Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan və Qərb tolerantlığının fərqləri azərbaycançılıq göstəricisi kimi...
Tarix: 09.06.2016 / 01:19
Bölmə: Layihə
Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilib. Ölkəmizdə dərin kökləri olan multikulturalizm özündə mədəni müxtəlifliyi ehtiva edir. Multikulturalizm və tolerantlığa hər cəmiyyətin öz yanaşması var. Məsələn, Qərb tolerantlığı bir toplumun digər topluma dözümlü münasibət göstərməsi deməkdir.
Yəni "mən sənin milli kimliyinə, dininə, etiqadına, irqinə dözüm göstərirəm, dözürəm". Azərbaycanda isə tolerantlığa yanaşma başqa cürdür. Bizdə ölkəmizdə yaşayan azsaylı xalqlara, dinlərin nümayəndələrinə, onların mədəniyyətinə, həyat tərzinə nəinki dözümlü yanaşır, hətta böyük ehtiram, sayğı göstərirlər. Ölkəmizdə kifayət qədər buna nümunələr var. Ekspertlər düşünür ki, Azərbaycandakı tolerantlıq dözümlülüklə yanaşı, sayğı, hörmət, ehtiram və qayğı ilə süsləndiyi üçün olduqca unikal modeldir. Dünyada isə bu modelin analoqu yoxdur desək yanılmarıq. Çünki Avropada, Qərbdə, Amerikada
tolerantlığa yanaşma ilə bizim cəmiyyətdəki yanaşma fərqlidir. Azərbaycana gələnlər respublikamızda formalaşan bu ənənəni başqa ölkələrə, xalqlara nümunə kimi təqdim edir.
Ekspertlər qeyd edir ki, Azərbaycan hər zaman dünyada multikulturalizmin və tolerantlığın ən uğurlu modellərindən birinin bərqərar olduğu diyar sayılıb.
Bildiyimiz kimi, Azərbaycanda etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm və tolerantlıq sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi ənənənin daha da möhkəmlənməsinə yol açıb.
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi də dünya ölkələrinin Azərbaycandakı tolerant mühitə olan münasibətinin real ifadəsidir.
Tarixin bütün dönəmlərində Azərbaycanda müxtəlif etnoslar, xalqlar, ayrı-ayrı dinlərə sitayiş edən insanlar əminamanlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Politoloq və teoloqlar qeyd edir ki, tarixin bütün dövrlərində dünyanın, demək olar ki, hər bir tərəfində milli və dini zəminlərdə qarşıdurmalar baş verib, insanlığa, bəşəriyyətə qarşı ağır cinayətlər törədilib. Lakin Azərbaycanda yaşayan xalqlar arasında heç vaxt milli-etnik və dini zəmində ədavət baş verməyib, bu məqsədlə kənardan edilən cəhdlər iflasa uğrayıb.
Teoloqlar vurğulayır ki, din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil edib və insanlar tərəfindən doğru dərk edildiyi zaman bu dəyərlərin zəmanətinə çevrilib. Azərbaycan üçün əsas mühüm xüsusiyyətlərdən biri isə ondan ibarətdir ki, bu ölkə bütün islam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biridir.
Bilirik ki, Azərbaycan əhalisinin 96 faizi islam dininə tapınır. Buna baxmayaraq, respublikamızda başqa dinlərin nümayəndələri üçün də böyük şərait yaradılıb. Onlar heç bir ayrıseçkiliyə məruz qalmadan ibadət edir. Azərbaycan türkləri nəinki onlara dözür, hətta onların dinlərinə, məbədlərinə sayğı və qayğı ilə yanaşır. Məlumdur ki, Azərbaycanda xristianlara aid məbədlər təmir edilir, onlar üçün burada hər cür şərait yaradılır. Teoloqlar qeyd edir ki, xristian pravoslav kilsəsinin fəaliyyətinin bərpası, Bakıda katolik kilsəsinin inşa olunması Azərbaycandakı dini müxtəlifliyin və bu müxtəlifliyə insanların tolerant münasibətinin bariz nümunəsidir.
2002-ci ildə Roma Papası II İohan Pavel respublikamıza tarixi səfər etmişdi. O vaxt Papa ölkəmizdə dini tolerantlıq ənənələrinin güclü olduğunu bildirmişdi. Roma Papası Azərbaycanın müxtəlif xalqların və dinlərin mənəvi dəyərlərini özündə bir araya gətirdiyini söyləyərək burada onların sülh şəraitində, dinc yanaşı yaşadıqlarını, bunun isə ancaq tolerantlıq və qarşılıqlı hörmət nəticəsində mümkün olduğunu bəyan etmişdi.
