəkləri ilə ta­nışılığın Ta­tarıstanda (bir xeyli dərəcədə Si­birdə, Uralboy­larında) çağdaş ədəbi düşüncənin ahəngi (sözün ritmi, yeni yazarların iç dün­yası...) haqqında oxucularımızın təsəvvürünün möhkəmlənməsində rol oyna­ya­cağına inanıram.

Beləliklə, Rüstəm Qaliullin hansı ədəbiyyatın təmsilçisidir? O ədəbiy­yatın özəllikləri, ten­densiyaları nədən ibarətdir? – Bu məqamlara bir qədər işıq salmağı məqsədəuyğun sayıram.

Gənc dostumuz, yazar qardaşımız Rüstəm Qaliullinin mənsub olduğu tatar ədəbiyyatı erkən yüz­illiklərə dayalı bir inkişaf yoluna malikdir. Tatar qaraşlarımız da, başqa türksoylu xalqlar kimi özlərinə aid olan söz sənətinin başlanğıcında Runik yazısı ilə əsərlər yaradıb. ( –Tatar yazılı ədəbiyyatının ilk dövrü kimi şöhrətli (İdil-)Bulqar dövlətinin hökm sürdüyü dövr qəbul edilir.)

XIII yüzilliyin ikinci yarısı­n­dan XV yüzilliyin ortalarına qədərki tarixdə (“Qızıl Orda dövrü”ndə) isə tatar ədə­biyyatı Gündoğar və bütün başqa türk boylarının ədəbiyyatı ilə bağdaş­laşa­raq inkişaf edib.

Kazan xanlığı yıxıldıqdan sonra toplum həyatında özünü göstərən durğunluq, təəssüf ki, çox uzun sürə davam edib. Özünü yenidən dirçəltməyə başlayan tatar şeirində XVIII yüzilliyin ikinci yarısından eti­barən toplumun inkişafını müəyyənləşdirən dünyəvi təhsil mo­delini (və zehnini) üstün tutan tendensiya yer alıb (zamanla bu tendensiya qanunauyğun şəklə çevrilib).

XVIII-XIX yüzilliyin ən ünlü ədibləri də məhz şairlər olub.

XX yüzilliyin başlanğıcında tatar ədəbiyyatı artıq yalnız Gündoğara deyil, Günbatara da yö­nəlməyə başlayıb. Bu dövr tatar ədəbiyyatı, “Cəditçilik” hərəkatına bağlı fikri-estetik gələ­nəkləri inkişaf etdirib (Avro­panın çatdığı mədəniyyəti də örnək götürərək), öz yoluna davam edib. Əl­bəttə, tatar ədəbiyyatının yeni təməllər üzərində inkişafında mətbuatın, kitabın, tərcümənin rolu özünəxas mövqeyə sahibdir. O da təsadüfi deyil ki, bu dövrdə tatarlar, demək olar, bütün türk dünyasını aydınladıb, mədrəsələr açıb, dərgi və qəzetlər nəşr etdirib və sanki ədəbiyyatda bir çox türk boylarına yön vermək rolunu üzərinə götürüb...

XX yüzilliyin başlarında tatar şeiri zirvəyə qalxdı və öz altın çağını yaşadı. Bu dövrdə tatar ədə­biyyatında həm romantizm, həm realizm, həm də xəlqilik axtarışlarının ən gözəl örnəklərini görə bilirik.

1917-ci il inqilabından sonra Sovet ideologiyasına bağlı inkişaf edən tatar ədəbiyyatı bəzi çatışmazlıqlara bəxmayaraq, XXI yüzilliyə dolu bir miras buraxdı; lakin bu müddətdə tatar ədib­lərinin Gündoğar və Türk dünyası ilə bağlılıqdan xeyli qopuq qalması sonucunda onlar qardaş türk boyları ədə­biyyatı və təmsilçiləri ilə ilişkilərdən də qopuq qalmış oldu. (XX yüzilliyin 20-30-cu illərində, Stalin zama­nında bəzi tatar ədibləri “kommunizm ide­o­lo­gi­yası”na meyl etdi.)

