şənbə günü, 21 noyabr 2026
     

Azərbaycan dövlətçilik sistemində dövlətçilik azərbaycançılığın mühüm ifadə üsulu kimi...

Image


Müasir Azərbaycan elminin qarşısında duran məsələlərdən biri multikulturalizmlə bağlı araşdırmalar, tədqiqatlar aparmaq, onun mahiyyətini, tarixi köklərini öyrənib təbliğ etməkdir. Multikulturalizm və Azərbaycan dövlətçiliyi bir inkişaf modeli kimi bütün dünyanın diqqətini çəkir. Azərbaycançılığın vacib qolu olan multikulturalizm bu gün ölkəmizdə həyat tərzinə çevrilir.
Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin saytında "Multikulturalizm və dövlətçiliyin gələcək inkişaf modelinə aparan yollar haqqında" mövzusunda AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işçisi, Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının müəllimi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlünün maraqlı fikirləri yer alıb. Y.Şükürlü yazır: "Məlumdur ki, etnopsixologiya və ya etnik psixologiya adlanan tədqiqat sahəsi millətlərin psixologiyasının öyrənilməsi ilə məşğul olduğuna görə bu elm sahəsinə olan böyük maraq siyasi motivlərlə əlaqədardır. Hətta politologiyada etnik psixologiyanın təsiri ilə yaranmış "Etnopolitologiya" adlı xüsusi bölmə mövcuddur. Etnopsixologiya insanların etnik (mədəni) mənsubiyyəti ilə onların psixologiyası arasındakı əlaqəni öyrənən psixologiya sahəsidir, bu elm sahəsi kimə necə təsir göstərmək işini müəyyən etməyə imkan verir. Müasir dünya psixologiyasında millətlərin psixologiyasının öyrənilməsi məsələsinə iki fərqli yanaşma xətti-modelləri mövcuddur: Amerika və Avrasiya modelləri. Birinci model ABŞ psixologiyasında meydana çıxmışdır və o dövlətdə aparıcı mövqeyə malikdir. İkinci model - Avropa, keçmiş SSRİ və Uzaq Şərq ölkələrində isə millətlərin psixologiyası "etnik psixologiya" çərçivəsində öyrənilir. Etnik və siyasi millətçilik arasında o fərq var ki, etnik millətçilik xalqların inkişafının erkən çağlarında gərəkli olduğu halda, siyasi millətçilik dünyanın Yeni və Ən Yeni tarixi üçün səciyyəvidir. Bu həm də xalqların ictimai-siyasi şüurunda baş verən keyfiyyət dəyişikliklərindən, rasional seçimin inkişaf etməsindən irəli gəlir. Etnik millətçilik nisbətən aşağı səviyyə hesab edilən primitiv millətçilik hesab edilir və müəyyən zəmin yarananda etnik millətçilik öz yerini daha yüksək səviyyəli millətçiliyə verir. Məlumdur ki, hakimiyyətin mənbəyi başqa qüvvə yox, onun öz xalqıdır və keçən əsrlərdə Avropa məkanında, hazırda isə Yaxın Şərq ölkələrində baş verən dəyişikliklərin mahiyyəti də elə xalqdan irəli gəlir. Vətəndaş millətçiliyi kimi formalaşan və ya buna can atan dövlətlərin daha uğurlu inkişaf etməsinin səbəbi də elə xalq qüvvələridir. Siyasi millətçilik əsasında təşkilatlanan dövlətlərdə etnik-milli enerjinin əhəmiyyətli hissəsi ölkədaxili münaqişələrin həllinə sərf edilir. Hərc-mərclik baş alıb gedir və sonda bu ölkə hansı formadasa digər dövlətlərdən asılı vəziyyətə düşür. Əgər bir ölkədə vətəndaş identikliyi, həmrəyliyi imkan verirsə ki, milli və mədəni müxtəlifliyin tükənməz enerjisi ümumi dövlətçilik mənafeyinə xidmət etsin, o qüvvəni dövlətin inkişafı istiqamətinə yönəltsin, həmin dövlət inkişaf edəcək və əldə etdiyi müstəqilliyi qoruyub saxlayacaq. Hazırda dünyanın "immun sistemi" çox təhlükəli meyllərin birbaşa təsiri altına düşmüşdür. Beynəlxalq təhlükəsizlik həm bütövlük keyfiyyətinə malik qlobal sistem olmaq etibarilə, həm də ayrı-ayrı regionlar və ölkələr bölümündə ifrat dərəcədə mürəkkəb məzmunlu problemli situasiya ilə qarşı-qarşıyadır. Problemin fəlsəfi ideallaşdırılması və bu prizmadan çıxış yollarına baxış birmənalı olaraq "realist məktəbin" (D.Qobson, K.Kıauzevits, Q.Morqentau, Q.Kissincer) öz mahiyyəti etibarilə artıq kifayət qədər "tüklənmiş" Pareto-optimumundan elə də fərqlənməyən konseptual yanaşmasına gətirib çıxarır. Sabit qaydaların, sabit dünya nizamının mövcudluğu mütləq təhlükəsizliyin qarantı kimi çıxış etmək keyfiyyətinə malik deyil. "Realist məktəbin" məntiqindən çıxış etsək, onda belə məlum olur ki, bir ölkənin "mütləq təhlükəsizliyi", digər bir ölkənin, yaxud ölkələr qrupunun nisbi təhlükələrə məruz qalması şəraitində reallığa çevrilə bilər. Başqa sözlə, qlobal miqyasda ölkələrarası qarşılıqlı asılılığın assimetrikliyi adi gözlə müşahidə olunmaqdadır. Nəyin paylanması, yaxud bölüşdürülməsindən asılı olmayaraq, qlobal assimmetriklik kütləvi şəkildə ədalətsizlik doğurur. Ədalətsizliyin qlobal miqyaslı təzahür formaları dünya nizamının quruluş prinsiplərinin yanlışlığı ucbatından təbiilik xassəsinə malik empirik nəticələr kimi ortalığa çıxır".
Alim qeyd edir ki, müasir dünya prosesi olan qloballaşmada xalqlar unifikasiya cəhdlərində öz milli identikliyi üçün təhlükə görür və daha sərt müqavimət göstərir. Onun bildirdiyinə görə, unifikasiya istehsalın seriyalılığının yüksəldilməsinə, yüksək məhsuldar və avtomatlaşdırılmış vasitələr və onları hazırlayan mütərəqqi texnologiyalar tətbiq edilməsinə, istehsalın ixtisaslaşdırılması və kooperativləşdirilməsinin dərinləşməsinə səbəb olur. Alimin yazdığına görə, unifikasiya nəticəsində əmək və maddi ehtiyatlara qənaət edilir, yeni məhsul növlərinin işlənməsi və mənimsənilməsi vaxtının və onun hazırlanmasının istehsal dövrünün müddəti qısaldılır, əmək məhsuldarlığı, məhsulun keyfiyyəti və istehsalın səmərəliliyi yüksəldilir: "Bu proseslər yalnız bəşəriyyətin vahid və standart model üzrə inkişafı fonunda həyata keçə bilər. Bəşəriyyətin vahid və standart model üzrə inkişaf etməsi çətin məsələdir və unifikasiyaya aid fikirlərin perspektivsizliyi artıq heç kimdə şübhə doğurmur. İdentikliyin formalaşması prosesində mühüm rol oynayan insanlararası canlı ünsiyyəti isə informasiya cəmiyyətində ənənəvi olan sosial-identik təşkilatlanma fəaliyyətdə olduğumuz məkanı surroqat ünsiyyət forması ilə əvəzləyir, yəni alternativ qrup identikliyi formalarını yaradır. Həmin bu dəyişiklik inkişaf etmiş ölkələrdə asudə vaxtın artması və iş vaxtının azalmaması ilə həyata keçir. Yaranan həmin dəyişiklik - bütövlükdə həyat tərzinin və davranış modellərinin radikal transformasiyası - adekvat identiklik mexanizmlərini zəiflədir, əhalinin rəqəmsal asimmetriyası nəticəsində qütbləmə yaranır. Bu vəziyyət də, öz növbəsində, dünyagörüşlərinin və müxtəlif identiklik formalarının toqquşmasına gətirib çıxarır. Biz Avropa Birliyində bir-birinə rəqib olan siyasi, dini dəyərlərin və layihələrin mübarizə meydanına çevrildiyi ərəfənin müasirləriyik. Dünyada identiklik böhranı normal hala