Cümə günü, 20 noyabr 2026
     

"Azərbaycan torpaqlarında ikinci erməni dövləti olmayacaq" - erməni saxtakarlığının tarixi köklərinin ifşası azərbaycançılığın müdafiə istiqaməti kimi...

Image


III yazı

Azərbaycançılıq ideologiyasının ayrılmaz parçası olan düşmənə müqavimət strategiyası özünü doğruldur. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi bütün məkrli olaylar ifşa olunub. Tarixdən bəllidir ki, ermənilərin Azərbaycan torpaqlarına iddiasının kökü bir neçə əsr əvvələ gedib çıxır. Özünü hər yerdə "yazıq millət" kimi göstərən ermənilər əslində məkrli, hiyləgər, satqın bir toplum olaraq tarixdə iz qoyub.
Ermənilərin Dağlıq Qarabağ iddiasının arxasında böyük erməni yalanı durur. Dədə-baba torpaqlarımıza yiyə çıxmağa cəhd edən ermənilər Dağlıq Qarabağı işğal altında saxlamaqla öz iç üzünü açıb dünyaya göstərir.
Erməni rəsmilərinin sülh danışıqlarından qaçması, razılaşmanın bir addımlığında fikirlərini dəyişməsi artıq dünyaya bəllidir. Qərbi Azərbaycan torpaqlarını əldə edərək orada qondarma Ermənistan dövləti quran ermənilər Dağlıq Qarabağı da erməniləşdirmək niyyəti güdür. Halbuki, bu mümkünsüzdür. Əzəli və əbədi Azərbaycan-türk torpağı olan Qarabağ işğaldan azad edilməli və yenidən bizə qaytarılmalıdır. Bilirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, ermənilər dərhal işğal etdikləri ərazilərimizi boşaltmalıdır. İlham Əliyevin Qarabağ uğrunda mübarizəsi xalqımızı qane edir. Çünki elə bir beynəlxalq tribuna, elə bir tədbir yoxdur ki, orada ölkə başçımız Qarabağ problemindən, erməni işğalından danışmasın. Təbii ki, Ermənistan prezidentinin fikri tamam başqadır, o, Azərbaycan torpaqlarının işğalda saxlanmasında maraqlıdır.
Bütün cəhətlərinə görə Azərbaycandan qat-qat zəif olan Ermənistan bircə məkr və hiylədə bizdən güclüdür.
Azərbaycan Prezidenti İlham Əliyev isə həm xalqımızın rifahı naminə, həm də Dağlıq Qarabağın ermənilərdən azad edilməsi üçün böyük işlər görür. Ölkə başçımız qeyd edib: "Ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əfsuslar ki, öz həllini tapmır. Bunun əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir və vasitəçilərin bu məsələyə, bir növ, biganə münasibətidir. Baxmayaraq ki, kifayət qədər güclü bəyanatlar səslənib... Ermənistan, əlbəttə, maraqlıdır ki, bu vəziyyəti - nə hərb, nə sülh vəziyyətini nə qədər mümkündür saxlasın. Ancaq bu bizi qane edə bilməz. Azərbaycan bütün imkanlardan istifadə edir və edəcək ki, danışıqlar prosesində tərəqqi, inkişaf olsun və məsələ tezliklə həll edilsin, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Ancaq əlbəttə ki, bu məsələnin həlli istiqamətində atılan bütün addımlar beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Bundan kənarda heç bir addım atıla bilməz".
