Bazar günü günü, 22 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Dünya irsi siyahısında mənəvi dəyərlərimiz azərbaycançılıq nümunələri kimi...
Tarix: 11.03.2016 / 01:40
Bölmə: Layihə
Azərbaycan xalqının qədim oyun növləri çoxdur. Bu oyunların hər biri tarixin sınaqlarından adlayaraq günümüzə qədər gəlib çıxır. Sevindirici haldır ki, bu oyunların bir çoxu dövlətimiz tərəfindən mühafizə edilir, onların qorunması, inkişafı, təbliği istiqamətində yüksək səviyyədə işlər görülür. Yaşı minillərlə ölçülən qədim atüstü oyunlarımızdan biri də çövkən oyunudur. Xalqımızın ruhunu özündə ehtiva edən bu atüstü oyun hələ keçmiş əsrlərdən Azərbaycanın müxtəlif bölgələrində geniş yayılıb.
Tarixdən bəllidir ki, ulu babalarımız bu atüstü oyuna böyük maraq göstərib. Çoxlarımız çövkən oyunu haqqında ilk tarixi bilgini tarixçi, professor, görkəmli yazıçı Mahmud İsmayılovun "Ağ yapıncı" əsərindən almışıq. Olduqca maraqlı oyun növü olan çövkən haqqında maraqlı faktlar var.
Tarixçilər yazır ki, komanda oyun növü olan çövkən (çovqan) yarışları eramızın birinci minilliyinin ortalarında formalaşıb, yüzillər ərzində Azərbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, İraqda və qonşu ölkələrdə məşhur olub. Tarixi mənbələrdə göstərilir ki, XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən olan Bağdadda Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çövkən yarışları keçirilib.
Tədqiqatçılar yazır ki, çövkən yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada aparılan arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyununun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir. Dahi Nizaminin "Xosrov və Şirin" əsərindən və "Kitabi-Dədə Qorqud" boylarından isə məlum olur ki, Azərbaycanda çövkənin tarixi hətta VI-VII əsrlərə və bəlkə ondan da qabaqlara gedib çıxır. Tarixçilər yazır ki, çövkənin qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də Azərbaycan miniatürlərində bu oyunun dönə-dönə təsvir edilməsi, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumat verilməsidir. Çövkən oyunu da, Şərqdə təşəkkül tapmış başqa idman növləri kimi, dünyanın daha uzaq regionlarına yayılmasında və inkişaf etdirilməsində ingilislərin rolu böyük olub. Belə ki, XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilib, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlayıb.
Tədqiqatçılar yazır ki, ingilislərin təşəbbüsü ilə bu oyun "polo" adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilib, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilib. Parisdə üç ölkənin 5 polo komandası iştirak edib.
Tədqiqatçılar Azərbaycan idmanının tarixi ilə bağlı fikirləri ümumiləşdirib belə bir nəticəyə gəliblər ki, ölkədə idman çox qədim bir tarixə malik olub. Arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət və qədim yazılı abidələrə, təsviri sənət əsərlərinə, ədəbi-tarixi mənbələrə, folklor, eləcə də orta əsr bədii yaradıcılıq nümunələrinə istinadla demək olar ki, qədim Azərbaycanda güləş, oxatma, qılıncoynatma, nizə atma, atçapma, çövkən, sürpapaq, baharbənd, daşqaldırma, miloynatma, şahmat və sair idman oyunları geniş yayılıb. Ölkədə tarixən mövcud olan bu idman ənənəsi müxtəlif növlərdə qorunub saxlanıb, müasir dövrədək gəlib çatıb.
Çövkən yarışlarından yazan tarixçilər bu oyunun qaydaları haqqında da məlumat verir. Yazılana görə, xalq nağıllarında məharətlə at sürən, ox atan, güləşən adamlar haqqında məlumatlar çoxdur. Azərbaycanın dahi şairi Nizami Gəncəvi tarixi sənədlər əsasında yazdığı "Şərəfnamə" əsərində çövkən oyunu haqqında məlumat verir. Çövkən və yaxud çoğan sözü Azərbaycanda "ağaccıq" kimi işlədilib. Çövkən oyununun adı oyunda işlədilən alətin adı ilə adlandırılıb. Bu da ağacdan hazırlanan, çövkən adlandırılan alətdir. Oyunçular at belində bu alətin köməyi ilə oynayır.
