Bazar günü günü, 22 noyabr 2026
     

Müasir təsviri incəsənət azərbaycançılıq ideyasının ayrılmaz hissəsi kimi...

Image


Azərbaycan təsviri incəsənətinin böyük bir dövrü Sovet illərinə düşür. Bu illərdə Azərbaycanın görkəmli sənətkarları, rəssam, heykəltəraş və memarları yetişib. Onların yaratdığı sənət əsərləri xalqımızın tarixində xüsusi yer tutur. Azərbaycan tarixinin ayrı-ayrı dönəmlərinin təsviri sənətdə, incəsənətdə geniş əks olunması diqqəti cəlb edir. Bir sıra Azərbaycan xalq rəssamları Sovet dövründə yetişib və fəaliyyətində bolşevizm ideologiyasını tərənnüm edib.
Bununla yanaşı, hər bir rəssamın, heykəltəraşın yaradıcılığında azərbaycançılıq ideyası da canlı boyalarla təsvir edilib. Təbii ki, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Maral Rəhmanzadə və digər rəssamlar öz əsərləri ilə xalqımızın mənəviyyatını, tarixini, mədəniyyətini yüksək səviyyədə tərənnüm edə bilib. Bu sənətkarların da hər biri Azərbaycan dövləti tərəfindən qiymətləndirilib.
Bildiyimiz kimi, Azərbaycan dövləti təsviri sənətin inkişafı ilə bağlı çoxlu işlər görüb. Bilirik ki, təsviri incəsənətin inkişafına, bu sahədə yüksək səviyyəli kadrların yetişdirilməsinə xüsusi fikir verilir. Mütəxəssislər bildirir ki, rəssamlara, heykəltəraş və memarlara, onların yaratdıqlarına və müasir sənətkarlardan əsrlər öncə yaşamış dahilərin bizə miras qoyub getdiyi təsviri sənət növlərinə dövlət böyük qayğı göstərir. Bu qayğı siyasətinin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu önə çəkən sənətşünaslar vurğulayır ki, H.Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bu məsələyə həssaslıqla yanaşıb və sənətdən, sənətkardan qayğısını əsirgəməyib. Təsadüfi deyil ki, respublikamızın ayrı-ayrı yerlərində Azərbaycanın dahi şəxsiyyətlərinin heykəllərinin qoyulması əsasən Heydər Əliyevin rəhbərliyi dövrünə aiddir.
Qeyd edək ki, 13 iyun 2000-ci il tarixində Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Fərman təsviri incəsənətin inkişafına böyük stimul verdi. Sənəddə vurğulanırdı: "Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin təsviri sənət profilli fakültələrinin və Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun bazasında Azərbaycan Rəssamlıq Akademiyası təsis edilsin. Akademiyanın nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci yaradılsın".
Azərbaycan Rəssamlıq Akademiyasının təsis edilməsi, yaradılması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Bunun əsl azərbaycançılıq işi olduğunu vurğulayan sənətşünaslar bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının binası, korpusları müasir standartlara uyğun şəkildə təmir edilib və açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib. Sənətşünaslar qeyd edir ki, dövlət başçısının göstərişi ilə ölkə həyatının bütün sahələrində abadlıq və quruculuq tədbirləri ardıcıl olaraq həyata keçirilir, genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır. Onlar vurğulayır ki, respublikamızın hər yerində yeni-yeni elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət obyektləri inşa olunur, mövcud binalar isə əsaslı şəkildə yenidən qurulur. Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusu da ən müasir standartlara uyğun olaraq inşa edilib. Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə peşəkar kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində təsviri sənət, memarlıq və dizayn, sənətşünaslıq fakültələri, qrafika, rəngkarlıq, heykəltəraşlıq, geyim dizaynı, dekorativ tətbiqi sənət, humanitar və ictimai fənlər, təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedraları fəaliyyət göstərir. Akademiyada təcrübəli və peşəkar pedaqoji kollektiv çalışır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni binasının açılışında söylədiyi nitqdən: "...Bildiyiniz kimi, Akademiya əvvəlcə buradakı köhnə binada yerləşirdi. Sonra yeni bina tikilmişdir. Ancaq o bina tikiləndən sonra gördük ki, bu, bizim standartlara o qədər də cavab vermir. Bu binanı biz tamamilə yenidən qurduq. Ondan sonra Akademiyanın rəhbərliyi müraciət etdi ki, binanın davamı da olmalıdır. Biz Akademiyanın binasını böyük dərəcədə genişləndirə bilmişik. İndi bina həm memarlıq baxımından çox gözəldir, daxili tərtibatı da göz oxşayır. Belə də olmalıdır. Çünki bu, Rəssamlıq Akademiyasıdır, incəsənət mərkəzidir. Burada gələcək incəsənət ustadlarımızın təhsili ilə bağlı böyük işlər görülür. Ona görə burada həm daxili vəziyyət, həm də xarici görünüş yüksək səviyyədə olmalı idi.
