Cümə günü, 20 noyabr 2026
     

Erməni terroru ilə mübarizədə xalqlar birliyi - azərbaycançılıq təcəssümü...

Image


Xalq və dövlət olaraq hər zaman terrora qarşı barışmaz mövqeyə malik olmuşuq, dünyada baş verən bütün terror aktlarını pisləmişik. Tarixdə sülhpərvər, qonaqpərvər, tərəqqipərvər xalq kimi izlər qoymuşuq. Bu gün də o yolu davam etdiririk. Azərbaycan xalqı dinc və sülhsevər olsa da, bədnam qonşularımız olan ermənilər tərəfindən tarixdə bir neçə dəfə ağır terrorla qarşılaşmışıq.
Müxtəlif xalqların, dinlərin nümayəndələrinin azad, dinc şəkildə yaşadığı, fəaliyyət göstərdiyi ölkə olan Azərbaycan multikulturalizm ənənəsinin bərqərar olduğu bir diyardır və bunu beynəlxalq aləmdə dəfələrlə etiraf ediblər.
Azərbaycan dövləti və xalqı hər zaman terrora "yox" deyib və terrorizmlə mübarizədə ön sıralarda olub və bu sahədə kifayət qədər də nailiyyətlər var.
Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin qorunması, xalqın milli-mənəvi dəyərlərinin təbliği, qayğı ilə əhatə olunması, insanların müdafiəsi dövlətimizin həyata keçirdiyi uğurlu işlərdəndir. Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti erməni terrorundan çox əziyyət çəkib.
Bakı Beynəlxalq Multkulturalizm Mərkəzi son dövrlər bu mövzuda silsilə xarakterli tədbirlər keçirir. "Terror multikulturalizmə qarşı" layihəsi çərçivəsində ilk addım - "Erməni terroru və Azərbaycan multikulturalizmi" mövzusunda I beynəlxalq "dəyirmi masa" da bu qəbildəndir.
İyunun 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə "Terror multikulturalizmə qarşı" layihəsi çərçivəsində "Erməni terroru və Azərbaycan multikulturalizmi" mövzusunda I beynəlxalq "dəyirmi masa"da qeyd edilib ki, Multikulturalizm Mərkəzi tariximizə Azərbaycan xalqının, eləcə də bir çox xalqların məruz qaldığı dəhşətli erməni terrorunun acı nəticələrini dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaq və beynəlxalq səviyyədə terrora qarşı mübarizənin vacibliyini önə çəkmək məqsədilə müxtəlif ölkələrdə "Terror multikulturalizmə qarşı" layihəsi çərçivəsində silsilə konfranslar və "dəyirmi masa"lar keçirmək təşəbbüsü ilə çıxış edir. BBMM-in rəsmi saytında yer alan məlumata görə, "Erməni terroru və Azərbaycan multikulturalizmi" mövzusunda I beynəlxalq "dəyirmi masa" adıçəkilən geniş layihə çərçivəsində baş tutan ilk tədbirdir.
BBMM-in rəsmi saytında qeyd edilir ki, "Erməni terroru: mahiyyəti və tarixi", "Erməni terroru Azərbaycan multikulturalizminə qarşı ", "Erməni terroru və Azərbaycan kürdləri", "Erməni terrorunun hüquqi və mənəvi ölçüləri", "Erməni terroru yeni nəşrlərdə (kitabların təqdimatı)" mövzusunda panellərdə öz işini davam etdirən I beynəlxalq "dəyirmi masa"da yerli mütəxəssislərlə yanaşı, xarici elm adamları, erməni terrorunun araşdırmaçıları-ABŞ-ın Tennesi Texnologiyalar Universitetinin Sosiologiya və siyasi elmlər fakültəsinin professoru Maykl Günter, Rusiyadan tarix elmləri üzrə fəlsəfə doktoru, siyasi analitik Oleq Kuznetsov, fransalı mütəxəssis Cefri Jan Yves Ernest (Yves Benard), Özbəkistandan tarixçi Şöhrət Salamov və hüquqşünas Məmmədrza Allahverdiyev iştirak edib.