Respublikamızda dini etiqad azadlığına təkcə sözdə yox, həm də praktikada geniş imkanlar yaradılıb. Dövlət, sözün həqiqi mənasında, vicdan azadlığının təminatçısıdır. İndi dindarlar ölkənin qanunlarına arxalanır. Bu sahədə dövlət siyasətinin uğurla həyata keçirilməsində, cəmiyyətimizin mənəvi dayaqlarının möhkəmlənməsində, dini dəyərlərin humanist potensialının qorunub saxlanmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rolu böyükdür. Komitənin işi dini qurumları qeydiyyata almaq, problemləri ilə maraqlanmaq, dini etiqad azadlığı ilə bağlı olan qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdir. Sirr deyil ki, son dövrlərdə din amilindən müxtəlif məqsədlər üçün yararlanmaq meylləri də özünü göstərib. Bu mənada zərərli dini meyllərin qarşısının alınması, dindən siyasi alət kimi istifadə olunmasına yol verilməməsi istiqamətində komitənin fəaliyyəti təqdirəlayiqdir. Komitənin fəaliyyəti müxtəlif dini qurumlar arasında da xoş münasibətlərin qurulmasına səbəb olub. Teoloqlar bildirir ki, Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin və tolerantlığının elmi əsaslarla öyrənilməsi, həmçinin dünyada təbliği istiqamətində göstərdiyi konkret hədəflərə çatmaq üçün atılan əməli addımlar öz bəhrəsini verməkdədir.
2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunması bu sahəyə diqqəti daha da artırır və eyni zamanda, dünyanı alternativi olmayan multikulturalizm və tolerantlıq siyasətindən daha effektiv şəkildə faydalanmağa dəvət edir.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının "Azərbaycan" qəzetində yer alan fikirlərinə görə, Azərbaycan cəmiyyətinin tolerantlıqda analoqu yoxdur: "Azərbaycanda Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra həyata keçirilən dövlət quruculuğu prosesi bütün sahələri əhatə etdi. Səmərəli islahatlar nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Növbəti mərhələlərdə respublikamız dünyaya inteqrasiya olundu, müxtəlif neft müqavilələri imzalandı. Bunlar, nəticə etibarilə, müstəqilliyimizin möhkəmlənməsinə, iqtisadiyyatımızın inkişafına yol açdı. Müstəqil dövlət olaraq Azərbaycan ildən-ilə gücləndi, Cənubi Qafqazın liderinə çevrildi.
Azərbaycan həm də müxtəlif dinlərin, etnosların yaşadığı, möhkəm tolerant ənənələri və multikultural dəyərləri olan ölkədir. Burada həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində yaşayıb və bu ənənə günümüzdə də yüksək şəkildə davam edir. Ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əminamanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında məhz bizim xalqa xas olan tolerantlığın, humanizmin və multikultural dəyərlərin müstəsna rolu var. Təbii ki, yeni dövlət quruculuğunda bunlar da nəzərə alındı və ölkəmiz bu sahədə yeni konsepsiya ortaya qoydu. Dövlət-din münasibətləri, ayrı-ayrı etnoslar arasında əlaqələr, hər bir xalqın mədəni-mənəvi dəyərlərinin öyrənilməsi və təbliği yeni keyfiyyət mərhələsinə qaldırıldı. Ona görə bu gün Azərbaycan bütün dinlərin, etnosların bərabər şəkildə, dostluq şəraitində yaşadığı və hüquqlarının təsbit olunduğu dövlətdir. Həmçinin Azərbaycan din siyasətinə, insanların vicdan azadlığına görə dünyada nadir nümunəvi ölkələrdən biridir.
Biz müsəlman dünyasının bir parçasıyıq. 57 müsəlman ölkəsindən biri Azərbaycandır. Lakin xüsusi vurğulamalıyıq ki, məhz tolerantlığın nəticəsidir ki, müsəlman dünyasında gedən məzhəblərarası, təriqətlərarası qarşıdurmalar Azərbaycanda müşahidə olunmur. Ölkəmizdə heç vaxt dini qarşıdurmaya çağırış olmayıb, dini ayrıseçkiliyi təbliğ və təşviq edən qruplar yoxdur. Bizdə heç vaxt təriqət baxımından qarşıdurma müşahidə edilməyib. Bunun bəzi fəsadları, elementləri ölkəmizdə, ərazimizdə özünü büruzə versə də, bu bizim şüurumuza, həyat tərzimizə, məişətimizə müdaxilə edə bilmək imkanında deyil. Ona görə burada tarixən islam dininin müxtəlif təriqətlərinin birgəyaşayışı mövcud olub. Bu gün də məscidlərdə müxtəlif təriqətlərin daşıyıcıları dini ayinlərini bir yerdə icra edirlər, bir-birinə hörmətlə yanaşırlar.
Hansı ölkələrdə ki, məzhəb qarşıdurmaları var, toqquşmalar olur, o yerlərdə din faktiki olaraq ayrı-ayrı qrupların əlində alətə çevrilib. Orada islam dininin əsl mahiyyətindən uzaqlaşıblar. Həmin ölkələrdə din siyasətin aləti olaraq dövlətin inkişafına deyil, yüksəlişinin ləngidilməsinə, güclənməsinə deyil, zəifləməsinə və dağılmasına yönəlib. Əlbəttə, burada nə din günahkardır, nə də islamın söykəndiyi müqəddəs dəyərlər. Burada günahkar həmin dindən sui-istifadə edənlərdir".
