Bazar günü günü, 22 noyabr 2026
     

Novruz - Yeni Gün bayramı azərbaycançılığın, türkçülüyün qayım-qədim simvolu kimi...

Image


Azərbaycan türkü üçün Yeni Gün yeni həyatın başlanğıcı, təzə arzuların pöhrələndiyi bir bayramdır. Uzun illərdir Yeni Günü Novruz adı ilə tanıyıb sevmişik. Bizim milli bayramımız olan Yeni Gün işıq, hava, xoş əhval, azadlıq, qaranlıqdan aydınlığa çıxmaq arzusu, istəyi ilə müşayiət olunub.
Azərbaycan mərasimşünasları və etnoqraflarının verdiyi bilgiyə görə, Novruz bayramı-Yeni Gün Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox Şərq ölkələrində baharın-yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
Onu da bildirək ki, 2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.
Azərbaycan xalqının əsrlər uzunu qeyd etdiyi və həyatının davamı bildiyi Novruz bayramı haqqında professor Məhərrəm Qasımlı "Bakı-Xəbər"ə bildirdi ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının əski çağlardan daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının da özünəməxsus yeri var. Onun bildirdiyinə görə, ibtidai çağlara məxsus ilkin dünyaduyumu və arxaik mifoloji inanclardan qaynaqlanan yazı - yeni günü qarşılama mərasimi yüzillikləri çevrələyən tarixi təkamül prosesi nəticəsində zəngin mədəni-mənəvi keyfiyyətlər qazanaraq geniş miqyasa malik xalq bayramına-Novruza çevrilib: "Bu baxımdan Novruz təkcə bir neçə günü əhatə edən bayram deyil, həm də uzun bir təqvim müddətini öz ətrafında cəmləşdirən irimiqyaslı mərasim kompleksidir. Uzun sürən qış dönəminin çətinlik və məşəqqətlərindən (soyuq, qida sıxıntısı və s.) qurtulub yaşayışa müsbət təsir edən işıq, istilik, qida imkanları açan yaz dönəminə başlamaq arzusu əcdadlarımızı bu mürəkkəb və zəngin mərasim kompleksini yaratmağa təşviq edib. Aydınlıq üçün deməliyik ki, bir sıra araşdırıcılar Novruz mərasimindəki od-tonqal ünsürünü yalnız zahiri əlamətlərinə istinadən yanlış olaraq atəşpərəstliklə bağlayırlar. Bəllidir ki, atəşpərəstlər odu ilahiləşdirərək ona sitayiş edirdilər. Onlar Allah, ilahi qüvvə saydıqları oda-atəşə o dərəcədə müqəddəs bir şey kimi baxırdılar ki, hətta oda öz nəfəslərinin belə toxunmasını istəmirdilər. Zərdüştlüyə görə, insanın nəfəsi təmiz deyil və onun müqəddəs oda-atəşə toxunması günahdır. Buna görə də atəşgahlarda oda-atəşə qulluq edən kahinlər üzlərinə xüsusi niqab örtürdülər ki, nəfəsləri oda toxunmasın. Bu gün Abşeron kəndlərində və bir sıra başqa yerlərdə yanar neft lampasının üfürülərək söndürülməsinin günah sayılması da atəşpərəst inancının qalıntısıdır. Göründüyü kimi, oda Novruz mərasimindəki yanaşma ilə atəşpərəstlik dini - Zərdüşt sisteminin yanaşması arasında kəskin fərq var. Atəşpərəstlər öz nəfəslərinin belə od-atəşə toxunmasını yasaq saydıqları halda, Novruz mərasimində od-tonqal üstündən atılan mərasim iştirakçıları: "ağrım-acım tökülsün, bu odda yansın" - mövqeyindən çıxış edir, öz çillələrini, ağırlıqlarını, dərd-bəlalarını odun üstünə töküb orada yandırmaq istəyirlər. Deməli, Novruz mərasimindəki od ünsürü "Avesta" - atəşpərəstliklə bağlı deyil. Bu, odu-atəşi-işığı-günəşi xilaskar sayan, onun həyatı, yaşayışı ağrı-acıdan, müşküldən, sıxıntıdan qurtaran təmizləyici, saflaşdırıcı bir magik qüvvə olduğunu qəbul edən əski türk mifoloji inancıdır".