Saytda yer alan BBMM-in mətbuat xidmətinin məlumatında bildirilir ki, "dəyirmi masa"da Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik və Məşvərət şuralarının sədri, akademik Kamal Abdullayev çıxış edib: "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti bütövlükdə Azərbaycan mədəniyyətini, multikultural və tolerant siyasətini, Azərbaycan cəmiyyətinin müxtəlif istiqamətdə inkişaf meyllərini, tarixən xalqımıza xas olan multikultural dəyərləri və eyni zamanda dünya mənəvi, mədəni və multikultural xəzinəsindən də müəyyən dəyərləri əxz edərək Azərbaycan multikultural məkanı ilə müqayisə etmək, özümüz üçün müəyyən nəticələr çıxarmaq və gələcək inkişaf yollarımızı daha aydın, daha qətiyyətlə görmək imkanlarını araşdırmaq, təhlil etmək, ideologiyamızın, siyasətimizin mühüm bir komponentinə çevirməkdən ibarətdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan multikulturalizminin ölkə və xarici universitetlərdə tədrisi layihəsi çərçivəsində bu gün adıçəkilən fənn ölkəmizin 28, dünyanın 13 nüfuzlu universitetində tədris edilir. Mərkəzin hazırda Almaniya, Portuqaliya, Rusiya, Qazaxıstan, İtaliya, İsrail və Moldovada rəsmi filialları fəaliyyət göstərir. Mütəmadi olaraq Beynəlxalq Multikulturalizm yay və qış məktəbləri təşkil edilir. Bu gün Azərbaycan multikulturalizmi Portuqaliyadan İndoneziyaya qədər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycan multikulturalizmi modeli son dərəcə vacib, dəyərli mənəvi sərvət kimi öyrənilir, onun müxtəlif istiqamətləri başqa ölkələr tərəfindən tədqiq və tətbiq edilir. Bütün bunların nəticəsi olaraq Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan edib. Bunun əlbəttə ki, böyük ideoloji, tarixi və siyasi səbəbləri var. Bu gün Azərbaycanın dünyada qazandığı müsbət, stabil, ideoloji imici bizə bu istiqamətdə daha intensiv və daha səmərəli fəaliyyət göstərmək üçün yeni imkanlar açır".
Dövlət müşaviri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirməyə başladığı növbəti möhtəşəm "Terror multikulturalizmə qarşı" layihəsinin bir çox şaxələri və mərhələləri özündə ehtiva etdiyini bildirib: "Terror multikulturalizmə qarşı" bir qədər geniş və ümumi bir addır, mənzərənin ümumi görünüşünü əks etdirir. Faktiki olaraq mənzərə daha dəqiqliyi və kəskinliyi ilə ortalığa çıxsa, biz bu adın altında gizlənən həqiqi tariximizi daha yaxşı görə bilərik. Güman edirəm bu ad gələcəkdə multikulturalizm və terror kimi anlayışları qarşı-qarşıya qoyaraq müxtəlif dövlətlərin öz siyasi yolunu müəyyənləşdirərkən bunların hansına üstünlük verməsi ideyasını ortaya qoymağa bizə imkan verər. Bu cür qarşılaşdırma nəticəsində həmin ölkələrin daxilində mənəvi mexanizmlərin necə hazırlandığını, nəyə tuşlandığını və o ideoloji mexanizmlərdən hansı ölkənin nə cür istifadə etməsini biz daha aydın, daha düzgün başa düşə bilərik. Bugünkü "dəyirmi masa", təbii olaraq, "Terror multikulturalizmə qarşı" layihəsi çərçivəsində erməni terroru və Azərbaycan multikulturalizmi anlayışlarının qarşılaşdırılmasına gətirib çıxarır. Azərbaycan ərazisində zaman-zaman terrorun baş qaldırmasının, erməni terrorçu, separatçı, qisasçı qüvvələrinin bu torpaqları ələ keçirmək üçün çoxşaxəli, mürəkkəb bir doktrina ortaya qoyduqlarının nəticəsində, təbii ki, "erməni terrorizmi" adlı, bizim bu gün tanıdığımız, dünyanın da tanıdığı, amma çox zaman susduğu sistemli fəaliyyət ortaya çıxır. Erməni terrorizmi münbit zəmində - multikulturalizm mühitinin, etnik və dini müxtəlifliyin olmadığı yerdə işləməyə başlayır. Böyük filosof Nitsşenin belə bir fikri var: "Səhra