Azərbaycanda çövkən oyununda təkçə kişilər deyil, qadınlar da iştirak edirdilər. Nizaminin "Xosrov və Şirin" poemasında Şirin çövkən meydanında Sasani hökmdarı Xosrov Pərvizdən geri qalmır. Şirin ilə bərabər oynayan qızlar da təsvir edilib. Atüstü milli oyunlarımızın qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədilə artıq üçüncü ildir Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə turnir keçirilir. Sözügedən kubok uğrunda turnir Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin bazasında təşkil edilir. Yarışın təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Respublika Atçılıq Turizm Mərkəzidir.
Azərbaycan mədəniyyətinin mühüm nümunələrindən olan bu qədim oyun bütövlükdə özündə xalqımızın ruhunu, milli dəyərlərə sahibliyini ehtiva edir. Məlum olduğu kimi, Qarabağ atı ilə oynanan çövkən oyunu milli Azərbaycan oyunu kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib və çövkən yarışları Azərbaycan torpaqlarında çox qədimdən məşhurlaşmış yarış oyunudur.
Tədqiqatçılar yazır ki, bir çox hökmdarlar hədiyyə kimi bir- birinə çövkən oyunçusunun qızıldan işlənmiş kiçik heykəlini yollardılar. Roma hökmdarından Sasani hökmdarı Xosrov Pərvizə, yaxud daha yaxın tarixdə Nadir şaha bu cür hədiyyə göndərilib. Çövkən oyununu idarə edən şəxslər də padşahın, hakimiyyətin yanında xüsusi hörmətə sahib idilər. Müxtəlif xalqlarda çövkən müxtəlif cür adlandırılıb. Məsələn, gürcülərdə bir ayrı cür, taciklərdə tamam başqa cür adlandırılıb. Çövkən adı yalnız bizlərdə deyilib. Nizamülmülkün "Siyasətnamə" əsərində çövkən meydanlarının vəziyyəti barədə məlumatların qeyd olunması bir daha sübut edir ki, bu oyun Qarabağda məşhurlaşıb, genişlənib.
Azərbaycanın nağıllarında, eləcə də xalq qəhrəmanlıq dastanlarında göstərilir ki, hər zaman Azərbaycan igidləri at çapmaqda, ox atmaqda məşhur olub, hünərlərinə çata bilən olmayıb. Çövkən oyunu öz adını alətin adından götürüb. Belə ki, çövkən ağacdan hazırlanmış bir alət idi. Bu alət təxminən çömçəyə bənzəyirmiş. Uzunluğu 1,25 metr olurmuş. Oyunçular da atın belində məhz bu alətin köməkliyi ilə oynayırdılar. Bu oyunda nəinki Azərbaycanın igid oğlanları, eləcə də qadınları da yarışırmış.
Onu da vurğulayaq ki, çövkən oyununun xüsusi qaydaları var idi. Bu oyun şahların iştirakı ilə keçirilirdi. Çövkən oyununda yaş həddi var idi, belə ki, 7 yaşına qədər uşaqlara piyada oynaması, 7 yaşından yuxarı olanlara isə at üstündə oynamaq üçün şərait yaradılırdı. Oyunda xüsusi qaydalar olub ki, bu qaydalara əsasən, at hərəkət etdiyi zaman çövkən vasitəsilə topa vurmaq olarmış. Əks təqdirdə at dayandığı zaman topa vurmaq qadağan idi. Bu oyunun oynanılması üçün güc və məharət tələb olunurdu. Bir çox müəlliflər çövkən oyununun fars imperiyasına, Sasanilərə məxsus olduğunu qeyd edirlər. Bunu Firdovsinin "Şahnamə" əsərindəki qeydlərə əsaslanaraq qeyd edirlər.
Çövkən oyununu Azərbaycanın bəzi bölgələrində, xüsusilə də qərb bölgələrində çomax oyunu kimi qələmə verirlər. Çomax çobanların istifadə etdiyi əyri ağacın, dəyənəyin adıdır. Çobanlar atın belində qoyun dərisindən hazırlanmış topa, çomaxları vasitəsilə toxunmaqla bu oyunu oynayırlar.