Prezident İlham Əliyev çıxışlarından birində qeyd edib ki, beynəlxalq hüquq normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri diktə edir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir: "Biz bütün imkanlardan istifadə edərək ordu quruculuğu prosesində, diplomatik sahədə atılan addımlar, iqtisadi məsələlər və digər regional təşəbbüslər sayəsində mövqeyimizi gücləndiririk...Azərbaycan ildən-ilə güclənir, Ermənistan isə ildən-ilə zəifləyir. Ermənistandan, onların statistik göstəricilərinə görə, ildə ən azı 100 min adam gedir, ölkəni tərk edir. Əlbəttə, əgər biz bu məsələyə tarixi cəhətdən yanaşsaq, heç kimdə şübhə olmaz ki, bu məsələ ədalətli həllini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Çünki inkişaf onu göstərir ki, bu məsələnin başqa həlli ola bilməz. Heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Heç vaxt Azərbaycan öz torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Erməni dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvan xanlığı, Zəngəzur, Göyçə - bütün bunlar bizim tarixi torpaqlarımızdır. 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən İrəvanı Ermənistana bağışlamaq da heç kimin yadından çıxmayıb. Yəni bu tarixi həqiqətdir".
Prezident keçən çıxışlarından birində xüsusi vurğulayıb ki, ikinci dəfə Azərbaycan torpağında qondarma erməni dövləti yaradıla bilməz: "Bu heç vaxt olmayacaq. Ancaq biz çalışırıq və çalışmalıyıq ki, tezliklə məsələni həll edək. Məsələnin bizim xeyrimizə həll edilməsinə mənim heç bir şübhəm yoxdur. Sadəcə olaraq, nə vaxt və hansı yollarla?! Hələ ki, biz diplomatik yollara üstünlük veririk. Bununla bərabər, öz gücümüzü artırırıq. Ermənistanı bütün regional proqramlardan kənarda saxlayarıq. Onları bütün layihələrdən təcrid etmişik. Bu siyasət bundan sonra da davam etdiriləcək. Azərbaycanla rəqabət aparmaq üçün onların nə imkanı, nə insan resursları, nə iradəsi, nə də gücü var. Azərbaycan bu gün güclü dövlətdir. Həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən, bütün cəhətlərdən. Azərbaycan öz gücünü göstərir və göstərəcək".
Politoloqlar qeyd edir ki, müasir, müstəqil Azərbaycanın milli ideologiyasının inkişafı və tətbiqi istiqamətində böyük işlər görülüb. Bu ideologiya yenə də milli-mənəvi dəyərlər üzərində qurulub. Azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji dayağımızdır. Bu gün müstəqil Azərbaycan bu ideoloji dayaq üzərində inkişaf edir. Hər bir dövlətin ideoloji dayaqları olmalıdır.
Tədqiqatçılar yazır ki, ölkə başçımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edir. Həm Ermənistana, həm də beynəlxalq aləmə ölkə başçımız "Azərbaycan torpaqlarında ikinci erməni dövləti olmayacaq" mesajını verib. Onlar deyir ki, Prezident İlham Əliyevin bu fikri Azərbaycan xalqının ürəyincədir və xalqımızla ölkə başçısının mövqeyi eynidir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və ölkə başçımız bununla bağlı güclü səylər göstərir. Biz bütün imkanlardan istifadə edərək ordu quruculuğu prosesində, diplomatik sahədə atılan addımlar, iqtisadi məsələlər və digər regional təşəbbüslər sayəsində mövqeyimizi gücləndiririk.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail dövlətindəki nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut qeyd edib ki, Ermənistanın ucbatından Azərbaycan 24 ildən çoxdur təcavüzdən əziyyət çəkir: "Bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib. Ermənistan bu ərazilərdə etnik təmizləmə aparıb və bir milyondan çox insan oradan qovulub. Məgər bunlar insan hüquqlarının pozulması, beynəlxalq hüququn ən adi normalarının pozulması deyilmi?!