Akademiyanın çox böyük əhəmiyyəti, çox böyük rolu vardır. Mən sizə - müəllimlərə, professorlara dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki incəsənət bizim milli sərvətimizdir. Əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan incəsənətimiz olub. Ədəbiyyat, ana dili, musiqi, incəsənət, xalçaçılıq, rəssamlıq sənəti.
Bu gün biz bu gözəl ənənələri qorumalı və Azərbaycan xalqının nə qədər istedadlı olduğunu bütün dünyaya çatdırmalıyıq. Son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Aparıcı dövlətlərdə Azərbaycan sərgiləri keçirilir, Azərbaycan incəsənət xadimlərinin əl işləri nümayiş etdirilir. Yəni bu sərgilərin keçirilməsi ilə biz öz mədəniyyətimizi təbliğ edirik, dünyaya çatdırırıq. Bütün dünyaya göstəririk ki, Azərbaycan qədim dövlətdir. Burada qədim dövrlərdə incəsənət, ədəbiyyat, mədəniyyət inkişaf etmişdir. Biz öz mədəniyyətimizlə haqlı olaraq fəxr edirik. Əlbəttə, bu bilikləri, bu imkanları gələcək nəsillərə ötürmək üçün, ilk növbədə, sizdən çox şey asılıdır.
Bu gün mən maraqlandım ki, gənclər bizim ənənəvi incəsənət sahələrinə necə münasibət bəsləyirlər, bu işlərə necə maraqla cəlb olunurlar. Əlbəttə ki, maraq vardır. Amma hesab edirəm ki, bu marağı daha da stimullaşdırmaq və gələcəkdə Akademiyanın məzunlarını işlə təmin etmək üçün biz daha konkret işlər görməliyik...Azərbaycanın müasir inkişafı üçün memarlıq sənəti bəlkə daha da cəlbedicidir. Çünki bu qədər tikinti, quruculuq işləri aparılır, şəhərlərimiz gözəlləşir, abadlaşır. Bu sənətdə imkanlar kifayət qədər genişdir və getdikcə artacaqdır. Bu, başa düşüləndir. Ancaq xalçaçılıq elə bir sənət növüdür ki, bu, Azərbaycan xalqının canıdır, ürəyidir. Biz bu sənəti yaşatmalıyıq. Siz və bizim tələbələrimiz. Ona görə bütün məsələlərin uğurla həlli üçün əlbəttə ki, çox düşünülmüş siyasət aparılmalıdır.
Azərbaycanda bütövlükdə mədəniyyət məsələləri ilə bağlı bu siyasət aparılır. Şadam ki, nəinki Bakıda, bölgələrdə, rayonlarda rəsm qalereyaları açılır. Əlbəttə, regionların iqtisadi inkişafı ilə bağlı birinci mərhələdə biz daha çox tikinti, quruculuq, infrastruktur layihələri ilə məşğul idik. Ancaq son illərdə bölgələrdə olarkən görürəm ki, hər bir şəhərdə rəsm qalereyaları açılır, orada yerli rəssamların, digər incəsənət xadimlərinin əsərləri nümayiş etdirilir. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, Azərbaycan hərtərəfli inkişaf edir. Hərtərəfli inkişaf üçün mütləq incəsənətin bütün növləri dövlət tərəfindən dəstəklənməlidir. Bu dəstək vardır, gələcək illərdə bundan da artıq olacaqdır. Belə gözəl təhsil mərkəzlərinin açılması bir daha onu göstərir ki, bu sahəyə çox böyük diqqət göstərilir".
Ölkə başçısının təsviri sənətə, incəsənətə bəslədiyi sonsuz qayğı bu sahəyə müsbət təsir göstərir. Rəssam və heykəltəraşlara dövlət tərəfindən emalatxanalar verilir, onların fəaliyyəti üçün şərait yaradılır. Bu gün dünyanın əksər ölkələrində bu sahə ilə məşğul olanlar dövlət qayğısından uzaqdır. Ancaq Azərbaycanda dövlət rəssamların, heykəltəraş və memarların qeydinə qalır və onları qiymətləndirir. Sənətşünaslar qeyd edir ki, dünyanın hər yerində rəssamlar öz şəxsi hesabına emalatxana sahibi olur, dövlət onlara emalatxana vermir. Bizim ölkədə isə bu başqa cürdür. Rəssam, heykəltəraş, memar dövlətdən qayğı görür. Dövlət quruculuğuna öz sənəti, fəaliyyəti ilə töhfələr verən təsviri sənət ustaları azərbaycançılığın təbliğində müstəsna rol oynayır və bu istiqamətdə silsilə əsərlər yaradır. Müasir Azərbaycan rəssam və heykəltəraşlarının, memarlarının azərbaycançılıq məfkurəsinə xidmət etdiyi gizlin deyil və onların saysız əsərləri azərbaycançılıq ruhundadır. Xaricdə Azərbaycan rəssamlarının sərgisi açılarkən orada azərbaycançılıq ideyasını əks edirən əsərlər də çoxluq təşkil edir. Dövlətin təsviri sənətə, təsviri incəsənətə bəslədiyi sonsuz diqqət bu sahənin inkişafına stimul verir. Əsrlər boyu inkişaf edən, formalaşan, yüksələn təsviri incəsənət Azərbaycan xalqının, dövlətinin maraqlarını, dünyagörüşünü, azərbaycançılıq məfkurəsinə bağlılığını əks etdirir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