çevrilməkdədir. Avropa isə kəskin identiklik böhranını yaşayır. Bu məkanda üç əsas layihə: sekulyar-liberal, konservativ və panislamist layihələr hökm sürür. Həmin layihələr Avropa dövlətlərinin müstəqilliyini və xalqların özlərinin maddi güzəranını çətin vəziyyətə salır. Məsələn, bu gün "Böyük Venetsiya" tənəzzül edir və şəhər-muzeyə çevrilir. Hər hansı bir etnosun ölkə daxilində xüsusi diqqətlə möhkəmlənməsinə rəğbət bəsləyən və vətəndaş millətçiliyini, dövlətçiliyi arxa plana çəkən multikulturalizm ziyanlı prosesdir. Bütün dünyada gedən bu proses Azərbaycandan da yan keçmir, ona hazır olmaq, onun ziyanlı təsirlərini azaltmaq üçün dövlətin aktiv fəaliyyəti lazımdır. 10-11 oktyabr 2011-ci ildə Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumun açılışında İlham Əliyev bildirirdi: "Multikulturalizmin alternativi özünütəcriddir. Mən inanmıram ki, iyirmi birinci əsrdə, qloballaşan dünyada hər hansı bir siyasi qüvvə özünütəcrid siyasətini aparmağa cəhd etsin. Bu yol heç bir yerə aparmır. Multikulturalizmin dəyərləri, əsasları möhkəmləndirilməlidir. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrıseçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri var. Hər bir insan - həm ölkənin vətəndaşı, həm ölkəyə gələn qonaq, əlbəttə ki, o qaydalara, o ənənələrə hörmətlə yanaşmalıdır. Mən əminəm ki, bu amillərin sintezi nəticəsində bu gün müxtəlif dairələrdə multikulturalizmlə bağlı səslənən bədbin fikirlər aradan götürüləcək. Bizim bu gün keçirdiyimiz Forum multikulturalizmin təsdiqidir, onun təntənəsidir".
Dünyada multikultural dəyərlərin heç də tam olaraq təqdir edilmədiyini vurğulayan tədqiqatçı qeyd edir ki, qütbləşmiş dünyanın qütblərinin birində kosmopolitik dünya vətəndaşlığı, digərində isə alternativ qismdə olan fundamentalist etnik-dini, konfessional, sivilizasion identiklik seçimləri durur və bunlar qarşı-qarşıyadır: "Belə bir şəraitdə hər bir dövlətin öz vətəndaşları üçün təmin etdiyi identiklik məkanına ikitərəfli təzyiq yaranmışdır. Bu təzyiqlərdən biri mədəni hegemoniya və informasiya qlobalizminin unifikasiya meyllərinin təzyiqidir, digəri isə etnik-dini və s. birliklərin təzyiqidir.
Məlumdur ki, "neqativ (mənfi) identiklik" nisbətən az təhlil olunmuş baxışdır və neqativ identiklik - "biz onlar kimi deyilik" kimi "biz-onlar" məntiqinin total qarşıdurmasına əsaslanır. Neqativ identikliyin müəyyən hədləri aşmaması üçün onun elementlərinin pozitiv məzmunla tamamlanmasına cəhd göstərilməsi çox vacibdir. Əks təqdirdə, neqativ identiklik qrup həmrəyliyindən başlayaraq, şovinist separatizmə, vətəndaş cəmiyyətinin böhranına qədər yol aça bilən təhdidə çevrilir. Bu proseslərin nəticələrini hələ də Azərbaycan yaşamaqdadır. Belə ki, tarixi yaddaşı tamamilə neqativ identikliklə zəhərlənən erməni identikliyi milli quruculuq proseslərini mütləq başqa xalqın təmsilçilərinin qaralanması və pislənməsi, düşmən obrazının yaradılması zəmini üzərində qurmağa səy göstərir, erməni elitası siyasi məqsədlərə nail olmaq üçün səfərbəredici məqam kimi "düşmən ölkə" ritorikasından sui-istifadə edir. Lakin bu yol yanlış olduğu üçün onun gələcəyi yoxdur. İnkişafın fundamental resursu rolunu oynadığı üçün identiklik məhz bu məqamlarda özünü daha aydın büruzə verir".