böyüyür". Yəni insanlığa qarşı olan, onun mənəvi-ideoloji dəyərlərinə qarşı olan hər nə varsa, keçmişi və gələcəyi, yaddaşı olmayan bir yerdə heç nə baş verə bilməz. "Səhra böyüyür" deyərkən bu gün biz bunu müasir Ermənistanın timsalında görürük. "Səhra" böyüməyə, terrorizm genişlənməyə can atır. Zaman-zaman erməni terrorizminə Azərbaycan ərazisində yaşayan ən müxtəlif xalqların nümayəndələri məruz qalıb. "Böyük Ermənistan" və "erməni genosidi" əfsanələrini uyduran erməni millətçiləri XX əsrin əvvəllərində Şərqi Anadoludan Fərqanəyədək geniş bir məkanda, dilindən, dinindən, yaşından və cinsindən asılı olmadan dinc, mülki əhaliyə qarşı soyqırım siyasəti aparmış, milyonlarla insan-Anadolu türkləri, özbəklər, türkmənlər, farslarla bərabər, Azərbaycanda yaşayan xalqlar-azərbaycanlılar, ləzgilər, tatlar, yəhudilər, kürdlər, almanlar, ruslar, gürcülər, hətta ermənilər özləri belə bu erməni terrorunun qurbanı olmuşlar. Bu faktla tanış olanda mən özüm də son dərəcə təəccübləndim, amma fakt faktlığında qalır. Bu faktdan çıxış edərək deyə bilərik ki, erməni terroru, ümumiyyətlə, bəşəriyyətə qarşı yönələn sistemli bir fəaliyyətdir. Biz dünyanı buna inandırmağa çalışırıq və inandırırıq. Güman edirəm ki, bu "dəyirmi masa" erməni terrorizminin daha hansı istiqamətlərə yayıldığının təhlilini aparmaq nöqteyi-nəzərdən başqa istiqamətlərdə də bizə işləməyə əsas verəcək. Bu ciddi, ideoloji, insani vətəndaşlıq işidir. Burda iştirak edən xarici mütəxəssislər və qonaqlar həqiqətin yanında olmaqla çox böyük insani borclarını yerinə yetirirlər. Bu gün biz hamımız Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində daha böyük bir yola qədəm qoyuruq. Burada dünyanın müxtəlif ölkələrindən iştirak edən alimlər azərbaycanlı həmkarları ilə əl-ələ verərək dünyanın bilmədiyi, yaxud az bildiyi, bəlkə də bilib qəbul etmək istəmədiyi həqiqətləri bir daha dünyaya təqdim edəcəklər. Bu təqdimat elə olacaq ki, həqiqətlərdən qaçmaq mümkün olmasın. Ümid edirəm ki, bu layihə, bizim gördüyümüz bu iş- ulu öndərin Azərbaycanın inkişafı, tərəqqisi üçün etdiklərinin, Azərbaycanda gedən demokratikləşmə prosesinin dərinləşməsi, cənab Prezidentin səyi və fədakar əzmi nəticəsində Azərbaycan ideallarının ciddi şəkildə həyata keçirilməsi istiqamətində gedən bütün bu ümumi fəaliyyətə kiçik bir əlavə, qatqı, töhfə kimi olacaq".
BBMM-in mətbuat xidmətindən verilən məlumata görə, "dəyirmi masa"da AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Yaqub Mahmudovun moderatorluğu ilə təşkil edilən "Erməni terroru: mahiyyəti və tarixi" adlı paneldə Oleq Kuznetsov "Transmilli erməni terrorizminin etnokonfessional qaynaqları", Maykl Günter "Həqiqət və saxtakarlıq: "erməni soyqırımı" həqiqəti və soyqırım məsələsi", Şöhrət Salamov "Erməni terrorizmi: Kiçik Asiyadan Mərkəzi Asiyaya qədər", siyasi analitik Əli Hacızadə "Qondarma "erməni soyqırımı" erməni terrorunun əks üzüdür" mövzusunda məruzələrlə çıxış ediblər.
"Dəyirmi masa"da Azərbaycanda ləzgi dilində çıxan "Samur" qəzetinin redaktor müavini Müzəffər Məlikməmmədov "Quba soyqırımı", professor Solmaz Rüstəmova-Tohidi "1918-ci il azərbaycanlıların soyqırımı onun erməni təşkilatçılarının təqdimatında", AMEA-nın Qafqazşünaslıq İnstitutunun "Ermənişünaslıq" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova "Azərbaycan əhalisinin soyqırımı Britaniya diplomatlarının sənədlərində", AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev "1918-1920-ci illərdə azərbaycanlıların soyqırımı ermənilərin xatirələrində" mövzusunda məruzələrini təqdim ediblər.
Mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə "Erməni terroru və Azərbaycan kürdləri" ilə bağlı paneldə ermənilər ifşa edilib. BBMM-in rəsmi saytında gedən fikirlərdə qeyd edilir: "XX əsrin sonlarında isə Ermənistan Respublikasında terroru dövlət səviyyəsinə qaldıran hakim dairələrin məqsədyönlü etnik təmizləmə siyasətinə etnik ermənilərdən başqa bütün digər xalqlar-azərbaycanlılar, kürdlər, aysorlar, yunanlar, ruslar, ukraynalılar və beloruslar məruz qaldı. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticəsində erməni terroru ilə üzləşən yüz minlərlə azərbaycanlı ilə bərabər minlərlə kürd əsilli insan kompakt şəkildə yaşadıqları Ermənistan SSR-dən qovuldu və onlara həyan olan Azərbaycan torpağında bu gün də məcburi köçkünlük həyatını yaşamaq məcburiyyətində qalmaqdadır". Bu fikirlər isə "dəyirmi masa"nın "Erməni terroru və Azərbaycan kürdləri" adlı panelində səsləndirilib.
Azərbaycanda "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayevin moderatorluğu ilə keçirilən paneldə "Erməni terroru Azərbaycan kürdlərinə qarşı", "Azərbaycanlı kürd ailəsi Çıraqovların timsalında erməni terrorunun qurbanları", "XX əsrdə Qərbi Azərbaycanda erməni siyasi dairələrinin kürdlərə qarşı terror, repressiya və deportasiyalar siyasəti", "Birinci Dünya Müharibəsi dövründə kürdlərə qarşı "Daşnaksütyun" partiyasının soyqırım cinayətləri", "1916-1918-ci illərdə Şərqi Anadolu, İrəvan və Urmiya bölgələrində ermənilərin kürdlərə qarşı törətdiyi soyqırımı" mövzusunda məruzələr maraq doğurur.
Mətbuat xidmətindən bildirilir ki, "dəyirmi masa"da Laçın rayonunun Ağbulaq kənd sakini, erməni terrorunun canlı şahidi Əbül Şükürov "Xatirələr ölmür və ölməyəcək" mövzusunda çıxış edib.
Professor Solmaz Rüstəmova-Tohidinin moderatorluğu ilə keçirilən "Erməni terrorunun hüquqi və mənəvi ölçüləri" adlı paneldə "Terrorun milləti varmı?", "Mənəvi terror: qeyri-maddi və maddi mədəni irsə qarşı", "Erməni millətçilərinin Qarabağın Alban məbədlərinə qarşı mənəvi terroru", "Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri" mövzusunda məruzələr "dəyirmi masa" iştirakçılarının marağına səbəb olub, panel mövzu ətrafında müzakirələrlə yekunlaşıb.
Gördüyümüz kimi, erməni terrorundan yalnız Azərbaycan türkləri deyil, digər xalqlar da əziyyət çəkib. Azərbaycanlılarla yanaşı, kürd, yəhudi və digər xalqların nümayəndələri erməni terroruna məruz qalıb. Uzun illər gizlin qalan bu faktlar müasir alimlər tərəfindən araşdırılaraq üzə çıxarılıb. Təkmillətli, təkdinli erməni cəmiyyəti ilə çoxmillətli, müxtəlif dinli Azərbaycan cəmiyyəti arasında yerlə göy qədər fərq var. Ermənilərin xislətində terrorçuluq, azərbaycanlıların isə xislətində sülh, barış, qardaşlıq duyğusu var. Erməni terrorundan əziyyət çəkən müxtəlif xalqların təmsilçilərinin, fikir adamlarının bir araya gələrək erməni terroruna qarşı birgə çıxış etməsi təqdir ediləsi işdir. Bu azərbaycançılıq ideologiyasının Azərbaycanda yaşayan bütün xalqları öz ətrafına cəmləməsinin nəticəsidir. Azərbaycanda yaşayan elə bir xalq yoxdur ki, o, erməni terroru ilə üzləşməsin. Cəmiyyətimizin birliyi və dövlətimizin dəstəyi ilə erməni terrorunun bəşəriyyətə vurduğu zərərlər bütün dünyada tanıdılacaq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