Cənubi Qafqazda daha bir erməni dövləti ola bilməz. Ermənilər XX əsrin əvvəlində əzəli Azərbaycan torpaqlarında öz müqəddəratını təyin edib. Azərbaycanın erməni xalqı ilə bağlı heç bir problemi yoxdur və ola da bilməz, lakin bir böyük problem var-Sarkisyanın terrorçu rejimi ilə bağlı sivilizasiya və mədəni uçurum problemi. Dünya daha susmamalı və Ermənistanın nazı ilə oynamamalıdır. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Dağlıq Qarabağdakı erməni vətəndaşlara ən yüksək muxtariyyət statusu verməyə hazırdır. Bu gün özünün geosiyasi və geoiqtisadi təşəbbüsləri sayəsində Azərbaycan regionun ən güclü dövlətinə və liderinə çevrilib, dünyanın bu strateji regionunda heç bir siyasi, iqtisadi, yaxud nəqliyyat məsələsi Azərbaycanın iştirakı və razılığı olmadan həll edilə bilməz. Cənubi Qafqaz regionunda təcrid olunmuş Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə Xəzərin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb. Danılmaz faktdır ki, Ermənistan Cənubi Qafqazda ən asılı və yoxsul ölkədir".
Millət vəkili, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə mətbuata bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın dövlətçilik məsələsidir və hər bir vətəndaşımız üçün çox ağrılı bir problemdir: "Azərbaycan dövləti və cəmiyyəti münaqişənin həlli üçün bütün mümkün variantlardan istifadə edir. Məsələnin siyasi həllinə nail olmaq üçün iri beynəlxalq təşkilatlar cəlb olunub - BMT, AŞPA və digər qurumların münaqişə ilə bağlı müvafiq qərarları var. Bununla belə, Ermənistan yenə də özünün işğalçılıq siyasətindən əl çəkmir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, beynəlxalq hüquq çərçivəsində qonşuluq münasibətləri qurmaq fikirlərindən çox uzaqdır. Ermənistan süni şəkildə, tarixi təsadüf nəticəsində yaranan bir dövlətdir, tarixən onların heç bir ərazisi olmayıb. Onların dövlətçilik prinsipləri bu gün Azərbaycan torpaqlarının işğalı üzərində qurulub. Bu baxımdan, Azərbaycanın öz ərazi bütövlüyündə israr etməsi bizim üçün ən vacib məsələlərdən biridir".
Ölkə başçısının fikirlərinə dəstək verən A.Mirzəzadə bildirib: "Ərazi bütövlüyü məsələsində güzəşt ola bilməz. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına razılıq verə bilməz. Bu gün Ermənistanla hər hansı əlaqələrdən söhbət gedə bilməz. Azərbaycan Prezidenti İlham Əliyevin "Ermənistana hər sahədə təzyiq olunmalıdır" tezisini əsas tutaraq bu təzyiqi cəbhə xəttində daha da gücləndirməliyik. Azərbaycan beynəlxalq təşkilatların tribunasından daim istifadə etməlidir. Artıq bu təzyiq öz nəticəsini verməkdədir. Vaxtilə Ermənistan cəmiyyətində eyforiya vardısa, artıq orada apatiya əhval-ruhiyyəsi hökm sürməkdədir. Ermənistan əhalisi durmadan ölkədən köçüb gedir. Bu dövlət Azərbaycanın təşəbbüskarı olduğu bütün regional layihələrdən kənarda qalıb. Ermənistan çox aşağı büdcə və böyük problemlərə malikdir. Yəni bu münaqişənin mövcudluğu Azərbaycandan daha çox Ermənistan üçün də problemlər yaradır".
A.Mirzəzadə mətbuata deyib ki, Ermənistana hər bir sferada təzyiqlər, Dağlıq Qarabağla bağlı məsələnin beynəlxalq təşkilatlarda qaldırılması siyasəti davam etdirilməlidir: "Ermənisanın siyasi təzyiqlərə məruz qalması, bununla yanaşı, Azərbaycan iqtisadiyyatının güclənməsi, ölkəmizin regionda lider statusunu saxlaması Dağlıq Qarabağ probleminin çox da uzaq olmayan dövrdə həllinə gətirib çıxaracaq".