Alim qeyd edir ki, yaz mərasimi daha çox Şimal yarımkürəsində yaşayan xalqlar arasında qeyd olunur. Cənub yarımkürəsində (Afrika, Hindistan, Cənubi Asiya və başqa bu kimi ərazilərdə) qış, demək olar ki, duyulmadığından, belə bir mərasimin keçirilməsinə ehtiyac olmayıb: "Bunun əksinə, Şimal yarımkürəsində yaz-qış əvəzlənməsi qabarıq görüntü yaratdığından, bu yarımkürədə yaşayan bütün xalqlar qışın gedişini və yazın gəlişini bir-birinə bənzər mərasimlərlə qeyd edirlər. Sadəcə olaraq, Şimal yarımkürəsinin müxtəlif qurşaqlarında iqlim dəyişməsi fərqli zamanlara düşdüyündən, ayrı-ayrı ərazilərdə yazın qarşılanması münasibətilə keçirilən mərasimlər müxtəlif (əslində o qədər də aralı olmayan) vaxtlarda baş verir. Məsələn, yazın bayram kimi Çində fevral, Orta Asiya, İran, Anadolu və Azərbaycanda mart, Rusiyada aprel aylarında qarşılanması bu səbəbdəndir.
Yaz mərasimi insanlığın ilkin çağlarından kök alıb gəldiyindən, etnik fərqlərdən asılı olmayaraq, müxtəlif xalqların çeşidli adlar altında keçirdiyi bu bayramın tərkibində əski mifik təsəvvürlərlə bağlı çox sayda oxşar ünsürlər müşahidə edilməkdədir ki, onların böyük əksəriyyəti tipoloji səciyyə daşıyır. Türk Novruzu ilə slavyan Pasxası arasındakı bənzəyiş və paralellər bu baxımdan təsir amili kimi yox, ilkin-ibtidai çağların mifik dünyaduyumundan gələn tipoloji oxşarlıq kimi dəyərləndirilməlidir. Eyni tipoloji bənzəyiş (tonqal qalanması, yumurta boyanması, şirniyyat hazırlanması, süfrə bəzənməsi, musiqi, rəqs, oyun, mahnı oxumaq və s.) digər xalqların yaz mərasimlərində də müşahidə edilməkdədir. Şimal yarımkürəsi insanı sadalanan mərasim ünsürləri ilə təbiətə təsir etmək, xoş ovqat, bayram əhvalı yaradaraq havanı mülayimləşdirmək, yaz, işıq, xeyir ruhlarını çağırıb gətirmək inamını simvollaşdırıb".
M.Qasımlı bildirdi ki, Novruz süfrəsinə bol nemətlərin düzülməsi də yeni ildən xeyir-bərəkət, bolluq-firavan həyat diləmək arzu-istəyini simvollaşdırır. Onun sözlərinə görə, süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan yeddi rəqəminin uğur gətirəcəyinə inamla bağlıdır: "Azərbaycanın bir sıra bölgələrində (Ordubad, Təbriz, Urmiya və s.) İlaxır çərşənbənin "Yeddi ləvin bayramı" adı ilə tanınması da bu səbəbdəndir. Zərdüştilik dönəmində süfrəyə "şin"(ş) hərfi ilə başlanan yeddi cür nemət qoyularmış: şərbət, şəkər, şam, şərab, şəkərbura və s. Sonralar İslam dönəmində "şərab" yasaq olunduğu üçün "şin" (ş) hərfi "sin" (s) hərfi ilə əvəz olunub və süfrəyə bu hərflə başlanan yeddi cür nemət qoyulması məqsədyönlü bilinib: su, süd, səməni, səbzə (göyərti), sumaq və s. Yuxarıda qeyd etdik ki, yeddilik sistemi çərşənbələrin sayında da qorunub. Yazın gəlişinin daha yaxın iqlim qurşağında olan xalqlar tərəfindən eyni zamanda bayram edilməsi tamamilə təbiidir. Novruzun qırğız-qazax-tacik, yaxud özbək-əfqan, eləcə də Azərbaycan-Anadolu-İran-İraq oxşarlıqları bu baxımdan bir çox başqa cəhətlərlə yanaşı, coğrafi şərait və iqlim uyğunluğundan irəli gəlir. Bununla belə, hər bir etnosun və bölgənin başqasında təkrarı olmayan bənzərsiz yaz mərasim və ayinləri mövcuddur".