M.Qurbanlının qeyd etdiyinə görə, dünyada gedən proseslərə nəzər salsaq görərik ki, bu gün planetimizdə 80-ə qədər münaqişə ocağı var və onun 50-si dondurulmuş vəziyyətdədir, amma hər birində istənilən vaxt döyüşlər alovlana bilər: "Buna baxmayaraq, hər birində tez-tez insanlar həlak olur. Təkcə 2000-ci ildən 2015-ci ilə qədər belə münaqişələrdə 2,5 milyon nəfər həyatını itirib. Məsələn, Kəşmir münaqişəsi "yatmış" vəziyyətdədir. Lakin orada hər gün insan itkisi baş verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş hesab edirlər. Amma ermənilərin 1994-cü ildən bəri törətdiyi təxribatlar və fitnəkarlıq nəticəsində cəbhə xəttində insan itkisi baş verir. Aprelin əvvəllərində gedən dördgünlük müharibə bu münaqişənin donmuş olmadığını göstərdi. Dünyada olan münaqişələrin 30-da isə qanlı savaş gedir. Bunun, ən azından, 10-u məzhəblərarası, dindaxili toqquşmalardır. Təəssüf ki, bu münaqişələrin 7-si islam dini adı altında fəaliyyət göstərən dini-siyasi qruplar arasında baş verməkdədir. Bəs bu münaqişələr nədən yaranır, səbəbi nədir? Bunun səbəbi məhz tolerantlıq mühitinin və multikultural dəyərlərin həmin cəmiyyətdə lazımi səviyyədə tətbiq olunmamasıdır. Yaxud multikultural və tolerant düşüncə tərzinin insanların məişətindən çıxması və qarşıdurmaların insanların məişəti səviyyəsinə hopmasıdır.
Digər bir səbəb insanlar arasında zərərli təbliğatın aparılmasıdır. İslam müqəddəs dindir. Amma təəssüf ki, islam dini adı altında müxtəlif zərərli qruplar fəaliyyət göstərirlər. Həmin qruplar islamın əsas fundamental dəyərlərindən kənara çıxaraq, zərərli təşviqatlar apararaq insanları din adı altında başqa məqsədlərə yönəldir, onları silahlı münaqişələrə cəlb edir, digər mədəniyyətlərə və dinlərə qarşı qoyurlar. Lakin din savaşa, toqquşmalara xidmət etməli deyil. Din müharibə üçün yaranmayıb. Din insanları yalnız iman yoluna çağırır.
Tolerantlıq heç də başqalarına güzəştə getmək deyil, tolerantlıq öz mövqeyini, xüsusiyyətlərini qoruyaraq başqalarına hörmətlə yanaşmaqdır. Tolerantlıq müxtəlif sahələri əhatə edir və fərqli formaları var. Tolerantlıq etnoslar arasında da var, dində də. Həmçinin məişətdə də, ekologiyada da tolerantlıq var. İnsanın dilinə, həyat tərzinə münasibətdə də tolerantlıq var. Tolerantlıq başqalarına dözümlü yanaşmaqdır. İslam dini başqa dinlərə dözümlü yanaşmaqda nümunə rolunu oynayır. Çünki dinimiz heç bir dini inkar etmir. "Qurani-Kərim" xristianlığı da, yəhudiliyi də qəbul edərək, oradakı səhvləri göstərərək yeni ayələrlə bunu izah edir. Bəzən tolerantlığı başqaları qarşısında geri çəkilmək kimi təbliğ etmək istəyənlər olur. Bu yanlışdır. Azərbaycan xalqının keçdiyi tarixi yola nəzər salarkən görürük ki, biz daim tolerant olmuşuq. Əgər tolerant xalq olmasaydıq, yaşadığımız coğrafiyada bizimlə birgə məskunlaşan müxtəlif dinlərin nümayəndələrini, etnosları assimilyasiyaya məruz qoyardıq. Digər dinlərin fəaliyyətinə burada imkan verməzdik. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Amma ölkəmizdə müsəlman icması ilə yanaşı, yəhudi, xristian, krişna şüuru, baptist, adventist icmaları var. 13 kilsə, o cümlədən Qafqaz Albaniyasının varisi sayılan alban-udi kilsəsi, 7 sinaqoq fəaliyyət göstərir. Dünyada yəhudilərin azad şəkildə öz dini inanclarını icra etdiyi ölkələr içərisində Azərbaycan birinci yerdədir. Azərbaycan, demək olar ki, yəhudilərin İsraildən sonra ən azad dini icma şəklində fəaliyyət göstərdiyi bir ölkədir. Bütün bunlar göstərir ki, Azərbaycan xalqı digər dinlərə tolerant yanaşır".
(Ardı var)
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...
19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