Tədqiqatçının yazdığına görə, müasir etnopolitoloji elm birmənalı şəkildə sübut edir ki, şovinizm, milli müstəsnalıq, separatizm meylləri arxaik düşüncənin, milli inkişafın primitiv səviyyələrinə müvafiq olan etnopsixoloji fenomendir. Bu elmi qənaət Ermənistan və bunabənzər dövlətlərin ideoloji dayaqlarının hansı səviyyədə olmasının bariz sübutudur. O deyir ki, universalizm, bəşəri humanizm, sülh prinsiplərinə zidd olan, başqa dövlətlərə qəsd edən faşizm və s. kimi insanlıq əleyhinə olan ideoloji mövqedir: "Üstəlik də universalizm hər hansı dövlətin ideya tarixində ənənəyə çevriləndə onun nəticələri bütün dünya üçün təhlükə və gərginlik mənbəyi olur. Məsələn, alman xalqının faşizm ideyasından qurtularaq öz milli amalını dəyişməyə, daha ülvi məqsədlərə qadir bir xalq olduğunu dünyaya alman möcüzəsinin arxitektoru K.Adenauer sübut edə bildi. Bu, XXI əsrdə Ermənistanın hələ də şovinizm və işğal siyasətinin əsasında duran arxaik milli ideyadan nə vaxt qurtulacağı barədə düşüncələri yada salır. Ermənistanın qlobal inteqrasiya dövrünün layihələrindən kənarda, özünütəcrid kimi ağır duruma düşməsinə gətirib çıxaran bu ideyadan xilas olmasına tarix son imkan vermişdir.
İdentikliklərin hökmən dixotomik - məntiqi üzərində, neqativ təməllər üzərində qurulması bütün fundamentalizmlərə xasdır. Məsələn, "Şərq-Qərb", "ənənəvi-müasir" və s. "toqquşma" konsepsiyalarının kökündə bu durur. Dünya qədər qədim olan bu yanaşmada yeni heç nə yoxdur. Sadəcə, dərk edilmir ki, identikliyin ilkin formalaşmasında səmərəli rol oynayan "biz-onlar" fərqi, müxtəlifliyin dərki uzunmüddətli perspektivdə artıq ümumbəşəri dəyərlər və pozitiv identiklik elementləri ilə tamamlanmalıdır. Azərbaycan tarix boyu həmişə bölgədə, həm də qlobal miqyasda baş verən hadisələrin gedişatına təsir edə bilən ölkələr sırasında olmuşdur. Son iki əsrdə isə onun bu yöndə fəallığı dünyanın, demək olar, bütün qitələrinə yayılmışdır. Bəşəriyyətin mədəni-mənəvi irsinə olan töhfələri ölkəmizi xüsusilə dünyada tanınan dövlətə çevirmişdir. Təbii ki, belə bir ölkədə milli ideyaya dair düşüncələrin tarixi də çox qədimdir. Üstəlik də xüsusi olaraq vurğulanmalıdır ki, tarixi-obyektiv şərtlər üzündən həmişə çoxmilli, çoxkonfessiyalı birgəyaşayış ənənəsinə malik olan bu məmləkətdə milli ideya həmişə qüsurlu məzmundan uzaq olmuşdur".
Alim haqlıdır, ölkəmiz bu kimi dəyərlərlə zəngin olub və azərbaycançılıq hər kəsi öz ətrafında birləşdirmək gücünə malik olub. Birgəyaşayış ənənəsinin tarixi qədimdir və bu ənənə uzun əsrlərdə də davam edəcək. Çünki buna zəmin yaradan saysız nümunə var.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