Alim hesab edir ki, bu ayinlərdən "Sayaçı", "Təkəçi", "Kosa-kosa" (əslində "kosa" da "təkə" deməkdir), "Xanbəzəmə", "Kilimarası", "Üzüksalma", "Maral oyunu", "Cangülüm" və başqa bu kimi sırf elat həyat tərzindən gələn mərasim-tamaşalar təbiətin oyanışı, ilin yeniləşməsi, güzəranın, yaşayışın canlanıb qaynaması ilə bağlı yaranıb və istisnasız olaraq hamısı türk bədii təxəyyülünün məhsullarıdır. Onun sözlərinə görə, məsələn, Azərbaycan Novruzunun mühüm atributu olan "Kosa-kosa" mərasimində "Kosa" - köhnə ilin təmsilçisi olan qocalmış keçi obrazında çıxış edir və mərasimin sonunda oyun-tamaşaya daxil olan yeni, gənc keçi tərəfindən qovulur və ya öldürülür. O qeyd edir ki, burada məclisə yeni gələn, gənc keçi yeni ilin, məclisdən qovulub uzaqlaşdırılan Kosa - köhnə keçi isə köhnə ilin simvolu kimi düşünülüb: "Yaxud indi də Ordubadda keçirilməkdə olan "Xanbəzəmə" mərasimində qaraqabaq xanı əyləncəli oyun-hərəkətlərlə güldürmək və bundan sonra onu suya basmaq zəhmli, qorxulu, qaraqabaq qışı gülər günlə, yağışla, günəşli yazla əvəzləmək istəyinin rəmzi ifadəsidir. Bu sıradan olan folklor örnəkləri Novruzu bayram kimi qeyd edən başqa xalqların (fars, tacik, ərəb) yazı qarşılama mərasimlərində müşahidə olunmur".
Alim bildirir ki, adını çəkdiyi mərasim-tamaşaların, xüsusən də sayaçı mərasiminin yurdumuzda keçirilən Novruz - Yeni Gün şənliklərində folklor kollektivləri tərəfindən icra-ifa edilməsi soykökə-qan yaddaşına qayıdış üçün son dərəcə gərəkli və əhəmiyyətlidir. Onun dediyinə görə, ilin yaza dönən çağlarında Türküstanda "sayal", Altay və Saxa-Yakutiyada "sağalqan" (süd bayramı) mərasimlərinin keçirilməsi və bu mərasimlərin bizim milli-etnik yaddaşımızdakı sayaçı mərasimi ilə genetik bağlara malik olması göstərir ki, həmin folklor ritualı yaz - yeni gün mərasiminin başlıca özəlliklərindən biridir və olduqca dərin köklərə malikdir: "Novruz - Yeni Gün bayramının dirilik, oyanış, qurtuluş kimi ulusumuzun yaddaşında möhkəmlənməsinin bir səbəbi də bu günün bir sıra əlamətlərinin Ərgənəkonla bağlılığıdır. Əbül Qazı Bahadır xan özünün məşhur "Şəcəreyi-türki"sində yazır ki, türklər Ərgənəkondakı dəmir dağları yararaq boz qurdun rəhbərliyi, yol göstəriciliyi ilə zülmətdən qurtuluşa çıxdıqları günü yadda saxladılar və hər il həmin vaxtı bayram elədilər. Bu mənada Ərgənəkondan çıxış-qurtuluş yeni gün kimi, Bozqurd bayramı kimi mübarəkdir. "Ərgənəkon" dastanının özündə də qurtuluşun mart ayına-yazın başlanğıcına düşdüyü xatırlanır. Türk etnik-mədəni sistemində 9 (doqquz) rəqəmi müqəddəs və uğurlu sayıldığından, Ərgənəkondan çıxış-qurtuluş günü uzun müddət "mart doqquzu" deyə xatırlanıb və həmin gün çəkiclə dəmir zindanı döymək, yaxud dəmiri dəmirə vurmaq uğur gətirən bir ritual kimi yerinə yetirilib. Olsun ki, Ərgənəkondan çıxış-yeni gün türk etnik-mədəni sisteminin daxilində bir müddət ayrıca mərasim keçirməklə xatırlandıqdan sonra, tarixi-siyasi şərait və şərtlərdən asılı olaraq, tədricən yaz - Yeni Gün-Novruz mərasimi ilə qaynayıb-qarışıb.