Çövkən oyununa həm də krallar oyunu deyilir. Çünki bu oyun kralların, şahzadələrin iştirakı ilə keçirilirdi. Tarixən, hələ qədim dövrlərdə Azərbaycanda el şənlikləri, bayramlar çövkənsiz keçməzdi.
Qeyd edək ki, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən il dekabrın 2-dən 8-dək Bakıda keçirilən 8-ci sessiyasında Qarabağ atları üzərində Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına salınıb. Bu mühüm qərar vətənimiz Azərbaycanın qədim zamanlardan milli mədəniyyət və idman ənənələrinə malik ölkə olduğunu bir daha sübut edir.
Ölkəmizin çövkən oyununun UNESCO siyahısına daxil olunması ilə bağlı faylı 2012-ci ilin mart ayında təşkilata təqdim edilib. Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsindən mətbuata verilən məlumata görə, çövkən "təcili qorunmağa" ehtiyacı olan oyun kimi UNESCO-ya daxil edilib. Bildirilənə görə, UNESCO-nun Qeyri-maddi mədəni irs konvensiyası var və orada hər hansı bir namizəd fayl veriləndə onun kimə və ya hansı xalqa məxsusluğu o qədər əhəmiyyət kəsb etmir. Bu, şərt kimi qoyulmur. Azərbaycan çövkən oyununu UNESCO-ya təqdim etməklə, həm beynəlxalq hüququn bütün normalarına, həm də Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyanın bütün şərtlərinə riayət edib. Konvensiyaya görə, ənənə, oyun, musiqi - bütün bu maddi irs elementi olan sahələr həmin ölkədə, o ölkənin beynəlxalq hüquq çərçivəsində tanınmış ərazisi daxilində oynanılırsa, istifadə olunursa, onu daşıyan cəmiyyət varsa, həmin ölkənin hüququ var ki, bu irs nümunəsini UNESCO-nun müvafiq siyahılarına təqdim etsin. Nazirlikdən onu da bildiriblər ki, burada siyahılar müxtəlif cürdür, adətən Azərbaycanın verdiyi muğam, aşıq, xalça və digər elementlərlə bağlı siyahı təşkilatın Reprezentativ siyahısıdır. Yəni bu irsin bizim ölkədə qorunmağa və inkişaf etdirilməsinə ehtiyacı var. Nazirlikdən bildirilib ki, Azərbaycanın bu oyunu təcili qorunma siyahısına verməsi digər hər hansı bir ölkənin hüquqlarının tapdanmasına əsas vermir: "Bu, oyundur və müxtəlif ölkələrdə oynanıla bilər. Yəni əgər o oyun həmin ölkədə varsa, onun da UNESCO-ya təqdim etməyə hüququ var. Bu, Azərbaycanın suveren hüququdur ki, onun ərazisində xalqı tərəfindən tarix boyu oynanılan bir oyunu müvafiq siyahılara təqdim etsin.
Çövkən də daxil olmaqla qədim idman növlərimizin hamısı özündə milli xarakterimizi, düşüncə və arzularımızı, xalqımızın qəhrəmanlığını əks etdirir.
Mənbələrdə yazılır ki, tarixin bütün mərhələlərində Azərbaycan xalq oyunları müəyyən qanunauyğunluqlar əsasında inkişaf edib, cəmiyyətin iqtisadi inkişafı ilə bağlı olub. Qaynaqlardakı məlumatlar göstərir ki, qədim zamanlarda Azərbaycanın ərazisində nizə və ox atmaqla, qılınc oynatmaqla, güləşmə və s. ilə məşğul olmuşlar. Milli oyunlar bugünkü Azərbaycan ərazisində müxtəlif qədim tayfaların, o cümlədən türklərin-xəzərlərin, hunların məskunlaşma dövründən başlayıb sonrakı bütün tarixi inkişafı ilə əlaqədar formalaşma mərhələsi keçib. Bu gün də bir sıra qədim qaya rəsmlərində, habelə Qobustan və s. yerlərdə ilkin xalq oyunlarının müəyyən izləri var. Milli oyunlar əcdadlarımızın həyatının çox müxtəlif inkişaf mərhələlərini, ilkin həyat şəraitini, görüş və etiqadlarını, mərasimlər dünyasını əks etdirir. Xalq oyunları ən qədim dövrlərdən məişət həyatını, əyləncə dünyasını əks etdirmək baxımından da maraq doğurur. Elə oyunlar var ki, onlar xalqın arzu və ideyalarını müəyyənləşdirmək məqsədilə yaranıb və bu günə qədər gəlib çatıb. Milli oyunlarda xalqın psixologiyası, əhval-ruhiyyəsi, zülm və istismara qarşı mübarizəsi əks olunub.