Tarixçi, millət vəkili Yaqub Mahmudov isə qeyd edib ki, Azərbaycan bir dəfə ermənilərə dövlət yaratmaq hüququ verib, ikinci erməni dövləti ola bilməz: "Elmi həqiqət ondan ibarətdir ki, bir dəfə ərazimizdə ermənilərə dövlət yaratmaq hüququ vermişik, ikinci erməni dövləti, özü də Qarabağda ola bilməz. 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cumhuriyyəti İrəvan və ətrafında 9 min kvadratmetr ərazini ermənilərə güzəştə gedib. Bununla da Cənubi Qafqazda Ermənistan dövləti yaranıb. Bunu səhv addım hesab edən tarixçi alimin fikrincə, bəyanat verilməli idi ki, dövlət beynəlxalq təzyiqlər nəticəsində müvəqqəti olaraq öz torpaqlarından əl çəkməyə məcburdur. Amma bu torpaqlar Azərbaycana məxsusdur. Fikrimcə, bizim o torpaqlara varislik hüququmuz qüvvədədir. İrəvan şəhərini verərkən şərtlər qoyulmuşdu və bunlar ermənilərin fransız dilində Osmanlı imperiyası ilə bağladığı müqavilədə əksini tapıb. Onlar söz vermişlər ki, soyqırım həyata keçirməyəcək, bir daha ərazi iddiaları irəli sürməyəcək, xalqımız köçüb gələn ermənilərlə bərabər hüquqlara malik olacaq. Ancaq sözlərinə əməl etmədilər. Təkcə İrəvan qalasında 8 məscid vardı, indi onlar yoxdur. Yalnız Göy Məscidin bir parçasını təmir edərək İrana icarəyə veriblər. Azərbaycan tarixi yenidən araşdırılır, yazılır". Onun sözlərinə görə, Azərbaycanın tarixi yalnız indiki Azərbaycan Respublikasının ərazisi çərçivəsində düşünülməməlidir: "Müxtəlif dövrlərdə Azərbaycan xalqı imperiyalar yaradıb. O tarixə sahib çıxmalıyıq. Xüsusilə İrəvan xanlığının tarixi araşdırılmalıdır. Çox təəssüf ki, Azərbaycan tarixinə keçmiş İrəvan xanlığının ərazisi, bugünkü Ermənistan adlanan dövlətin ərazisi daxil edilməyib. Ona görə də bura 180-200 il əvvəl köçürülüb gətirilən ermənilər o torpağa sahib çıxıb və bütün dünyaya bəyan ediblər ki, guya onlar bu yerlərin aborigen əhalisidir, biz isə Altaydan köçüb gəlməyik. Bizim tariximiz amansızcasına təhrif olunub. Tarix İnstitutunda aparılan axtarışlar, tədqiqatlar nəticəsində xüsusilə dövlət başçısının təşəbbüsü ilə "İrəvan xanlığı", "Qarabağın tarixi" kimi kitabların yazılması nəticəsində dünya miqyasında sübuta yetirmişik ki, əksinə, biz bu yerlərin aborigen əhalisiyik, ermənilər isə bura 200 il əvvəl köçürülüb. Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Tarixinə sahib çıxmayan xalq isə gec-tez başqalarına yem olur".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan torpaqlarında ikinci erməni dövləti olmayacaq" mesajı azərbaycançılıq ideologiyasının təlqin etdiyi təəssübkeşlik, vətəndaşlıq və vətənpərvərlik dəst-xəttinə sadiqliyin, müdrik siyasətin nəticəsidir. Xalq onun təəssübünü çəkən rəhbərinin addımlarını ancaq alqışlayır, təqdir edir. Bəli, ana torpaqdan pay olmaz. Torpaq babalarımızın əmanətidir. Əminik ki, ölkə başçımızın apardığı uğurlu siyasət sayəsində işğal altında olan torpaqlarımız azad ediləcək!
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