Novruz bir mövsüm mərasimi kimi irimiqyaslı coğrafi hüdudlara yayıldığından və hər il istisnasız olaraq uyğun təqvim məqamında böyük coşğu ilə keçirildiyindən, müxtəlif tarixi mərhələlərdə hakim ideoloji sistemlər ondan siyasi məqsədlər üçün istifadə etməyə cəhd ediblər. Belə ki, atəşpərəstlər Novruzu Zərdüştlüklə əlaqələndirməyə çalışıb (guya Zərdüştə bu gün peyğəmbərlik verilib) və hətta böyük nüfuz sahibi olduqları zamanlarda bu bayrama özlərinin bir sıra cizgilərini (səməni, şam yandırmaq və s.) daxil edə biliblər. İranda Novruza sırf İran hadisəsi anlamı vermək məqsədilə onu ədalət-xilaskarlıq simvolu olan mifik qəhrəman Firudinin şər-istibdad qüvvə sayılan Zöhhakı (Dehhakı) məğlub etdiyi gün və ya mifik Cəmşid xaqanın taxta oturduğu gün sayaraq bu yöndə çoxsaylı rəvayətlər yaradılıb. Daha sonra Novruzu İslama bağlamaq üçün çeşidli rəvayətlər düzəldilib. İslamla əlaqəli rəvayətlərdə Novruz gah Həzrət Əlinin anadan olduğu gün, gah taxta oturduğu gün, gah Fatimeyi-Zəhra ilə kəbin kəsdirdiyi gün, gah da onların övladlarının dünyaya gəldiyi gün hesab edilir. Bu yöndə təbliğat bayrama məzhəbi don geydirmək kimi aşırı mövqeyə qədər gedib çıxırdı. Əlbəttə, bütün bunlar xalqın mənəviyyatına daha güclü şəkildə nüfuz etmək, öz siyasi-ideoloji məqsədlərini bu bayram mərasimi daxilinə yeridərək xalqın uzunmüddətli dəstəyini qazanmaq niyyəti ilə edilib".
Alim qeyd edir ki, astronomik təqvim üzrə Novruzun yerinin təsbitlənməsi-gecə ilə gündüzün bərabərləşdiyi gün (21 mart) və saatın dəqiq müəyyənləşdirilməsi isə səlcuqlu hökmdarı Məlikşah Qəznəvinin göstərişi ilə dövrün böyük şair və alimi Ömər Xəyyam tərəfindən (1074-1079-cu illərdə) həyata keçirilib. Onun bildirdiyinə görə, Səmərqənd rəsədxanasında bir neçə il çəkən müşahidə və tədqiqatların nəticəsində Ömər Xəyyam gecə ilə gündüzün bərabərləşməsinin dəqiq cədvəl-təqvimini hazırlayıb: "Onun Məlik şahın şərəfinə "Sultan təqvimi", yaxud "Təqvimi-cəlaliyyə" adlandırdığı bu astronomik təqvim indi də öz elmi dəqiqliyi ilə heyrət doğurur. Beləliklə, indiki halda tarixin dərin qatlarından yol alıb gələn Novruz bayramının tərkibi aşağıdakı iki əsas laydan ibarətdir:
a) təbiətin oyanmasını əks etdirən əski mifoloji qat;
b) müxtəlif tarixi dönəmlərin ovqatını ifadə və inikas edən siyasi-ideoloji qat.
Birinci qat əsas və aparıcı axarı təşkil edir. Burada mövsüm mərasiminin genetik başlanğıcı, təkamül prosesi, tarixi-tipoloji səciyyəsi öz əksini tapır. İkinci qatda isə ayrı-ayrı epoxalara məxsus hakim sistemlərin mərasimdən məqsədli şəkildə faydalanmaq, onu öz ideoloji qəlibinə salmaq, siyasi mənafeyin icrasına çevirmək niyyəti qərarlaşıb. Yüzillər aşıb keçib, siyasi-ideoloji sistemlərin biri digərini əvəz edib, hər yeni gələn sistem Novruzu özününkü etməyə çalışıb, ancaq buna axıracan nail ola bilməyib. Təbiətin oyanışını inikas edən ilkin mifoloji qat xalqın etnoqrafik həyatına qovuşaraq əsl xalq bayramını ortaya gətirib. Bu gün Azərbaycanda keçirilən Novruz hər cür siyasi-ideoloji rənglərdən azad olaraq, sözün həqiqi mənasında, ilkin qatla-təbiətin oyanışı, yazın gəlişi ilə bağlı insanın işığa, həyata, yeni günə, xoş güzərana, aydın sabahlara inamını ifadə edən saf və duru bir təqvim mərasiminə çevrilib. Humanizm, quruculuq, abadlıq, xeyirxahlıq, xoş münasibət, insanı ucaldan, kamilləşdirən mənəvi dəyərlərə ehtiram və sayğı ilə yanaşmaq, tarix içində olduğu kimi, indi də Azərbaycan Novruzunun əsas göstəricisidir".
Professor onu da vurğuladı ki, müasir dövrdə Novruz həm də azərbaycançılığın simvoluna çevrilib. Onun sözlərinə görə, tarixən Azərbaycanda bizimlə çiyin-çiyinə yaşayan xalqların, milli azlıqların nümayəndələri də Novruzu böyük təntənə ilə qeyd edir. Onlar Azərbaycandan uzaqlarda da bu bayramı qeyd edirlər. Professor onu da vurğuladı ki, Novruz bayramı-Yeni Gün bayramı ellikcə keçirilir və bu qutsal bayram hər birimizə uğurlar və gözəl günlər bəxş etsin!
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