Azərbaycanda rəqsdaxili oyunlar, mərasim oyunları, məişət oyunları, ictimai məzmunlu oyunlar, uşaq oyunları, cıdır oyunları, meydan oyunları, atüstü oyunlar, otüstü oyunlar, yekbə oyunlar, sim oyunları, kəndirbaz oyunu, gözbağlıca oyunu, zorxana oyunları, milli güləş, şahmat, nərd və dama oyunları qədimlərdən geniş yayılıb.
Tədqiqatçılar yazır ki, xalq oyunları cəldlik, gözəllik, qıvraqlıq aşılayan, yüksək humanist duyğular təlqin edən, şəri məhkum etməyi, yaxşını qorumağı və ona kömək etməyi tərənnüm edən folklor janrlarındandır. Bunlarda bəzən çox qədim dövrün məişət həyatının bir lövhəsi, bir anı, bir əyləncəsi təsvir edilir ki, onun vasitəsilə də xalqın ümumi mədəni səviyyəsini, inkişafını, böyük bir dövrün ictimai həyatını müəyyənləşdirmək mümkün olur.
Ərəbdilli qaynaqlarda Azərbaycanın ictimai, iqtisadi, siyasi tarixi ilə əlaqədar, yeri gəldikcə, mədəniyyət tariximizə, milli adət-ənənələrimizə, müxtəlif mərasimlərə də toxunulub. Azərbaycan xalqının mədəniyyəti haqqında verilən qeydlər pəhləvi, ərəb və türk dillərində bizə çatıb. Bu mənbələrdə zərdüştlük və xalq bayramları haqqında verilmiş məlumatlar bir-birini tamamlayır. Həmin dövrlərin məhsulu olan bir sıra ərəb və farsdilli müəlliflərin əsərlərində xalqımızın bayramlarının, oyun və əyləncələrinin Azərbaycan sərhədlərindən xeyli uzaqlara yayılması haqqında da danışılır. Belə mənbələrdə mənəvi mədəniyyətimizin, etiqadlar, bayramlar, oyun və əyləncələrin tədqiqinə kömək edən bir sıra xəbərlərə də rast gəlirik.
Qeyd etdiyimiz kimi, çövkən oyunu da daxil olmaqla, Azərbaycan xalqının əsrlər uzunu formalaşdırdığı, inkişaf etdirdiyi və bu gün də yaşatdığı oyunları çoxdur. Çövkən oyununun UNESCO-nun Qeyri-maddi irsin qorunması siyahısına salınması olduqca böyük işdir və bu, azərbaycançılığın təbliğatına xidmət edir. Milli dəyərlərə dövlətimizin bəslədiyi sonsuz hörmət, verdiyi dəyər əvəzsizdir. Alimlər, ziyalılar çövkən oyununun UNESCO-ya daxil edilməsini əsl azərbaycançılıq işi hesab edir. Bunu Azərbaycanın dövlət maraqlarına, böyük mədəniyyətimizə, dəyərlərimizə verilən böyük dəyər kimi qiymətləndirən ziyalılar bildirir ki, dünyaya Azərbaycan torpağından yayılan çövkən oyunu müasir mötəbər qurumlarda da Azərbaycan adı ilə öz şöhrətini qorumalıdır. Bu işdə ölkə başçısının, Heydər Əliyev Fondunun böyük zəhməti olduğunu qeyd edən ziyalılar vurğulayır ki, Qarabağ atı üstündə oynanılan çövkən oyununun UNESCO-nun müvafiq siyahısına salınması böyük hadisədir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