II Dünya Savaşında yaşanan itkilər də tatar ədəbiyyatına böyük təsir etdi; lakin bunu da demək lazım ki, bu savaş zamanında qəhrəman ədiblər də ortaya çıxdı. (1941-1945-ci illərdə ən ağır ortamda ulduzu parlayan Musa Cəlil buna bariz örnəkdir) .

Yüzillərdir Gündoğar və Günbatar ədəbiy­ya­tı­nın ən gözəl örnəklərini götürərək inkişaf edən tatar ədəbiyyatı, ke­çən yüzilliyin 60-cı illərində təzə (fəl­səfi və lirik) əsərlərlə yenidən zir­vəyə qalxdı. 70, 80-ci illərdə daha yeni ədəbi nəsillər meydana çıxdı. Bu dönəm ədəbiyyatında əslində hər zaman keçərli olan ortaq mövzular iş­lənildi: kənd təbiəti, insan könlünün gözəlliyi, əxlaq də­yərləri, yaşam və ölüm haqqında düşüncə, nigarançılıq, eşq və dost­luq...

O da gizlin deyil ki, Sovet dönəmində tatar ədəbiyyatında siyasi səbəblərdən möv­zular da­raldı, söz sənəti xalqa yaxın və anlaşılan olsun deyə “bə­sitləşdirildi”. Millilik gizlənildi, yazarlar duyğularını, bir qayda olaraq, “Ezop dili” ilə yazmağa başladı. Gündoğar və Türk dünyası ədə­biyyatı, mədəniyyəti ilə olan bağlantılar zəif­lədi. Bu səbəbdən də, Gündoğar və Türk xalqlarının yaratdığı əsərlər yüzilləri adlayan gələnəyə görə ori­jinaldan oxunmaq əvəzinə, artıq rusca çev­rilərdə izlənməyə (oxunmağa) baş­lanıldı...

Sovet dövründə tatar yazarları öz əsərlərinə, rus ədəbiyyatı vasitəsilə Avropa ədəbiyyatını, onun özəlliklərini daşıdı. Partiya ideologiyasına bağlılıq səbəbiylə Sovet dönəmi tatar ədəbiyyatı mövzu ba­xı­mından böyük ölçüdə rus ədəbiyyatına bənzədi, həm nəzm, həm də nəsr demək olar, rus ədəbiyyatı təsiri altına düşdü. İdeoloji təzyiq hökm sürdü. Beləcə, tatar şeiri Gündoğar (və Türk) dünyasından qopdu və təəssüf ki, ən əski dönəmlərdən gələn bəzi gələnəklərini itirdi...

Daha sonra, 1990-cı illərdə yaşlı, ustad ədiblər öz duyğu və düşün­cələri ilə diqqət çəkməyə davam edərkən, artıq gənc nəsil yazarları da onlarla yanaşı, ədəbiyyatda öz yerlərini tapmağa ça­lışdı (və bir çoxu bunu bacardı)... və yeni nəsil yazarları, XX yüzilin 90-cı illərindən bugünə, çağdaş insanın ruh dünyasını təsvir edərək, qlobal nigarançılıq və ümidlərə bağlandı... Yeni dövr tatar ədəbiyyatında təsvir və fikir birliyi, hiss və ağlın bütünlüyü, xalq ədəbiyyatı və Gün­doğar kalssik ədəbiyyat gələnəklərinin canlanması əsas mövzu oldu. Özəlliklə, bir çox tatar ədibinin yara­dı­cılığında Tatarıstanın dövlətçilik şüurunu, parlaq gələcəyə ümi­dini də görə bilərik. Ən yeni tatar ədibləri bu dönəmdə milli ruhu, dili və bərabərliyi qorumaqda çox önəmli bir rola sahibdir. Tatar ədəbiyyatında yazarın taleyi ilə mil­lətin taleyinin birgə inkişaf etdiyini vurğulaya bilərik; artıq bu dövrdə Gündoğar və Türk dünyası ilə ilişkilər ye­nidən canlanmağa və qüvvətlənməyə başladı, bir çox tatar yazarı bu illərdə ən ünlü Gündoğar və Türk dünyası ədəbiyyatı klassiklərinin, çağdaş yazarların əsərlərini tatarcaya çevirdi və ya öz əsərləri başqa dillərə çevrildi.

