Bazar günü günü, 22 noyabr 2026
     

Azərbaycanın kinosu və teatrı azərbaycançılıq ideologiyasının daşıyıcısı kimi...

Image


Azərbaycan mədəniyyəti, teatrı, musiqisi, ədəbiyyatı, təsviri incəsənəti azərbaycançılıq dəst-xəttində inkişaf edir, yayılır, təbliğ olunur. Azərbaycan həqiqətləri, onun keçmişi, bu günü, tarixi, xalqımızın adət-ənənələrinin təbliğində bütün sahələr fəal iştirak etməlidir. Edirlər də. Azərbaycançılıq ideyasının, məfkurəsinin bütün sahələri əhatə etməsi onu göstərir ki, xalq olaraq bu ideologiyaya bağlıyıq.
Bilirik ki, kino, teatr sahəsi azərbaycançılıq ideyası əsasında inkişaf edir. Azərbaycançılıq ideologiyasına kino və teatr sahəsində də geniş yer verilməlidir ki, əhali onun nə olduğunu, hansı dəyərlərə söykəndiyini əyani şəkildə görsün. Xarici aləmdə həmin məqamların təbliğatı baxımından da məsələ aktualdır. Hər bir millət və dövlət özü ilə bağlı məqamları təbliğat olmadan gerçəkləşdirə, cəmiyyətə çatdıra bilməz. Təbliğat prosesində kino və teatr sahələrinin xüsusi əhəmiyyəti var. Adətən əhalinin dünyagörüşünün formalaşması və inkişafında bu iki incəsənət sahəsi mühüm xidmət göstərir. Bu mənada həmin sahələrdə Azərbaycan xalqının qəhrəmanlığı, adət-ənənələri, tarixi həyatı və s. bu kimi məqamlar geniş təbliğ olunmalıdır ki, onlar cəmiyyətdə də özünə möhkəm dayaq tapa bilsin. Digər tərəfdən, xarici aləmdə də sözügedən dəyərlərimizin təbliği vacib şərtlərdən biridir. Həmin dəyərlərimizin xaricə çatdırılmasında isə incəsənətin bütün, xüsusən də kino və teatr sahələrinin əhəmiyyətli rolu daha böyükdür. İncəsənətdə Azərbaycan həqiqətlərinin göstərilməsi vətəndaşlarımızın vətənpərvərlik ruhunda tərbiyəsinə də önəmli təsir edir. Bildiyimiz kimi, hər bir dövlətin ümdə vəzifəsi ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını təmin etməkdir. Bu mənada son illər kino və teatr səhnələrində vətənpərvərlik mövzusuna həsr olunan tamaşa və səhnələrə də yer verilir. Sözügedən sahə millətin formalaşması, ölkədə yaşayan xalqlar arasında mehriban dostluq əhval-ruhiyyəsinin yaranması, bəşəriyyətdə sülhün qorunub saxlanması, həqiqətlərin üzə çıxmasında da böyük rola malikdir.
Bakı Bələdiyyə Teatrının rəhbəri, xalq artisti Amaliya Pənahova mətbuata açıqlamasında bildirib ki, ölkə həyatı ilə bağlı məqamlara teatrda geniş önəm verilir: "Teatrımızın səhnəsində azərbaycançılıq, vətənpərvərlik mövzuları daha böyük önəm daşıyır. Bizim Bələdiyyə Teatrı respublikamızda bəlkə də yeganə teatrdır ki, onun səhnəsində gedən tamaşalar əsasən elə Azərbaycanla bağlı məsələləri əhatə edir. Bu məqam başqa teatrlarda adətən bizdən sonra öz əksini tapır. "Dədə Qorqud"da Dəli Domrul, Cəlil Məmmədquluzadənin "Ölülər"i, Nəriman Nərimanovun "Nadir şah"ı, "Tomris"i, Anarın "Qaravəlli"si, Mövlud Süleymanlının əsərləri, Mirzə Fətəli Axundovun hazırda məşqləri gedən "Müaviyə vəkilləri", habelə "Əli və Nino" əsərləri üzərində iş gedir. Bu əsərlərdə Azərbaycanla bağlı həqiqətlər, onun tarixi, həyatı geniş şəkildə öz əksini tapıb. Teatrımız öz işində bu məsələlərə geniş yer ayırıb və fəaliyyətini də əsasən məhz bu istiqamətdə qurur. Çalışırıq ki, bu günlə səsləşən tarixi tamaşalara geniş yer ayıraq. Xalqın keçmişimiz və bu günümüzlə geniş tanış olması, həqiqətləri bilməsi üçün kino və teatr səhnələrində verilən tamaşaların böyük xidməti var. Bu prosesin daim genişlənməsinə ehtiyac var. Sözügedən mövzu ətrafında tamaşa və kinolarımız nə qədər çox olsa, tariximizi, adət-ənənələrimizi, ədəbiyyatımızı, dilimizin gözəl çalarlarını cəmiyyət arasında geniş təbliğ edə bilərik. Buna həmişə ehtiyac var və teatrımız da fəaliyyətini əsasən bu istiqamətdə qurub. Teatr mənəviyyat məktəbidir. O həmişə öz zəmanəsinin güzgüsü olub. Teatr necə inkişaf edirsə, məmləkətin durumu da elədir. Son illər teatrlarımız təchizat baxımından xeyli irəliləyiş əldə edib. Bu çox önəmlidir".
Qeyd edək ki, bəzi sənətşünaslar bildirir ki, kino və teatr sənətində milli ənənələr, adət-ənənəmiz, mental şüurumuz, milli-mənəvi dəyərlər sisteminə geniş yer ayrılmasına ehtiyac var və sənət də bu ehtiyacı ödəməyə çalışır. Kino həmişə kütlənin həyatında müstəsna əhəmiyyəti olan sənət növü olub. Çünki kütləvi incəsənət növüdür. Hətta elə etnoslar var ki, öz kino qəhrəmanlarına oxşamağa çalışır. Nəhayətdə həmin etnosda qəhrəmanlıq, xeyirxahlıq, adət-ənənəyə hörmət kimi bəşəri dəyərlər üstünlük təşkil edib. Kinonun insan həyatında müstəsna əhəmiyyəti olduğundan, ona dövlət tərəfindən ciddi əhəmiyyət verilməlidir. Azərbaycan filmləri qədimdən, ola bilsin, mövzu kasadlığı və ya texniki cəhətdən zəif olub, amma həmişə həmin mövzuların içərisində mənəviyyat olub. Bu mənada keçmiş kinolara baxanda adama xoş gəlir, onun üçün darıxırsan. Kinoşünaslar qeyd edir ki, kinonun inkişafı üçün aktual mövzular seçilməlidir. Bir sıra rejissorların tariximizlə, tarixi şəxsiyyətlərimizlə bağlı mövzuları ekrana gətirməsini yüksək qiymətləndirən mütəxəssislər deyir ki, bu, dövlətin siyasətinin təbliği deməkdir. Bu filmlərin azərbaycançılıq mahiyyətindən bəhs etməsi kinonun azərbaycançılığa xidmət etdiyini deməyə əsas verir. Mütəxəssislər hesab edir ki, bir neçə filmlə arxayınlaşmaq olmaz, ortalıqda hamını düşündürən, ruhuna təsir edən yeni mövzular olmalıdır. Kino sahəsində əsaslı islahatların aparıldığını vurğulayan mütəxəssislər olmalıdır ki, onlar öz mövzularında ölkəmizin və onun xalqının tarixinə, həyat və adət-ənənələrinə də geniş yer ayırsın. Yeni çəkilən filmlərin xaricdə təbliğ edilməsini zəruri sayan ekspertlər qeyd edir ki, indiyə qədər bir neçə film beynəlxalq kinofestivallara qatılıb, ödül və diplomlara layiq görülüb.
Şeyx Əbdül Mahmudbəyov mətbuata açıqlamasında bildirib ki, bizim kino sənətində lazım olan tariximiz, milli-mənəvi dəyərlərimiz, maddi-mədəniyyət abidələrimiz, qismən də olsa, müxtəlif vaxtlarda ayrı-ayrı filmlərdə göstərilib: "Xüsusən də tarixi janrda çəkilən filmlərdə ona geniş yer verilib. O vaxtlar "Yeddi oğul istərəm" və "Dəli Kür" filmlərində Novruz bayramını tərənnüm edəndə Moskvada bundan heyrətə gəlmişdilər. O qədər xoşlarına gəlmişdi ki, hətta özləri bir-birini qıraraq, filmdəki Novruz bayramı ilə bağlı süjetin verilib-verilməməsilə bağlı müxtəlif fikirlər səsləndirmişdilər. Hər şeyi insan faktoru, şəxsiyyət həll edir. Kinoda bu şəxsiyyətlər elm, sənət və mədəniyyət xadimləridir. Akademiklərimiz, alimlərimiz, xalq artistlərimiz zəhmət çəkib bu işləri görməlidir. Sovet dövründə o zamanın tələblərinə cavab verən maddi-texniki baza kinostudiyalarda fəaliyyət göstərirdi...
Bizim tariximiz xalqımızın adət-ənənəsi, folkloru, etnoqrafiyası, arxeologiyası, qəbirüstü və qayaüstü yazılarında əks olunub. Xalqımızın böyüklüyü odur ki, yaratdığını söz mədəniyyətində paralel yaradıb. Şifahi xalq ədəbiyyatını, ozan aşıq mədəniyyətini də götürsək görürük ki, bizim dastanlarda da hər şey var. Sadəcə olaraq, bunu həyata tətbiq etmək üçün oğru məmurlar deyil, milli burjuaziyamız formalaşmalıdır".
Professor Nizami Şəmsizadə dövlətin kinoya, teatra böyük qayğı bəslədiyini və bu sahələrin Azərbaycançılığa xidmət etdiyini vurğulayır. O bildirir ki, bu siyasətin banisi Heydər Əliyevdir: "Mədəniyyətlə bağlı ulu öndərin fikirlərini oxuyanda da belə nəticəyə gəlirsən ki, onun azərbaycançılıq təlimi, dövlət ideologiyası və siyasəti üçün mədəniyyətdən vacib amil yoxdur. Bu, hər şeydən əvvəl, onun mədəniyyətə, ədəbiyyata, dilə, xalqın mənəvi varlığını əks etdirən sənətə məhəbbətindən irəli gəlirdi. Məsələn, o, teatr sənəti haqqında deyirdi: "Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır. Orada çalışanlar fədakardırlar, fədaidirlər... Teatr xadimləri tamaşaçıya bir söz demək üçün, mədəni səviyyəsini yüksəltmək üçün, irəliləyişimizə mane olanlara qarşı mübarizəyə qaldırmaq üçün nə qədər çalışırlar. Heç kim bilmir ki, artist səhnəyə çıxıb rolu tamaşaçı qarşısında oynadığı vaxta kimi nə qədər həyəcan keçirir. Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu, ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdədir. İncəsənətin, o cümlədən kino və teatrın təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Bu qüvvədən bacarıqla istifadə etmək həmişə vacibdir".
Heydər Əliyev özü bu ecazkar qüvvədən, sənətin kütlə psixologiyasına təsir imkanlarından öz dövlət siyasətini həyata keçirərkən bacarıqla istifadə edirdi. Ümumiyyətlə, bir xalqı dünyada tanıtmaq üçün incəsənət və idmandan yaxşı vasitə yoxdur. Xüsusilə musiqi, teatr, kino və idmanın çevik növləri xalq haqqında, ölkə haqqında başqa xalqlarda çox fəal təsəvvür yaradır, müxtəlif millətləri və ölkələri siyasətsiz belə bir-birinə yaxınlaşdırır. Tarixdə bir çox liderlər kino sənətindən siyasi-ideoloji məqsədlərlə, ən çevik və kütləvi təsir vasitəsi kimi istifadə etmişlər. Azərbaycan kino sənətinə münasibətində müdrik şəxsiyyətin böyük bir qayğıkeşliyi var. Sovet imperiyası çökdükdən sonra həmişə Moskvadan asılı olmuş kino sənətimiz böhrana düşmüş, iqtisadi çətinliklər ucbatından "Azərbaycanfilm" bağlanmaq təhlükəsi ilə üz-üzə dayanmışdı. Belə bir dövrdə-2000-ci il avqust ayının 18-də ümummilli lider 1898-ci il avqustun 2-də ilk kinoseansın nümayiş etdirildiyi günün kino işçilərinin peşə bayramı - Azərbaycan kinosu günü olaraq təsis edilməsi haqqında Sərəncam imzaladı. Bu sərəncamla bərabər onun inamla dediyi fikirlər milli kino sənətimizi öz məcrasına qaytardı: "Kino bizim xalqımızın salnaməsidir. Azərbaycan kinosunda dəyərli əsərlər yaradılıb. Bunu heç cürə unutmaq olmaz. Kinomuzun tarixi və bu sahədə əldə etdiyimiz nailiyyətlər bizim milli sərvətimizdir. Biz bu sərvəti qoruyub saxlamalıyıq. Tariximiz, ədəbiyyatımız, kinomuz - bunlar bir-birilə sıx surətdə bağlıdır. Kinonu, kinematoqrafiyanı, kino sənətimizi yaşatmaq lazımdır. Şübhəsiz ki, bizim kino sənətinin on illərlə yaranmış böyük bir kollektivinin dağıdılmasına imkan vermək olmaz. Eyni zamanda, gərək hər birimiz bu ağır dövrə dözək. İnanıram ki, bu ağır dövrün də ömrü uzun olmayacaq. Biz bu dövrü keçib gedəcəyik, mən gələcəyə nikbin baxıram".
Azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemə salınması və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiqi dövlət idarəçiliyində zəngin təcrübəsi olan böyük şəxsiyyətin tarixi xidmətidir. Böyük nəzəri-tarixi ənənələri olsa da, azərbaycançılıq yeni siyasi dövrün ifadəsi, yeni təfəkkür mərhələsinin fəlsəfəsi kimi formalaşıb".
Azərbaycançılıq məfkurəsi kinoda, teatrda, mədəniyyətin ayrı-ayrı sahələrində özünü ifadə edir. 143 yaşlı peşəkar teatrımız, bir əsrdən artıq yaşı olan kinomuz azərbaycançılıq ideyasının hazırda ən böyük daşıyıcısı, təbliğatçısıdır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