2000-ci illərdə tatar ədəbiyyatını yeni, maraqlı mövzu və təsvirlərlə zənginləşdirən ye­tənəkli gənc qələmlər yetişdi.

Tatar ədəbiyyatının ən öndə gələn başqa bir özəlliyi də var: tatar yaşam tərzi həmişə kənd və kənd həyatı ilə - sanki iki paralel aləmlə sıx bağlı olub. Amma son 20-25 il içində kəndlərin kiçilməsi, hətta bir çoxunun sıradan çıx­ması və kənddən şəhərə köç, yazarları olumsuz bir şəkildə təsir­lən­dir­məmiş deyil. Beləliklə, ədəbiyyata şəhər mədəniyyəti və dili hakim olmağa başladı... lakin digər tərəfdən bu durum tatar ədəbiyyatını şəhər ahəngi, şəhər ritmi, şəhər bəzəkləri ilə zənginləşdirdi. Gənc tatar yazarlarının yaradıcılığında bir başqa yenilik, sadəcə onlara özgü bir fikir yü­rütmə çabasının varlığıdır... Doğaya, həyata olan sevgi, həm kəndin gözəlliyi, həm sadəcə şəhərə məxsus bir özəllik... Xəyalları yüksəkdə olan gənc yazarlar sevgi və xalqın taleyi ilə bağlı əsərlər yazmaqdadır... Ayrıca, gənclərin yaradıcılığında könül sızıltısı, səmimiyyət və dürüstlük vardır. Ana mövzu isə əsasən eşqdir, eşqin özüdür...

Çağdaş tatar ədəbiyyatının bir özəlliyi də var: Yazarlar təbiətə çox yaxındır, təbiət ilə öz­lərini bir bütün olaraq görür. Onların yaradıcılığı göy, bulud, ulduz, Günəş, Ay, külək, yağış, gecə... kimi sözlərdən “toxunub”. Bütün bu sözlər çox rəngli, çox hə­rəkətli, dəyişik şəkil və hallarda veril­məkdədir. Bunun sə­bəbi, bir tərəfdən yazarların kənd həyatı ilə yaxından bağlı ol­ması, digər tərəfdən isə qloballaşan dünyada yazarın bir fərd olaraq qalma mücadiləsi ilə in­san­lardan, top­lumdan uzaq­la­şaraq öz iç dünyasına qapanması, yalnızlığa üstünlük ver­məsidir, de­yə bilərik.

2000-ci illərdə yeni toplumun durumu, yeni həyatın anlamı və dəyərləri ilə ilgili dərin fəl­səfi düşüncələr tatar ədəbiyyatına yeni bir rəng qazandırdı; başqa bir yandan XX yüzil tatar ədibləri öz əsərlərini milli və ilahi (dini) ahəng(lər)lə (də) zənginləşdirdi...

...Günümüzün tatar ədəbiyyatında hüznlü və yaşam dolu ikili yol alan, romantizmə söykənən, in­sa­nın iç duyğularına yönələn lirik əsərlər də yazılmaqdadır. Hüznlü romantizm, həyatın acımasız və ədalətsiz olmasına yanan, dünyanın və insanların dəyişiminə inanmayan romantik qəhrəmanı, hə­yat dolu romantizm isə həyatdan zövq almağı mədh edən, sevgiyə, gələcəyə ümidlə baxan nəşəli qəhrəmanı qoyur ortalığa...

Çağdaş ədəbiyyatın mövzularından biri də, tatarların şanlı tarixidir. Yazarlar sadəcə bu­günün üzüntüləri ilə yaşamır, onlar gələcəyə keçmişi anaraq, onunla qürur duyaraq baxır. Buna görə də, əsərlərdə tez-tez tatar­ların keçmişdə və bu gün yaşadığı yer adları keçməkdədir. Ayrıca, tatar mi­fo­logiyasına, tatar xalq ədəbiyyatına göndərmələrlə, dini motivlərlə (də) qarşılaşmaqdayıq. Bir başqa tərəfdən də, bəzi yazarların təhsil almaq üçün getdiyi ya da artıq yaşadığı fərqli coğ­rafiyalar da tatar ədəbiyyatına ayrı bir çalar qatır.

Tatarıstanda Rusiya federasiyası yazarlarının, Türk dünyası yazarlarının toplantıları, bir çox başqa festivallar keçirilməkdədir. (Bizim tatar ədəbiyyatı üzərinə vurğuladığımız məqamların bir çoxu da belə toplantılardan birində - 01-04 oktyabr 2015-ci ildə Kazanda keçirilən XI “Türkcənin Uluslararası Şeir Şöləni”ndə tatar ədəbiyyatı üzrə məruzəyə əsaslanır). Belə böyük tədbirlər də fikir, təcrübə alış-verişi üçün, yeni ədəbi əlaqələr üçün çox önəmlidir. Digər bir gəlişmə isə İKT-nin inkişafı, habelə dilmanc proqramlarının yaranmasıdır.

Sevindirici, ümidverici bir məqamı paylaşmadan keçməyək: tatar ədəbiyyatına gələn yeni nəsil yazarlar, ana dilinə sadiq qal­maqda, onu bütün incə­lik­ləri ilə yaşatmağa çalışmaqdadır...

Bəli, Rüstəm Qaliullin bax, belə bir ədəbi keçmiş üzərində öz ədəbi fəaliyyəti ilə məş­ğuldur; o, həm baş redaktor kimi, həm də məhsuldar yazar olaraq seçilir. Artıq vurğuladığımız kimi, tatar ədəbiyyatı daha çox şeir kökənlidir, şeirə köklənib, şeir-şeir yarpaqlayıb, yarpaq-yarpaq pı­çıldayır. Rüstəm yaşıl yarpaqların da, sarı xəzəllərin də fərqindədir, Rüstəm yarpaq pıçıltısını din­ləyə bilir, Rüstəm kökə (soykökə) bağlıdır. Rüstəm eşqlidir, sevdalıdır, Rüstəm ağıllıdır, dər­rakəlidir – bax, bu dəngə ona nəsrdə köklü-köməcli və başı buludlu yaşıl ağaclar dikəltməyə imkan verir.

Qardaş Tatarıstanın dövlət bayrağı və Rüstəm Qaliullinin, onun ədəbi nəsildaşlarının ədəbiyyat-sənət bayrağı uca olsun!

Bakıdan Kazana, Azərbaycandan Tatarıstana salamlar!

Rüstəm Qusman oğlu Qaliullin

26.11.1987-ci ildə Tatarıstan Respublikasının Arsk rayonunun Nalasası kəndində doğulub. 2004 cü ildə Kazan Dövlət Universitetinin Tatar filologiyası və tarix fakültəsinə daxil olub, universiteti 2009-cu ildə fərqlənmə ilə bitirib, “Ən yaxşı əlaçı-məzun” medalına layiq görülüb. 2012-ci ildə dissertasiya müdafiə edərək filologiya elmlər namizədi olub. 2018-ci ildən- “Kazan utları” (“Kazan odları”) jurnalının baş redaktorudur. 2008-ci ldən- Tatarıstan Respublikası Jurnalistlər Birliyinin, 2009-cu ildən Tatrıstan Yazıçılar Birliyinin (2012-ci ildən TYB İdarə heyətinin), 2012-ci ildən isə Beynəlxalq Pen-klubun üzvüdür.

2007-ci ildə gənc yazarların “İdelem Akçarlaqı” (Qran-Pri) Respublika yarışmasının, 2009-cu ildə Tatarıstan Respublikasının kütləvi informasiya sahəsində “Debüt” XII yarışmasının (“Bəllur kaləm” (“Büllur qələm”) nominasiyası üzrə) qalibi olub. 2015-ci ildə  ədəbiyyat sahəsində Musa Cəlil adına Respublika mükafatının laureatı seçilib.

Beş kitabın müəllifidir: tatar dilində - “Qipnozçı malay” (“Hipnozçu oğlan”, 2008), “Yullarda jil ak ide” (“Yollarda ağ külək...”, 2012), “Tayfik Aydi yaradıcılığı: obrazlar sistemi və janr tipologiyası” (monoqrafiya, 2016), “Vasıyyat” (“Vəsiyyət”, 2017), rus dilində - “Yalqızlıq” (“Odinoçestvo”; Moskva, 2013).



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